Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qrant müsabiqəsi üzrə qalib layihələr

Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi çərçivəsində dəstəklənən 32 layihənin icrasına başlanılıb.   Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə, ümumilikdə, ümumi təhsil müəssisələri kateqoriyası üzrə 15, fərdi kateqoriya üzrə 17 layihə həyata keçirilir.    Layihələr 3-12 ay müddətində icra ediləcək.   Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin keçirilməsində əsas məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir.  Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinə respublika üzrə dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər qatılıb. 10 mövzu üzrə keçirilən müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə 213 layihə təklifi daxil olub. Müsabiqənin Təşkilat Komitəsi Ekspert Qrupu tərəfindən ümumi təhsil müəssisələri kateqoriyası üzrə 37, fərdi kateqoriya üzrə 83 layihənin dəstəklənməsi məqsədəuyğun sayılıb. Barələrində müsbət qərar qəbul olunmuş layihələrin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib.

"Elektron təhsil" Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb

Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “Elektron təhsil” Respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb. Bu mərhələ üzrə 703 layihə təqdim olunub. Onlardan 59-u müsabiqənin şərtlərinə uyğun olmayıb və yekun olaraq 644 layihə qəbul edilib. Layihələrin 362-i müəllimlər, 268-i şagirdlər, 14-ü isə tələbələr tərəfindən göndərilib. Layihələr ümumi mərhələdə müəyyən olunmuş meyarlar üzrə qiymətləndirilmək üçün müsabiqənin Ekspert Komissiyasına təqdim edilib. İkinci mərhələnin nəticəsi və nominantların adları cari ilin noyabr ayında elan ediləcəkdir. “Elektron təhsil” Respublika müsabiqəsi “Müəllim”, “Şagird” və “Tələbə” istiqamətləri üzrə 6 nominasiyada təşkil olunub. Müsabiqənin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır. Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və "Təhsildə İnnovativ Texnologiylar" əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir. Müsabiqə qaliblərinə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaqdır.

Təhsil naziri Mikayıl Cabbarov “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti ilə görüşüb

Oktyabrın 20-də təhsil naziri Mikayıl Cabbarov “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti ilə görüşüb. Görüşdə şirkətin inkişaf etməkdə olan bazarlar üzrə qlobal direktoru Vici Krışnan, təhsil proqramları üzrə direktoru Valentin Boqorov və Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə iştirak edib. Görüş zamanı Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2015-ci ilin dekabrında ali təhsil müəssisələrinin dünyanın aparıcı elmi platforması olan “Thomson Reuters”in  “Web of Science™” bazasına çıxışı ilə əlaqədar bağlanmış müqavilənin icrası üzrə hazırkı vəziyyət, əldə olunmuş nailiyyətlər, mövcud çağırışlar və gələcək perspektivlər müzakirə olunub. Görüşdə Azərbaycan alimlərinin dünya akademik mühitinə inteqrasiyasının gücləndirilməsi, yüksək reytinqə malik olan nəşrlərdə dərc olunan elmi məqalələrin sayının və keyfiyyətinin artırılması, Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin möhkəmləndirilməsi istiqamətində işlərin sürətləndirilməsinin əsas strateji hədəf kimi qoyulduğu, hədəflərə çatmaqda Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında strateji əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

