Vətəndaş müraciətləri və vətəndaş məmnunluğu ilə əlaqədar görüşlər keçirilir
Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə regional təhsil idarələri ilə birlikdə vətəndaş müraciətləri və vətəndaş məmnunluğu ilə əlaqədar maarifləndirici görüşlər keçirilir.
Məqsəd yerli təhsili idarəetmə orqanlarında kommunikasiya və informasiya mübadiləsinin effektiv həyata keçirilməsinə dəstək olmaq, sözügedən qurumların bu istiqamətdəki fəaliyyətində səmərəliliyin artırılması və dataəsaslı məlumat bazasının yaradılmasıdır.
Bu məqsədlə Gəncə-Daşkəsən, Qazax-Tovuz, Şirvan-Salyan, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran-Astara, Mərkəzi Aran regional təhsil idarələrinin əməkdaşları ilə görüşlər təşkil edilib. Görüşlərdə nazirlik əməkdaşları Altun Rəcəbli və Həmid Qasımov iştirak ediblər.
Görüş çərçivəsində vətəndaş müraciətlərinin dataəsaslı qeydiyyatı və analitik təhlili, müraciətlərin araşdırılması, vətəndaşların qəbula dəvəti, sosial şəbəkələrdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində tədbirlər planının hazırlanması, proseslərin avtomatlaşdırılması ilə çevik kommunikasiyanın təşkili və vətəndaş qəbulu prosesinin təkmilləşdirilməsi məsələləri müzakirə edilib.
3 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
