Elm və təhsil naziri “Maarifçi”lərlə görüşüb
Oktyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının ikinci mərhələsinin iştirakçıları ilə görüşüb.
“Maarifçi”ləri salamlayan elm və təhsil naziri Emin Əmrullayev proqramın gənclərə böyük təcrübə qazanmaq imkanı yaratdığını deyib və bu təşəbbüsün mahiyyəti haqqında danışıb. Emin Əmrullayev bildirib ki, proqram iştirakçıları hazırda nazirliyin müxtəlif struktur bölmələrində, eləcə də tabe qurumlarında təcrübə keçməklə iş prosesi ilə tanış olurlar və bu da onların peşəkar kadr kimi formalaşmalarında mühüm rol oynayır.
Elm və təhsil naziri həmçinin iştirakçılardan gözləntilər və yaxşı mütəxəssis olmaq üçün vacib şərtlər barədə danışıb.
Görüşdə “Maarifçi”lər gənclərə belə bir fürsət yaradıldığı üçün təşəkkürlərini ifadə ediblər və proqramın üstünlüklərini vurğulayıblar.
Tədbirdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
Qeyd edək ki, 37 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramının II mərhələsində iştirak hüququ qazanıb. 3 ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi və onun tabe qurumları, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər.
Proqramın məqsədi tələbə və məzunlara nəzəri biliklərini real iş mühitində tətbiq etmək və təcrübə imkanı yaratmaq, iştirakçıların bilik və bacarıqlarını artırmaq, eləcə də gənclərə peşəkar vərdişlər qazandırmaqdır.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