Azərbaycan universitetlərinin nüfuzu yüksəlib

Regional reytinq cədvəlinə 6 ali təhsil müəssisəmiz daxil olub   Məlumdur ki, son dövrlərdə ali məktəblərin akademik fəaliyyətinin vacib göstəricisi kimi qlobal reytinqlər mühüm əhəmiyyət kəsb etməkdədir. Bütün dünya üzrə işəgötürənlər də məhz reytinqlərə istinad edərək bu və ya digər universitetin məzunları haqqında daha çox məlumat əldə etməyə çalışır. Hazırda ali təhsil bazarının iqtisadiyyatın əhəmiyyətli sektorlarından biri hesab edildiyini nəzərə alsaq, qətiyyətlə demək olar ki, universitetlərimizin regional reytinqlərdə təmsil olunması həm ali məktəblərimizin nüfuz göstəricisidir, həm də məzunlarımızın əmək bazarında keyfiyyətli işlə təmin olunmasının təminatıdır. Bu günlərdə Böyük Britaniyanın “Quacquarelli Symonds” agentliyi tərəfindən “İnkişaf etməkdə olan Avropa və Mərkəzi Asiya” (QS EECA University Rankings 2018) regionunun ən yaxşı universitetlərinin 2017-2018-ci illər üzrə reytinqinin açıqlanması diqqəti yenidən bu mövzuya yönəltdi. Sevindirici haldır ki, dünyanın 24 ölkəsindən 300 ali məktəbin yer aldığı regional reytinq cədvəlinə Azərbaycanın 6 universiteti daxil olub. Reytinqdə təmsil olunan ali məktəblərimizin sayının artması diqqətəlayiqdir. Azərbaycanın ali məktəblərinə sıralamada Bakı Dövlət Universiteti başçılıq edir. Ən yaxşı 100 universitet sırasında BDU (95-ci) və Xəzər Universiteti (100-cü) yer ala biliblər. Digər ali məktəblərimiz reytinqə aşağıdakı ardıcıllıqla daxil olublar: Azərbaycan Dövlət İqtisad Universiteti (161-170), Azərbaycan Dövlət Memarlıq və İnşaat Universiteti (171-180), Azərbaycan Dillər Universiteti (171-180), Bakı Slavyan Universiteti (201-250). Ali məktəblərimizin reytinq fəallığına baxdıqda görürük ki, universitetlərimizin əsasən akademik və işəgötürənlər arasında nüfuzu artıb. Reytinqin təhlili göstərir ki, BDU “akademik nüfuz” kateqoriyası üzrə 58.7, “işəgötürənlər arasında nüfuz” kateqoriyası üzrə 37.5, müəllim-tələbə nisbəti kateqoriyası üzrə 32.1, əcnəbi müəllimlərin sayı kateqoriyası üzrə 20, əcnəbi tələbələrin sayı kateqoriyası üzrə 11.8, professor-müəllim heyətinin nəşri aktivlik dərəcəsi üzrə 12.4, elmi dərəcəli əməkdaşların sayı üzrə 69.1, elmi məqalələrinə olan istinadların sayına görə 17.2 balla qiymətləndirilib. Xəzər Universiteti “akademik nüfuz” kateqoriyası üzrə 43.5, “işəgötürənlər arasında nüfuz” kateqoriyası üzrə 41.4, müəllim-tələbə nisbəti kateqoriyası üzrə 35.4, əcnəbi müəllimlərin sayı üzrə 100, əcnəbi tələbələrin sayı üzrə 74, professor-müəllim heyətinin nəşri aktivlik dərəcəsi üzrə 1.7, elmi dərəcəli əməkdaşlarının sayı üzrə 75.8 balla qiymətləndirilib. Ötən il Azərbaycan universitetləri arasında adıçəkilən reytinqdə 5-ci yerdə qərarlaşan UNEC builki nəticələrə görə iki pillə yüksələrək ən reytinqli 3-cü Azərbaycan universiteti olub. UNEC “akademik nüfuz” kriteriyası üzrə 34.1 bal toplayıb. Ali məktəbin “işəgötürənlər arasında nüfuz” göstəricisi isə bu il təxminən iki dəfə yüksələrək 39.9 balla qiymətləndirilib. Əcnəbi müəllimlərin sayının yerli müəllimlərin sayına olan nisbəti üzrə 13.3, elmi dərəcəli əməkdaşlarının sayı üzrə isə 18.9 bal toplayıb. Müşahidələr göstərir ki, ali məktəblərimiz reytinqdə yüksək yerlər qazanmaq üçün milli və beynəlxalq işəgötürənlərlə əməkdaşlığı daha da gücləndirməli, ingilisdilli elmi nəşrlərdə dərc olunan məqalələrin keyfiyyətinə və sayına nail olmalı, tələbə mobilliyinə yüksək diqqət göstərməli, reytinqli universitetlərlə təcrübə mübadiləsini genişləndirməlidir.   “Azərbaycan müəllimi” qəzeti

