Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Misirin ölkəmizdəki səfiri ilə görüşüb

Dekabrın 3-də elm və təhsil naziri Emin Əmrullayev Misir Ərəb Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hişam Mohamed Nağı Abdel Həmid ilə görüşüb.   Görüş zamanı iki ölkə arasında elm və ali təhsil sahəsində cari əməkdaşlıq, həmçinin gələcək inkişaf perspektivləri müzakirə edilib.

SABAH tələbə-məzun forumu və karyera sərgisi başlayıb

Dekabrın 3-də SABAH qruplarının 10 illik yubileyinə həsr olunan tələbə-məzun forumu və karyera sərgisinin açılış mərasimi keçirilib.   Tədbir SABAH qruplarına dair videoçarxın nümayişi ilə başlayıb. Daha sonra Bakı Musiqi Akademiyasının SABAH tələbələrindən ibarət “Detaşe-SABAH” simli alətlər ansamblının ifasında musiqi nömrəsi səsləndirilib.   Açılış nitqi ilə çıxış edən elm və təhsil nazirinin müavini İdris İsayev bildirib ki, qlobal meyllər təhsil sistemində yeni çağırışları formalaşdırdığından yeni məzmunlu, müəyyən ixtisaslar üzrə daha davamlı və əmək bazarının tələblərinə cavab verən təhsil proqramları ortaya qoyulmalıdır. Əmək bazarı ilə təhsil arasında daha interaktiv əlaqənin qurulmasının önəmini vurğulayan nazir müavini təhsil proqramlarının iş dünyasının tələblərinə uyğunlaşdırılmalı olduğunu qeyd edib.   Ardınca “SABAH-ın Məzunu” adlı video təqdim edilib.   Videotəqdimatdan sonra Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın İdarə Heyətinin sədri Elnur Səfərli SABAH məzunlarının məşğulluq göstəriciləri barədə tədbir iştirakçılarına məlumat verib.    Çıxışlardan sonra SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı olub.   Tədbir çərçivəsində SABAH tələbələri arasında 23-24 noyabr tarixlərində ekoloji maarifləndirmə mövzusunda təşkil edilən "Secure Tomorrow” hakatonunun qalibləri də mükafatlandırılıb.    Forumun ilk günündə "SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi" mövzusunda panel sessiyası təşkil edilib. Elm və təhsil nazirinin müşaviri Nicat Məmmədlinin moderatorluğu ilə aparılan panel sessiyasında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, millət vəkili Şahin Seyidzadə və Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov çıxış ediblər.   Rəsmi hissə SABAH xorunun ifası ilə yekunlaşıb.   Ardınca “Tədqiqat necə kommersiyalaşdırıla bilər? Universitet-Sənaye əməkdaşlığı” mövzusunda panel sessiyası da təşkil edilib. SABAH qrupları İcra Komitəsinin rəhbəri Elza Səmədovanın moderatorluğu ilə aparılan paneldə "CATALYSADE Technology Transfer and Innovation Inc" şirkətinin təsisçisi Sanem Yalçıntaş, Türkiyə-Azərbaycan Universitetinin rektor köməkçisi Mehmet Şimşer, Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov spiker qismində çıxış edərək mövzu ətrafında fikir mübadiləsi aparıblar.   İlk günün yekununda SABAH məzunlarının “Uzaqları yaxın edən SABAH!” mövzusunda panel sessiyası baş tutub.   Qeyd edək ki, forumun təşkilində məqsəd "SABAH qrupları" layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır.   İki gün davam edəcək forumda SABAH qrupları və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə 50-dən çox şirkətin iştirak etdiyi karyera sərgisi də təşkil olunub.   

Vətəndaş müraciətlərinin statistikası

Noyabrın 15-dən 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 29 813 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 18 574-ü çağrı mərkəzləri, 336-sı sosial media, 3 649-u "WhatsApp" vasitəsilə olduğu halda, 945-i elektron, 1 275-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 034 müraciət qeydə alınıb.     Müraciətlər xarici diplomların tanınması, olimpiada və müsabiqələr, məktəbdənkənar təhsil müəssisələrinə qəbul, şagirdlərin yerdəyişməsi və digər məsələlərlə bağlı olub.

Apellyasiya Şurasının növbəti iclası keçirilib

Dekabrın 2-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə Apellyasiya Şurasının növbəti iclası keçirilib. İclasda Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Dağlıq Şirvan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizədlər Aişə Bayramova, Dünya Əsədova, Rəxşəndə Babayeva və Turanə Musayevanın, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun məsləhətçisi vəzifəsinə namizəd Azər Ömərovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə  baxılıb. İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb, 4 şikayətin təmin edilməməsi və 1 şikayətin qismən təmin edilməsi barədə şura tərəfindən qərarlar qəbul olunub.   

