“mygov” portalına yeni təhsil sənədləri və məlumatları əlavə olunub
İyulun 19-da Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə brifinqi keçirilib. Brifinqdə Elm və Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin rəisi Vüsal Xanlarov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədr müavini Rəşad Xalıqov, Rəqəmsal məhsulların inkişafı departamentinin rəhbəri Vurğun Hacıyev, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz təqdimatlarla çıxış ediblər. Brifinqdə Azərbaycan Texniki Universitetinə bakalavriat səviyyəsi üzrə sənəd qəbulunun rəqəmsallaşdırılmasından danışılıb. Bildirilib ki, artıq vətəndaşlar sənəd qəbulu prosesini portal.edu.az vasitəsilə tam rəqəmsal formada həyata keçirə biləcəklər. Eyni zamanda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan–Fransız Universitetində (UFAZ) sənəd qəbulunun rəqəmsallaşdırılması ilə bağlı işlərə başlanıldığı vurğulanıb. Brifinqdə “mygov” portalına daha 6 təhsil sənədi və məlumatın əlavə edilməsi mövzusunda təqdimat da nümayiş etdirilib. Məlumat verilib ki, vətəndaşlar portalda “Peşə təhsili sənədləri haqqında məlumatlarım”, “Ümumi təhsil haqqında məlumatlarım”, “Cari ali və orta ixtisas təhsili haqqında məlumatlarım”, “Cari ümumi təhsil haqqında məlumatlarım”, “Cari peşə təhsili haqqında məlumatlarım”, “Övladlarımın cari ümumi təhsili haqqında məlumatları” bölmələrindən müvafiq təhsil sənədləri və məlumatlarını elektron formada əldə edə bilərlər. Bununla da ümumilikdə 10 təhsil sənədi və məlumatı tam rəqəmsal formada vətəndaşlara təqdim olunur. Brifinqdə həmçinin qeyd edilib ki, vətəndaşlar təhsil məlumatlarını “mygov” tətbiqi üzərindən QR kodu vasitəsilə paylaşmaq, PDF formatında yükləmək, o cümlədən yaranmış problemi “Dəstək” bölməsinə müraciət edərək aradan qaldırmaq imkanına malikdirlər. Bundan başqa, portalda təhsil məlumatlarının nə vaxt, kiminlə, harada paylaşıldığının tarixçəsinə nəzər yetirməyin mümkünlüyü də əlavə edilib. “mygov” tətbiqinin “Sənədlər” bölməsində tələbə kartının rəqəmsal versiyası da təqdim olunur.
19/07/2024 17:05
Elm və təhsil naziri Xaçmazda vətəndaşları qəbul edib
İyulun 19-da elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhərində vətəndaş qəbulu keçirib. Qəbulda Xaçmaz, Quba, Qusar, Siyəzən və Şabran rayon sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Qəbul zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi, məktəb tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər. Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.
19/07/2024 15:18
Tələbələrin köçürülməsi prosesinə başlanılır
İyulun 25-dən 2024–2025-ci tədris ili üzrə ali və orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrin köçürülməsi üçün sənəd qəbuluna başlanılır. Köçürülmə prosesində iştirak etmək istəyən tələbələr 25 iyul saat 11:00-dan 31 iyul 18:00-dək portal.edu.az vasitəsilə qeydiyyatdan keçərək şəxsi kabinet yaratmalıdırlar. Sonra isə müvafiq bölmədə köçürülmək üçün müraciət formasını doldurub təsdiq edə bilərlər. Normativ təhsil müddətində (sonuncu tədris ili tələbələri istisna olmaqla) təhsil alan və oxuduğu müddət ərzində həmin dövr üçün müəyyən olunmuş kreditlərin ən azı ikidə bir hissəsini toplamış tələbələr köçürülmə prosesində iştirak edə bilərlər. Köçürülmə üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilən qəbul imtahanlarında tələbənin topladığı bal qəbul olunduğu ildə köçürülmək istədiyi təhsil müəssisəsində müvafiq ixtisas üzrə minimal keçid balından az olmamalıdır. Bununla yanaşı, tələbənin qəbul olunduğu və köçürülmək istədiyi ixtisaslar DİM tərəfindən müəyyən edilmiş eyni ixtisas qrupu daxilində olmalıdır. Qaydalara əsasən, xarici ölkələrin akkreditə olunmayan təhsil müəssisələri tələbələrinin və digər ölkələrdə qiyabi təhsil alanların köçürülməsinə icazə verilmir. Tələbənin beynəlxalq səviyyəli imtahanlarda əldə etdiyi nəticələr və təhsil aldığı müəssisənin dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında olması da nəzərə alınan göstəricilər sırasındadır. Xarici təhsil müəssisələrindən köçürülmək istəyən tələbələr qismən akademik tanınma haqqında şəhadətnamə təqdim etməlidirlər. Tələbələr bu şəhadətnaməni əldə etmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət ünvanlamalıdırlar. Bir ali təhsil müəssisəsindən digərinə köçürülən, ixtisasını dəyişən və tələbələr sırasına bərpa olunan şəxslər (dövlət hesabına təhsil alanların eyni ixtisas üzrə köçürülməsi istisna olmaqla) təhsillərini yalnız ödənişli əsaslarla davam etdirirlər. Tələbələrin köçürülməsi üçün tələb olunan sənədlər Ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə dair ən çox soruşulan suallar Orta ixtisas təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə dair ən çox soruşulan suallar
19/07/2024 12:03
Magistratura səviyyəsinə elektron sənəd qəbulu prosesinin müddəti uzadılıb
Ali təhsil pilləsinin magistratura səviyyəsinə elektron sənəd qəbulu prosesinin müddəti 22 iyul saat 18:00-dək uzadılıb. Magistratura səviyyəsinə qəbul olunmuş namizədlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciətlərini edə bilərlər. Açılan səhifədə şəxsi və qəbul məlumatlarının təsdiqi, həmçinin tələb olunan sənədlərin əlavə edilməsi mümkündür. Portalda həmçinin sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan şəxslərə təhsil haqqından azad olunmaq və ya təhsil haqqı güzəşti əldə etmək üçün məlumatların yerləşdirilməsinə dair bölmə mövcuddur.