İnnovasiya ekosistemi və ali təhsil

Oktyabrın 19-da “İnnovasiya ekosisteminin qurulması” adlı seminar öz işinə başlayıb. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Prezident Administrasiyasının  Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev, təhsil naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə, iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, millət vəkilləri, dövlət və özəl sektorun nümayəndələri  iştirak ediblər. Seminarın keçirilməsində məqsəd müvafiq dövlət və özəl  qurumların  birgə innovasiya ekosisteminin təşəkkülü  ilə bağlı  fəaliyyət planının hazırlanmasına dəstək verməkdir. Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov insan kapitalının inkişaf etdirilməsi sahəsində dünyanın qabaqcıl təhsil ocaqlarından olan Berkli Kaliforniya, Stenford universitetləri, “Global Innovation Catalyst” şirkəti ilə əməkdaşlığın ölkəmizin ali təhsil sistemi üçün yeni imkanlar yaradacağını bildirib. Ölkə rəhbərinin təsdiq etdiyi iqtisadiyyatın inkişafı üzrə strateji yol xəritələri və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əsas məqsədlərindən biri kimi insan kapitalının vacibliyini vurğulayan təhsil naziri bu tədbirin gələcəyə baxış strategiyaları ilə innovasiyaların inkişafına xidmət edəcəyini  bildirib. Nazir qeyd edib ki, bu üç tərəfli sinerjidə ali təhsil müəssisələri platforma rolunu oynaya bilər. İnnovativ ekosistemin formalaşması və inkişafında sahibkarlıq universitet modelinin günümüzdə daha da aktuallaşdığını qeyd edən Mikayıl Cabbarov Bakı Mühəndislik Universitetinin bu formada fəaliyyət göstərməsi üçün ilk addımlar atdığını bildirib.   Sonra çıxış edən nəqliyyat, rabitə və yüksək texnologiyaları naziri Ramin Quluzadə strateji yol xəritələrində startapların, kiçik və orta sahibkarların biznes bacarıqlarının artırılmasına xüsusi yer verildiyini, iqtisadiyyatın hərtərəfli inkişafının təmin edilməsi, o cümlədən yüksək texnologiyaların dinamik inkişafı məqsədi ilə dövlət tərəfindən mühüm addımlar atıldığını vurğulayıb. Nazir həmçinin Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində ölkənin bir sıra ali təhsil müəssisələrində biznes inkubatorların yaradıldığını, “SABAH” qrupları ilə əməkdaşlıq memorandumunun imzalandığını diqqətə çatdırıb.  Daha sonra çıxış edən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova gənclərin sahibkarlıq fəaliyyətinə başlaması üçün göstərilən dövlət qayğısından danışaraq Azərbaycanda innovativ iqtisadiyyata təkan vermək məqsədi ilə bir sıra tədbirlərin həyata keçirildiyini bildirib. Rəsmi çıxışlardan sonra “Global Innovation Catalyst” şirkətinin qurucusu və sədri Kəmran Elahianın “Qazıntı iqtisadiyyatından innovativ iqtisadiyyata” mövzusunda təqdimatı olub. Berkli Kaliforniya Universitetinin professoru Qreqori LaBlank “Startap ekosistemi: Silikon Vadisinin əsasları və hökumətin rolu” mövzusunda çıxış edib. Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva seminar iştirakçıları ilə görüşüb. Üç gün davam edəcək seminarda iştirakçılar tərəfindən sahibkarlıq ekosisteminin transformasiyası əsasında bilik əsaslı və innovativ iqtisadiyyatın qurulmasına dair üç illik fəaliyyət planının hazırlanması nəzərdə tutulur. Seminar çərçivəsində vençur maliyyəsi, sahibkarlıq təhsili, mədəniyyəti mövzusunda təlim və müzakirələr, vençur investorların panel müzakirəsi təşkil olunacaq. Tədbir Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər AkademiyasıBakı Mühəndislik Universiteti tərəfindən təşkil olunub. Tədbirin baş sponsoru “Kapital Bank”, sponsorları isə Azərbaycan İnvestisiya Şirkəti, “AzIntelekom” MMC və AMEA Yüksək Texnologiyalar parkıdır.  