Elm və təhsil naziri Tərtərdə vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 20 dekabr tarixində Tərtər şəhərində vətəndaşları qəbul edəcək.     Qəbulda Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Füzuli, Şuşa, Xocalı və Xocavənd sakinləri iştirak edə bilərlər.    Adları çəkilən şəhər və rayonların sakinləri 12 dekabr (saat 18:00-dək) tarixinədək Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146 – 2 və 146 – 6 nömrəli telefonlarına (yalnız iş günləri və saatları ərzində) zəng etməklə qəbula yazıla bilərlər. Bununla yanaşı, nazirliyin rəsmi saytının https://edu.gov.az/az/contact_us bölməsinə elektron formada və ya +994 51 206 78 48 nömrəsinə “WhatsApp” vasitəsilə müraciət göndərmək mümkündür.

Qarabağ Universitetinin yaradılmasının bir illiyi münasibətilə konsert keçirilib

Noyabrın 30-da Qarabağ Universitetində İncəsənət fakültəsi tərəfindən konsert və sərgi proqramı təşkil edilib.   Universitetin yaradılmasının bir illiyi münasibətilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.   Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, nazirliyin rəsmiləri və digər qonaqlar iştirak ediblər.   Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Bir il ərzində əldə edilən nailiyyətlərdən danışan rektor universitetin ölkənin təhsil sistemində önəmli rolunu vurğulayıb.   Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qarabağ Universitetinin qısa müddətdə böyük inkişaf yolu keçdiyini, təhsil, elm və innovasiya sahələrindəki fəaliyyətinin ölkə üçün əhəmiyyətli olduğunu bildirib.    Universitetin fəaliyyətinin regionda təhsil və elm sahəsindəki islahatların bir hissəsi olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, burada tədris prosesi beynəlxalq səviyyədə tanınan standartlara uyğun təşkil edilir, həmçinin tələbələrə müasir və keyfiyyətli təhsil imkanları təqdim olunur.    Konsertdə “Cadenza” orkestrinin, İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərən tanınmış incəsənət xadimləri və tələbələrin ifasında musiqi nümunələri səsləndirilib.   Konsert proqramından sonra həmin fakültənin dekorativ–tətbiqi sənət və dizayn ixtisasları üzrə tədris  aparan müəllimlərinin əsərlərindən ibarət sərgi nümayiş etdirilib.

Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə start verilib

Noyabrın 29-da ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növü üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün açılış mərasimi keçirilib.   Tədbirdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin rəsmi şəxsləri, millət vəkilləri, rektorlar, veteran futbolçular iştirak ediblər.   Açılış mərasimində elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov çıxış edərək liqanın ali təhsil müəssisələrinin tələbələri arasında futzalın təbliği, perspektivli idmançıların aşkarlanmasında xüsusi rol oynadığını vurğulayıb. Həmçinin bildirib ki, 2024-cü ilin iyul ayında Azərbaycan Tələbə Liqasının 2023/2024 mövsümünün qalibi olan Azərbaycan İdman Akademiyasının komandası 5-ci Avropa Universitet Oyunlarında iştiak edib, Macarıstan (16:1), Almaniya (5:1), Polşa (4:1), Fransa (6:1) və Çexiya (7:4) komandalarını məğlub edərək 5-ci yerə çıxıb.    Nazir müavini çıxışında idmanın inkişafına olan dövlət qayğısını xüsusi vurğulayıb, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində əhəmiyyət daşıdığını qeyd edib.   Rəsmi açılışdan sonra liqanın A qrupunda mübarizə aparacaq Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universiteti komandalarının qarşılaşması baş tutub. Oyun Azərbaycan Dövlət İqtisad Universitetinin qələbəsi ilə başa çatıb.   Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.   12 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı yarışa 2025-ci ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok, pul mükafatı ilə, liqada fərqlənən 3 tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.   Liqanın keçirilməsində məqsəd tələbələr arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasıdır.

IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib

Noyabrın 29-da Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı, Bakı Ali Neft Məktəbinin ev sahibliyi ilə məktəblilərarası IX Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib.    Açılış nitqi ilə çıxış edən Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev fənn müsabiqələrinin keçirilmə məqsədi və nəticələri barədə çıxış edib. İstedadlı gənclərə dəstəyin ölkənin innovativ və intellektual inkişafında mühüm rol oynadığını qeyd edən Fuad Qarayev bu cür müsabiqələrin şagirdlərin yüksək intellektual potensialını dəstəkləmək və onların uğurlarını qeyd etmək məqsədilə təşkil edildiyini bildirib.    Fuad Qarayev bildirib ki, sözügedən müsabiqədə ümumilikdə 43 111 şagird iştirak edib. Onlardan 8 800 nəfər yarımfinal mərhələsinə vəsiqə qazanıb. Müsabiqənin nəticələrinə əsasən, 307 şagird qalib olub. Onlardan 58 nəfər qızıl, 95 nəfər gümüş, 154 nəfər isə bürünc medalla təltif olunub. Qaliblərin 189 nəfəri oğlan, 118 nəfəri isə qızdır.    Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov müsabiqənin təhsilin inkişafına verdiyi töhfələr, qaliblərin əldə etdiyi uğurların Azərbaycanın gələcəyi üçün əhəmiyyəti barədə fikirlərini bölüşüb, bu cür istedadların üzə çıxarılmasının ölkəmizin gələcək elmi kadr potensialının formalaşması baxımından önəmli rolunu vurğulayıb.    Çıxışının sonunda nazir müavini  bu cür bilik yarışları ilə şagirdlərin yalnız elm deyil, dünyagörüşü qazandıqlarını da bildirərək qalibləri təbrik edib və onlara gələcək həyatlarında uğurlar arzulayıb.    Tədbirdə iştirak edən ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi sədrinin müavini Aynur Sofiyeva bu cür müsabiqələrin şagirdləri gələcəyə stimullaşdırdığını vurğulayaraq bu yarışlarda yalnız qalibiyyətin deyil, iştirakın da əhəmiyyətli olduğunu bildirib.    Daha sonra mükafatlandırma mərasiminə ev sahibliyi edən Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov qonaqları salamlayıb və şagirdləri təbrik edib.    Sonda müsabiqə qalibləri diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıblar.    Qeyd edək ki, məktəblilərarası fənn müsabiqələri 6 və 7-ci sinif şagirdləri arasında riyaziyyat, informatika, təbiət, kimya, fizika, biologiya fənləri üzrə 3 mərhələdə təşkil olunur.

