• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

146 Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti

Elm və Təhsil Nazirliyinin 146 Çağrı Mərkəzi yeni istiqamət üzrə vətəndaşların sorğularını cavablandıracaq.   Belə ki, vətəndaşlar Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan məktəbəqədər və ümumi təhsil müəssisələrinin fəaliyyəti ilə bağlı sorğu və şikayətlərinə 146-0-4 nömrəsi ilə əlaqə yaratmaqla cavab əldə edə bilərlər.

Vətəndaş müraciətləri və vətəndaş məmnunluğu ilə əlaqədar görüşlər keçirilir

Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə regional təhsil idarələri ilə birlikdə vətəndaş müraciətləri və vətəndaş məmnunluğu ilə əlaqədar maarifləndirici görüşlər keçirilir.    Məqsəd yerli təhsili idarəetmə orqanlarında kommunikasiya və informasiya mübadiləsinin effektiv həyata keçirilməsinə dəstək olmaq, sözügedən qurumların bu istiqamətdəki fəaliyyətində səmərəliliyin artırılması və dataəsaslı məlumat bazasının yaradılmasıdır.    Bu məqsədlə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şirvan-Salyan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Mərkəzi Aran regional təhsil idarələrinin əməkdaşları ilə görüşlər təşkil edilib. Görüşlərdə nazirlik əməkdaşları Altun Rəcəbli və Həmid Qasımov iştirak ediblər.    Görüş çərçivəsində vətəndaş müraciətlərinin dataəsaslı qeydiyyatı və analitik təhlili, müraciətlərin araşdırılması, vətəndaşların qəbula dəvəti, sosial şəbəkələrdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində tədbirlər planının hazırlanması, proseslərin avtomatlaşdırılması ilə çevik kommunikasiyanın təşkili və vətəndaş qəbulu prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.   

UNESCO-nun İpək Yolu Proqramı tədqiqat müsabiqəsi elan edir

UNESCO-nun İpək Yolu Proqramı “Silk Roads Youth Research Grant” qrant layihəsi çərçivəsində müsabiqədə iştirak üçün tədqiqat işlərini qəbul edir.   Yaşı 35-dək olan gənc tədqiqatçılar İpək Yolu ortaq irsi ilə əlaqədar olaraq müəyyən edilmiş mövzular üzrə tədqiqat layihəsi təqdim edə bilərlər.   Müsabiqədə iştirak etmək istəyən namizədlər üçün son müraciət tarixi 31 may 2023-cü ildir.   Müsabiqə barədə ətraflı məlumatla elan vasitəsilə tanış ola bilərsiniz.

Valideynlərin nəzərinə!

26 may saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə I siniflərə qəbul üçün prioritet tələbi tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə prioritetsiz qəbul aparılacaq.     Sözügedən ümumi təhsil müəssisələrinin siyahısı aşağıda təqdim edilib:  Heydər Əliyev adına lisey;  T.İsmayılov adına 6 nömrəli məktəb-lisey;  İ.Hacıyev adına tərəqqi texniki-humanitar liseyi;  İ.Əfəndiyev adına elitar gimnaziya;  “Ankara məktəbi” məktəb-lisey;  132-134 nömrəli təhsil kompleksi;  T.Həsənov adına 23 nömrəli tam orta məktəb;  Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi;  Zəngi liseyi.  Qeyd edək ki, adı çəkilən təhsil müəssisələrinin Azərbaycan bölməsi üzrə I siniflərinə valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin ümumi təhsil müəssisəsi üçün müəyyən edilmiş ərazidə qeydiyyatda olan və qəbul elan olunan vaxtdan ən azı bir il əvvəl həmin ünvanda rəsmi müqavilə əsasında kirayə yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin ümumi təhsil müəssisəsində işləyən, bacı və ya qardaşları həmin ümumi təhsil müəssisəsində təhsil alan uşaqlar sözügedən prioritetlərə uyğun qəbul edilirdilər.   