Karyera planlama təlimləri davam edir

"Məktəblinin dostu" layihəsi çərçivəsində 2017-2018-ci tədris ili üzrə karyera planlama təlimləri başlayıb. Təlimlər layihə daxilində fəaliyyət göstərən Psixoloji Mərkəzin əməkdaşları tərəfindən keçirilir. Təlimlərin təşkilində əsas məqsəd məktəblilərə peşələr haqqında məlumat vermək, onlara ixtisas seçimində kömək etmək, həmçinin,  seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə şagirdlərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğu müəyyənləşdirməkdən ibarətdir. Təlimlərdə ixtisas seçimi, bu zaman diqqət yetirilməli olan məqamlar, bacarıq və qabiliyyətlərin düzgün qiymətləndirilməsi, əmək bazarındakı vəziyyət və digər məsələlər ətrafında müzakirələr aparılır, şagirdləri maraqlandıran suallara aydınlıq gətirilir. Qeyd edək ki, bu ilin aprel ayından start verilən karyera planlama təlimləri 14 məktəbdə icra olunur. Təlimlərin növbəti mərhələlərdə "Məktəblinin dostu" layihəsinin əhatə etdiyi digər məktəblərdə də keçirilməsi nəzərdə tutulur. 

Təhsil müəssisələrində Müstəqillik Günü qeyd edilib 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbirlər keçirilib. Belə ki, təhsil müəssisələrində “Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 26-cı ildönümünə həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil edilib. Eləcə də təhsil müəssisələrində bayram münasibətilə fotostendlər, bülletenlər hazırlanıb, məktəblilər arasında rəsm, bədii qiraət və inşa yazı müsabiqələri keçirilib, şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunub.         “Müstəqilliyimiz əbədidir!”, “Azərbaycan müstəqillik illərində”, “Müstəqilliyimiz milli sərvətimizdir”, “18 oktyabr dövlət müstəqilliyi günüdür”, “Müstəqilliyimizin 26  illiyi” və digər tədbirlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsi, rayon icra hakimiyyətləri, müxtəlif idarə və təşkilatların nümayəndələri, təhsil  müəssisələrinin pedaqoji və şagird  kollektivləri  iştirak ediblər. Tədbirlərdə çıxış edənlər o dövrün tarixi-siyasi şəraitinə nəzər salaraq, xalqımızın milli istiqlal uğrunda apardığı mübarizələrdən danışıb və XX yüzilliyin  xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qaldığını bildiriblər. Qeyd olunub ki, “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edildiyi 1991-ci ilin 18 oktyabr günü xalqımızın tarixinə şərəfli və əlamətdar səhifə kimi yazılıb. Ulu öndər Heydər Əliyevin Azərbaycanın qüdrətli dövlətə çevrilməsinə yönəlmiş müdrik siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, o cümlədən Azərbaycanın gündən-günə daha da gücləndiyi, qüdrətləndiyi şagirdlərin bir daha diqqətinə çatdırılıb.  Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər isə söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə vətənə olan sevgilərini nümayiş etdiriblər. Şagirdlər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə daha da rəngarərənglik qatıb. Həmçinin, tədbirlərdə dövlət müstəqilliyindən bəhs edən videoçarx və sənədli filmlər nümayiş etdirilib.

"2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsi qalibləri mükafatlandırılıb

Oktyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Ən layiqli alim–Ə.L.A.” məqsədli qrant müsabiqəsi çərçivəsində keçirilmiş "2016-cı ilin alimi” və “2016-cı ilin gənc alimi” müsabiqəsinin qalibləri mükafatlandırılıb. Müsabiqənin keçirilməsində məqsəd Azərbaycanda 2016-cı ildə fəal elmi fəaliyyət göstərmiş, yüksək elmi nəticələrə nail olmuş, impakt faktorlu, tanınmış bazalarda indekslənən nüfuzlu jurnallarda və nəşrlərdə elmi məqalələri dərc olunmuş, digər elmi əsərləri olan, elmi işlərinə istinad olunan və yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş alimlərin beynəlxalq standartlara uyğun meyarlar üzrə qiymətləndirilməsi və mükafatlandırılması olub. Müsabiqənin nəticələrinə əsasən, “2016-cı ilin alimi", “2016-cı ilin gənc alimi"  nominasiyaları üzrə 12 alim (8 alim "2016-cı ilin alimi", 4 alim "2016-cı ilin gənc alimi") qalib elan olunub. Qaliblərdən 6-sı AMEA-nın müxtəlif institutlarını, digər 6 qalib isə Bakı Dövlət Universiteti (3 yer), Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət İqtisad Universitetini təmsil edir. Müsabiqə nəticəsində fizika, riyaziyyat və texnika elmləri üzrə 3, kimya elmləri üzrə 4, tibb, biologiya və aqrar elmləri üzrə 2, humanitar və ictimai elmlər üzrə 3 alim qalib elan olunub. Mükafat müsabiqəsinin ümumi maliyyələşdirilmə həcmi 32000 manatdır. "2016-cı ilin alimi" nominasiyası üzrə mükafatın həcmi 3000 manat, "2016-cı ilin gənc alimi" nominasiyası üzrə 2000 manat  təşkil edib.

