Parisdə “Heydər Əliyev İli” çərçivəsində azərbaycanlı doktorantlarla konfrans keçirilib
Mayın 22-də Azərbaycanın Fransadakı səfirliyi, Elm və Təhsil Nazirliyi və Alim Elmi Assosiasiyasının birgə təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində Fransada təhsil alan azərbaycanlı doktorantlarla konfrans keçirilib.
Tədbirdə Fransa və İtaliyanın müxtəlif universitetlərində magistratura və doktorantura üzrə təhsil alan tələbələr iştirak ediblər.
Konfransda çıxış edən Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətinin dövlətin strateji fəaliyyət istiqamətlərinin mühüm tərkib hissəsi olduğunu bildirib. Qeyd edib ki, ulu öndər gənclərin təhsilinə xüsusi önəm verib və bunun nəticəsində Azərbaycan gəncləri beynəlxalq aləmdə mühüm uğurlara imza atıblar.
Bildirilib ki, ümummilli liderin müəyyənləşdirdiyi gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrün tələb və reallıqlarına uyğun olaraq mahiyyət və keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan gəncliyi də üzərinə götürdüyü vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır və bunu bacarır.
Konfransda Elm və Təhsil Nazirliyinin sektor müdiri Turxan Süleyman, Azərbaycanın Dostları Assosiasiyasının İcraiyyə Şurasının üzvü Jerom Begən, konsul Xatirə Müseyibova, Alim Elmi Assosiasiyasının rəhbəri Günel Səfərova çıxış edərək Fransada azərbaycanlı tələbələr üçün yaradılan imkanlar, xaricdə təhsillə bağlı dövlət proqramları, həyata keçirilən layihələr və perspektivləri haqqında ətraflı məlumat veriblər.
Konfrans iştirakçıların debatları ilə davam edib.
3 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