19/07/2024 10:10
Elm və təhsil naziri İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb
İyulun 18-də elm və təhsil naziri Emin Əmrullayev İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Steyli ilə görüşüb. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, perspektivləri müzakirə edilib.
18/07/2024 14:54
Azərbaycan komandası 5-ci Avropa Universitet Oyunlarında uğurla iştirak edib
8 – 18 iyul tarixlərində Macarıstanın Debrecen şəhərində tələbələr arasında 5-ci Avropa Universitet Oyunları keçirilib. Sözügedən turnirdə ölkəmizi futzal idman növü üzrə Azərbaycan İdman Akademiyasının komandası təmsil edib. Sözügedən komanda Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyi, Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə təhsil müəssisələrinin tələbələri arasında keçirilmiş Azərbaycan Tələbə Liqasının qalibi olub. Komandamız turnirdə Macarıstan (16:1), Almaniya (5:1), Polşa (4:1), Fransa (6:1) və Çexiya (7:4) təmsilçilərini məğlub edib. Çempionatın qalibi İspaniya komandası ilə dörddə bir finalda qarşılaşaraq 3:3 hesabı ilə bərabərlik əldə edib və penaltilər seriyasında məğlub olub. Azərbaycan Tələbə Futbol Federasiyasından bildirilib ki, əzmlə mübarizə aparan komandamız yarışlar zamanı ümumilikdə 44 qol vurduğu halda, öz qapısından yalnız 15 qol buraxıb. Qeyd edək ki, Azərbaycan komandası futzal idman növü üzrə Avropa Universitet Oyunlarında uğurlu nəticə göstərib və tarixində ilk dəfə 5-ci yerə çıxıb.
18/07/2024 14:30
Ali və orta ixtisas təhsili müəssisələrinin heyəti üçün təlimlər davam edir
Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən ali və orta ixtisas təhsili müəssisələrinin rəhbər heyəti, eləcə də məsul şəxsləri üçün “Ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə Qaydası” ilə bağlı təlim keçirilib. Təlimə 210 nəfərdən çox iştirakçı cəlb olunub. Təlim müddətində ixtisas üzrə təcrübə keçmək barədə müvafiq məlumatlar verilib, həmçinin iştirakçıların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib. Qeyd edək ki, Elm və ali təhsil siyasəti şöbəsi tərəfindən 2024-cü ildən ali və orta ixtisas təhsili müəssisələrinin müvafiq heyəti üçün yeni qəbul olunmuş qayda və normativ-hüquqi sənədlərlə bağlı təlimlər keçirilir. Elm və ali təhsil siyasətinə dair strateji məsələlərlə bağlı təlimlər yeni tədris ilində də davam etdiriləcək.
18/07/2024 12:17
Apellyasiya Şurasının növbəti iclası keçirilib
İyulun 17-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Apellyasiya Şurasının yeni tərkibdə ilk iclası keçirilib. İclasda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Qazax–Tovuz Regional Təhsil İdarəsinin Gədəbəy rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə namizədlər – İman Ağayev, Rahim Məmmədov, Məhəbbət Hüseynova və Elməddin Zeynalzadənin müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb. İclas zamanı müsahibə komissiyası üzvlərinin təqdim etdikləri məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. İclasın yekununda isə Apellyasiya Şurası tərəfindən şikayətlərin təmin edilməsi barədə qərar qəbul olunub.
17/07/2024 17:30
Həsən Həsənli İsrail Dövlətinin Regional Əməkdaşlıq Nazirliyinin Baş direktoru ilə görüşüb
İyulun 17-də elm və təhsil nazirinin müavini Həsən Həsənli İsrail Dövlətinin Regional Əməkdaşlıq Nazirliyinin Baş direktoru Gilad Şadmonla görüşüb. Görüş zamanı iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti, əməkdaşlıq perspektivləri müzakirə edilib.
17/07/2024 16:46
Vətəndaş müraciətlərinin statistikası
İyulun 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 38 182 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 26 451-i çağrı mərkəzləri, 4 717-si sosial media, 2 018-i elektron, 1 212-si yazılı formada yönləndirilib. Vətəndaş qəbulu zamanı isə 3 784 müraciət qeydə alınıb. Müraciətlər müəllimlərin işə qəbulu, eləcə də yerdəyişməsi, məktəbəhazırlıq qruplarına qəbul, tələbə köçürülməsi və digər məsələlərlə bağlı olub.
16/07/2024 12:48
Filter
Elanlar
-
“Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsi”nin elanı
20.05.2026 - 15:41 -
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47
Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan
ƏtraflıSumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng
ƏtraflıŞağan və Mərdəkanda "Son zəng" tədbiri
Ətraflı