Elm və təhsil naziri Dünya Bankının hesabat tədbirində iştirak edib
Fevralın 10-da Dünya Bankı Bakıda “Dünya İnkişafı haqqında Hesabat”ın (World Development Report 2024) təqdimatını keçirib.
Hesabatın nəticələri və onun əsasında regional təhlil hesabatın əsas müəllifləri və Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə baş iqtisadçısı tərəfindən təqdim edilib.
Bildirilib ki, “Dünya İnkişafı haqqında Hesabat” (WDR) 1978-ci ildən bəri Dünya Bankı tərəfindən nəşr olunan illik hesabatdır. Hər bir hesabat iqtisadi inkişafın müəyyən bir aspekti haqqında dərin təhlili təqdim edir.
Hesabat tədbirində Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov, Mərkəzi Bankın sədri Taleh Kazımov, Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays da çıxış ediblər.
Hesabat tədbiri çərçivəsində təşkil edilən "Orta gəlir tələsindən yayınmaq: Azərbaycan üçün dərslər" adlı panel müzakirəsində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev son on ildə ali təhsil müəssisələrinə qəbul göstəriciləri, adambaşına maliyyə mexanizmi, ümumi təhsilin əhatə dairəsi, təhsilalana ayrılan investisiya və digər bu kimi məsələlərdən danışıb.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