Elm və təhsil naziri Neftçalada vətəndaşları qəbul edib

Noyabrın 29-da elm və təhsil naziri Emin Əmrullayev Neftçala şəhərində vətəndaş qəbulu keçirib.   Qəbulda Neftçala, Hacıqabul, Şirvan, Salyan və Biləsuvar sakinləri iştirak ediblər.  Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.   Qəbul zamanı vətəndaşlar müəllimlərin yerdəyişməsi, işlə təmin olunma, təhsil müəssisələrinin təmir-tikintisi, həmçinin digər məsələlərlə bağlı müraciətlər ediblər.    Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

SABAH tələbə-məzun forumu və karyera sərgisi keçiriləcək

3-4 dekabr tarixlərində SABAH qruplarının 10 illik yubileyinə həsr olunan SABAH tələbə-məzun forumu və karyera sərgisi keçiriləcək.    Forumun təşkilində məqsəd "SABAH qrupları" layihəsinin 10 illik fəaliyyəti üzrə uğurlarının nümayiş etdirilməsi, məzunların məşğulluq səviyyəsinin dəyərləndirilməsi, məzun assosiasiyasının təməlinin qoyulması, tələbə və məzunlar arasında şəbəkələşmənin qurulmasıdır.   İki gün davam edəcək forumun ilk günündə "SABAH layihəsinin ali təhsil sisteminə töhfəsi", “Tədqiqat necə kommersiyalaşdırıla bilər? Universitet-sənaye əməkdaşlığı” mövzusunda panel sessiyaları təşkil ediləcək.    Forumun ikinci günündə isə  “Liderlikdə vizyon və strategiya: uğurun açarı“ panel sessiyasında müzakirələr aparılacaq.    Forum çərçivəsində SABAH İncəsənət Festivalında tələbə və məzunların nümayiş etdirdikləri müxtəlif layihələr, əl işlərindən formalaşdırılmış “Virtual muzey”in təqdimatı, SABAH karyera sərgisi, SABAH məzunlarının “TEDx” formatında çıxışları, intellektual yarışların təşkili də planlaşdırılır.    Qeyd edək ki, 2014-2015-ci tədris ilindən etibarən fəaliyyət göstərən SABAH qrupları ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni və fərqli mühitin formalaşdırılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbələrin yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.

11/09/2026

"Təhsilin keyfiyyəti şagirdin nəticəsidir" | Emin Əmrullayev #TəhsilTV #EminƏmrullayev #Nazir #Çıxış #Məlumat

Ətraflı
11/09/2026

Sentyabrın 11-də 2026-2027-ci il tədris ili üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23296-1 #ElmVəTəhsilNazirliyi #EduGovAz #YeniTədrisİli

Ətraflı
11/09/2026

? Bakı üzrə PISA nəticələrində yüksəliş PISA 2025 nəticələrinə əsasən, Bakı şəhəri üzrə hər üç istiqamətdə 2018-ci illə müqayisədə daha yüksək nəticələr qeydə alınıb. ? Riyazi savadlılıq: 420 → 460 bal (+40) ? Təbiət elmləri: 398 → 440 bal (+42) ? Oxu savadlılığı: 389 → 405 bal (+16) 2022-ci illə müqayisədə isə 2025-ci ildə Bakı üzrə: ? Riyazi savadlılıq üzrə 63 bal ? Təbiət elmləri üzrə 60 bal ? Oxu savadlılığı üzrə 40 bal artım qeydə alınıb. Beləliklə, 2025-ci ildə Bakı üzrə hər üç istiqamətdə nəticələr həm 2022-ci illə müqayisədə əhəmiyyətli artım göstərib, həm də 2018-ci il göstəricilərini üstələyib. #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #PISA

Ətraflı