“eTwinning” layihəsi üzrə təhsilverənlərin inkişafı üçün tədbirlər həyata keçirilir

Cari ilin may ayı ərzində “eTwinning” layihəsi çərçivəsində ümumilikdə 17 təhsil işçisi olmaqla 8 müəllim Avropanın müxtəlif ölkələrində keçirilən konfranslarda, 9 müəllim isə beynəlxalq onlayn təlimlərdə iştirak edib. Avropa Mərkəzi Dəstək Xidmətinin dəstəyi ilə keçirilən tədbirlərin məqsədi təhsilverənlərin müasir metodlar üzrə tədrisinin inkişaf etdirilməsi, İKT və dil bacarıqlarının artırılması, həmkarları ilə ortaq dərs nümunələri, beynəlxalq layihələrin yaradılmasına şərait yaratmaqdır.    Layihə çərçivəsində pedaqoji işçilər üçün onlayn təlimlərdə iştirak imkanı da yaradılıb. Belə ki, cari ayda inklüziv məktəb mövzusunda Yunanıstan Milli Dəstək Xidməti tərəfindən keçirilən beynəlxalq tədbirə ölkə üzrə 9 müəllim qatılıb.    Bundan başqa, 15-17 may tarixlərində Bakıda “İnnovasiya və təhsil” adlı beynəlxalq tədbir təşkil edilib. 7 Avropa ölkəsindən 25 təhsil işçisi və Azərbaycanın 8 bölgəsindən 28 müəllimin iştirak etdiyi seminarın nəticəsi olaraq 22 ortaq dərs modeli yaradılıb. Növbəti tədris ilindən dərs modellərinin icrasına başlanılması nəzərdə tutulur.    Qeyd edək ki, “eTwinning“ Avropa İttifaqının Fasiləsiz Təhsil Proqramının tərkib hissəsidir və məktəbəqədər, orta məktəb, ali təhsil sahəsində çalışan təhsil işçilərinə peşəkar inkişaf təlimlərində iştirak, beynəlxalq əməkdaşlıq etmək, ortaq dərs modelləri yaratmaq, həmçinin Avropada ən böyük öyrənmə icmasının bir hissəsi olmaq imkanı verir. 

Parisdə “Heydər Əliyev İli” çərçivəsində azərbaycanlı doktorantlarla konfrans keçirilib

Mayın 22-də Azərbaycanın Fransadakı səfirliyi, Elm və Təhsil Nazirliyi və Alim Elmi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Fransada təhsil alan azərbaycanlı doktorantlarla konfrans keçirilib.    Tədbirdə Fransa və İtaliyanın müxtəlif universitetlərində magistratura və doktorantura üzrə təhsil alan tələbələr iştirak ediblər.    Konfransda çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin dövlətin strateji fəaliyyət istiqamətlərinin mühüm tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, ulu öndər gənclərin təhsilinə xüsusi önəm verib və bunun nəticəsində Azərbaycan gəncləri beynəlxalq aləmdə mühüm uğurlara imza atıblar.    Bildirilib ki, ümummilli liderin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələb və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan gəncliyi də üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır.    Konfransda Elm və Təhsil Nazirliyinin sektor müdiri Turxan Süleyman, Azərbaycanın Dostları Assosiasiyasının İcraiyyə Şurasının üzvü Jerom Begən, konsul Xatirə Müseyibova, Alim Elmi Assosiasiyasının rəhbəri Günel Səfərova çıxış edərək Fransada azərbaycanlı tələbələr üçün yaradılan imkanlar, xaricdə təhsillə bağlı dövlət proqramları, həyata keçirilən layihələr və perspektivləri haqqında ətraflı məlumat veriblər.     Konfrans iştirakçıların debatları ilə davam edib.   

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin rəhbəri ilə görüşüb

Mayın 22-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin Uşaq Fondunun (UNICEF) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Aleks Haykens ilə görüşüb.  Görüşdə Azərbaycan Respublikası ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və mümkün əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Nazirliyin nümayəndəsi Avropa Şurasının Şimal-cənub Mərkəzinin tədbirində çıxış edib

