İstedadlı şagirdlərin seçimi aparılıb
Sumqayıt şəhərində istedadlı şagirdlərin aşkar edilməsi, onların elmi potensiallarının inkişafı istiqamətində müəyyən layihələrin həyata keçirilməsi və beynəlxalq olimpiadalara hazırlaşacaq aşağı yaş qrupu şagirdlərinin müəyyən edilməsi məqsədi ilə seçim imtahanı keçirilib. Təhsil İnstitutu ilə Sumqayıt Şəhər Təhsil Şöbəsinin birgə keçirdiyi seçim imtahanında riyaziyyat fənni üzrə 7-ci sinif, fizika, kimya, informatika və biologiya fənləri üzrə isə 8-ci sinif şagirdləri iştirak edib.
İmtahanda riyaziyyat fənni üzrə 381, fizika fənni üzrə 215, kimya fənni üzrə 152, biologiya fənni üzrə 193 və informatika fənni üzrə 100 şagird olmaqla ümumilikdə 1041 şagirdin iştirak edib. İmtahanın nəticələrinə əsasən Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində yaradılmış Olimpiadalara hazırlıq mərkəzlərinə cəlb ediləcək şagirdlər müəyyən ediləcək.
Qeyd edək ki, artıq 3 ildir ölkəmizdə Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri fəaliyyət göstərir. Xüsusi istedadı və bacarığı ilə seçilən şagirdlərin aşkarlanması və onlarla məqsədyönlü işlərin aparılması Təhsil Nazirliyinin ən prioritet məsələlərindən biridir.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
