• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazirliyin nümayəndəsi Avropa Şurasının Şimal-cənub Mərkəzinin tədbirində çıxış edib

Avropa Şurasının Şimal-cənub Mərkəzinin qlobal təhsil, şəbəkə və dialoq vasitəsilə mədəniyyətlərarası təlim mübadiləsi çərçivəsində Lissabon şəhərində Mədəniyyətlərarası və dinlərarası müxtəlifliyi idarə etmək üçün təhsil üzrə mütəxəssislərin səriştələrinin gücləndirilməsi” adlı tədbir keçirilib. Tədbirdə Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Müjdat Həsənov çıxış edib. 

  

Paneldə mərkəzin icraçı direktoru Adelino Silva, Lissabon Gənclər Mərkəzinin direktoru Eduarda Marques, Müqəddəs Taxt-tacın mədəniyyət və təhsil üzrə qurumunun nümayəndəsi Miquel Kardoso da iştirak ediblər. 

  

Müjdat Həsənov Azərbaycanda qlobal təhsilin bir hissəsi kimi beynəlxalq rəqabətədavamlı vətəndaşların formalaşdırılmasını, eyni zamanda, ölkəmizdə təhsil alan əcnəbilər xüsusunda digər ölkələr üçün bilik, bacarıq və səriştəəsaslı mütəxəssis hazırlığının əhəmiyyətini və bu sahənin inkişafının təşviqini xüsusi vurğulayıb. Bu yöndə dövlət tərəfindən həyata keçirilən təhsil qrantı proqramları, Qlobal Paktın üzvü kimi qaçqınlara ödənişsiz təhsil imkanının yaradılması və prosesin optimallaşdırılması barədə seminar iştirakçılarına məlumat verilib. 

 

Tədbirdə tolerantlığın aşılanması məqsədilə peşə məktəbləri və ali təhsilin bakalavriat, magistratura səviyyələrində multikulturalizm fənninin tədrisi, ali təhsilin əlçatanlığının təmin edilməsi baxımından dövlət sifarişli yerlərin artırılması, həmçinin sosial həssas qruplar üçün dövlət hesabına təhsil imkanının yaradılmasının əhəmiyyəti qeyd edilib.  

  

Tədbir beynəlxalq ekspertlərin iştirakı ilə qlobal, mədəniyyətlərarası və dinlərarası təhsil sahələri üzrə panellərlə davam edib. 


1 il əvvəl