Avropa Şurasının Şimal-cənub Mərkəzinin qlobal təhsil, şəbəkə və dialoq vasitəsilə mədəniyyətlərarası təlim mübadiləsi çərçivəsində Lissabon şəhərində  “Mədəniyyətlərarası və dinlərarası müxtəlifliyi idarə etmək üçün təhsil üzrə mütəxəssislərin səriştələrinin gücləndirilməsi” adlı tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov çıxış edib.     Paneldə mərkəzin icraçı direktoru Adelino Silva, Lissabon Gənclər Mərkəzinin direktoru Eduarda Marques, Müqəddəs Taxt-tacın mədəniyyət və təhsil üzrə qurumunun nümayəndəsi Miquel Kardoso da iştirak ediblər.     Müjdat Həsənov Azərbaycanda qlobal təhsilin bir hissəsi kimi beynəlxalq rəqabətədavamlı vətəndaşların formalaşdırılmasını, eyni zamanda, ölkəmizdə təhsil alan əcnəbilər xüsusunda digər ölkələr üçün bilik, bacarıq və səriştəəsaslı mütəxəssis hazırlığının əhəmiyyətini və bu sahənin inkişafının təşviqini xüsusi vurğulayıb. Bu yöndə dövlət tərəfindən həyata keçirilən təhsil qrantı proqramları, Qlobal Paktın üzvü kimi qaçqınlara ödənişsiz təhsil imkanının yaradılması və prosesin optimallaşdırılması barədə seminar iştirakçılarına məlumat verilib.    Tədbirdə tolerantlığın aşılanması məqsədilə peşə məktəbləri və ali təhsilin bakalavriat, magistratura səviyyələrində multikulturalizm fənninin tədrisi, ali təhsilin əlçatanlığının təmin edilməsi baxımından dövlət sifarişli yerlərin artırılması, həmçinin sosial həssas qruplar üçün dövlət hesabına təhsil imkanının yaradılmasının əhəmiyyəti qeyd edilib.      Tədbir beynəlxalq ekspertlərin iştirakı ilə qlobal, mədəniyyətlərarası və dinlərarası təhsil sahələri üzrə panellərlə davam edib. 

Şahmatçılarımız Avropa çempionatında yüksək nəticə əldə ediblər

11-22 may tarixlərində Albaniyanın Durres şəhərində məktəblilərin Avropa çempionatı keçirilib.    25 ölkədən 208 şahmatçının iştirak etdiyi yarışa Azərbaycan yığma komandası 21 idmançı ilə qatılıb.    Yığma komandanın tərkibində çıxış edən “Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli uşaq-gənclər idman məktəbinin idmançısı Aqil İsrailov I yeri, Gəncə şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Səadət Bəşirli II yeri, Sumqayıt şəhəri 2 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin idmançısı Nurtən Nuriyeva isə III yeri tutub.    Qeyd edək ki, Azərbaycan yığma komandasının tərkibində çıxış edən 21 nəfərdən 16-sı Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən uşaq-gənclər idman-şahmat məktəblərinin idmançılarıdır.   

Müəllimlərin işə qəbuluna start verilir

Mayın 22-də 2023-2024-cü tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir. Müsabiqədə iştirak etmək istəyən namizədlər bu gün saat 11:00-dan etibarən 30 may saat 11:00-dək www.miq.edu.az linkinə daxil olaraq qeydiyyatdan keçə bilərlər.    Müəllimlərin işə qəbulu üzrə müsabiqədə orta ixtisas və ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş, dövlət nümunəli təhsil sənədi almış və ya xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycanda daimi yaşamaq üçün icazə verilmiş şəxslər iştirak edə bilərlər. Hazırda dövlət ümumi təhsil müəssisələrində müddətsiz əsaslarla çalışan müəllimlər də təyin olunduğu müəssisədə 3 ildən artıq fəaliyyət göstərdikləri halda müsabiqədə iştirak etmək hüququna sahibdirlər.   Müsabiqənin vakansiya seçimi mərhələsində ilk növbədə şəhid ailəsinin üzvləri iştirak edəcəklər. Eyni zamanda, müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05 artım əmsalı, 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacaq.    Qeyd edək ki, müsabiqə elektron ərizələrin yoxlanılması, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə mərhələlərini əhatə edəcək.   Daha ətraflı məlumatla aşağıdakı linkə daxil olaraq tanış ola bilərsiniz: https://bit.ly/3MQoxGF

28/05/2024

Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. ?????? #ElmVəTəhsilNazirliyi #28may #MüstəqillikGünü #MüstəqilAzərbaycan

Ətraflı
27/05/2024

Azyaşlı uşaqlara iqlim dəyişmələri və dayanıqlılıqla bağlı biliklərin aşılanmasını nəzərdə tutan “Yaşıl bağça” layihəsinə start verilib.

Ətraflı
27/05/2024

Mayın 27-də elm və təhsil naziri Emin Əmrullayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://bit.ly/4dUiEDH

Ətraflı