İstedadlı şagirdlərin seçimi aparılıb

Sumqayıt şəhərində istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişafı istiqamətində müəyyən layihələrin həyata keçirilməsi və beynəlxalq olimpiadalara hazırlaşacaq aşağı yaş qrupu şagirdlərinin müəyyən edilməsi məqsədi ilə seçim imtahanı keçirilib. Təhsil İnstitutu ilə Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə keçirdiyi seçim imtahanında riyaziyyat fənni üzrə 7-ci sinif, fizika, kimya, informatika və biologiya fənləri üzrə isə 8-ci sinif şagirdləri iştirak edib. İmtahanda riyaziyyat fənni üzrə 381, fizika fənni üzrə 215, kimya fənni üzrə 152, biologiya fənni üzrə 193 və informatika fənni üzrə  100 şagird olmaqla ümumilikdə 1041 şagirdin iştirak edib. İmtahanın nəticələrinə əsasən Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində yaradılmış Olimpiadalara hazırlıq mərkəzlərinə cəlb ediləcək şagirdlər müəyyən ediləcək. Qeyd edək ki, artıq 3 ildir ölkəmizdə Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir. Xüsusi istedadı və bacarığı ilə seçilən şagirdlərin aşkarlanması və onlarla məqsədyönlü işlərin aparılması Təhsil Nazirliyinin ən prioritet məsələlərindən biridir.

Təlimlərdə iştirak üçün müsabiqənin ikinci mərhələsinə başlanılır

Təhsil Nazirliyinin birbaşa tabeliyində olan və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəbi, lisey və gimnaziyaların direktorlarını, direktor müavinlərini, müəllimlərini əhatə edən təlimlərdə iştirak üçün müsabiqənin ikinci mərhələsinə başlanılır. İkinci mərhələ oktyabrın 28-də S.C.Pişəvəri adına Humanitar fənlər gimnaziyasında həyata keçiriləcək. Müsabiqənin ikinci mərhələsi ilə bağlı məlumatlar bu mərhələyə keçən namizədlərin elektron poçt ünvanlarına göndəriləcək, eyni zamanda telefon vasitəsilə məlumat veriləcək. İkinci mərhələdə namizədlərə 1 saat ərzində kağız formatda 30 test tapşırığı təqdim olunmaqla, onların məntiqi dünyagörüşü qiymətləndiriləcək. Təlimlərin keçirilməsinin məqsədi müasir idarəetmə bilik və bacarığına yiyələnmiş, informasiya texnologiyalarına bələd olan, ölkəmizin təhsil və sosial inkişafına töhfə verə biləcək ümumi təhsil müəssisəsi direktorlarını təkmilləşdirmək və yetişdirməkdir. Təlim prosesində müdavimlər təhsildə keyfiyyətin idarəedilməsi, təhsili idarəetmənin hüquqi əsasları, təhsildə statistika və təhlil, təhsildə maliyyənin idarəolunması və digər mövzular üzrə bilik və bacarıqlarını artırmaq imkanı əldə edəcəklər. Təlimlərdə iştirak etmiş şəxslər Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yekun qiymətləndirmədə iştirak edəcəklər. Yekun qiymətləndirmədə qənaətbəxş nəticə göstərmiş və hazırda direktor vəzifəsində çalışmayan şəxslər bu vəzifə üzrə vakant yerlərə təyin olunmaq üçün ehtiyat kadr kimi qeydə alınacaqlar.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı