Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Füzuli rayonunda vətəndaşları qəbul edib

Oktyabrın 16-da təhsil naziri Mikayıl Cabbarov Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl təhsil naziri Mikayıl Cabbarov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev Heydər Əliyev Mərkəzində ümummilli liderin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinləri, eləcə də bu rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edib. Qəbulda vətəndaşlar müəllimlərin yerdəyişməsi, işə qəbulu və işə bərpa olunması, direktorların işə qəbulu və digər məsələlərlə əlaqədar müraciət ediblər. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq struktur bölmələrinə və yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib, əksər məsələlər isə yerindəcə həllini tapıb.

Təhsil naziri Cocuq Mərcanlı kənd tam orta məktəbində olub

Oktyabrın 16-da təhsil naziri Mikayıl Cabbarov Cəbrayıl rayonunun yenidən qurulan Cocuq Mərcanlı kəndinə səfər edib. Əvvəlcə təhsil naziri Mikayıl Cabbarov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov “Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, Vətən uğrunda şəhid  olanların xatirəsini hörmətlə anıblar. Daha sonra təhsil naziri kənddə inşa olunan şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində müəllim və şagird kollektivi ilə görüşüb.. Təhsil naziri məktəbdə yaradılan şəraitlə tanış olub, sinif otaqlarını gəzib, şagird və müəllimlərlə söhbət edib. Nazir bidirib ki, bu tədris ilində şəhid Novruz Aslanov adına Cocuq Mərcanlı kəndində 24 ildən sonra məktəb zəngi çalınıb. Ümumi təhsil müəssisələrində 2017-2018-ci tədris ilinin ilk dərs məşğələsinin “Cocuq Mərcanlı-tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunduğunu xatırladan təhsil naziri bu tarixin uşaq və gənclərin vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıdığını bildirib. Təhsil naziri Cocuq Mərcanlı kəndində məktəbin fəaliyyətə başlamasının, uşaqların rahat şəkildə təlim və tədris prosesində iştirakının burada dinc və firavan həyatın təmin edilməsinə bariz nümunə olduğunu bildirib. Təhsil Nazirliyi adından məktəbə elektron lövhə və digər hədiyyələr təqdim edildikdən sonra müəllim və şagird kollektivi ilə birgə xatirə fotosu çəkilib. Qeyd edək ki, Cocuq Mərcanlı kənd tam orta məktəbi ölkə Prezidenti cənab İlham Əliyevin “İşğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında” sərəncamına əsasən tikilib. Məktəbdə 60-a yaxın şagirdin təlim-tərbiyəsi ilə 20 nəfər müəllim çalışır. Sinif otaqları, informatika, gənclərin çağırışaqədərki hazırlıq kabinetləri, müəllimlər otağından ibarət məktəb binası lazımi avadanlıqlar, istilik sistemi və internetlə təchiz edilib.

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binası istifadəyə verilib

Oktyabrın 16-da Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin yeni binasının açılış mərasimi keçirilib. Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, millət vəkili, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, təhsil işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərkəzin yeni binası ilə tanış olan qonaqlara məlumat verilib ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi iri sənaye mərkəzlərində, regionlarda rasionallaşdırılma və optimallaşdırma prosesinin həyata keçirilməsi, müasir təminatlı peşə təhsil mərkəzlərinin yaradılması çərçivəsində istifadəyə verilib. Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi peşə liseyi statusunda  olmaqla Qəbələ Peşə Məktəbi və Qəbələ Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin bazasında yaradılıb. 3 mərtəbədən ibarət mərkəzdə iqtisadiyyatın prioritet istiqamətləri üzrə peşə təhsilində ixtisaslı kadr hazırlığı ilə bağlı hər cür şərait yaradılıb. Mərkəzdə istehsalat təlim dərslərini yüksək səviyyədə həyata keçirmək üçün bütün ixtisaslara uyğun yaradılmış 4 emalatxana lazımi avadanlıqla təchiz olunub. Mərkəzdə kiçik təlim-təsərrüfat sahəsi istifadəyə verilib, binanın ətrafında yaşıllaşdırma işləri aparılıb, 700-ə yaxın ağac və bəzək kolları əkilib. Yeni tədris korpusunda gözləmə və konfrans zalları, 30 sinif otağı, linqafon, kompüter otaqları, laboratoriyalar, 13 inzibati otaq, mətbəx, yeməkxana, təlim üçün restoran və otel otağı, oxu zalı olan kitabxana, soyunub-geyinmə otağı, idman zalı mövcuddur. Təhsil ocağının geniş konfrans zalında həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür. Mərkəzdə yeni tipli mini stadion şagirdlərin istifadəsinə verilib, idman zalı müxtəlif tədris vasitələri ilə tam təmin edilib. Mərkəzin balansında əlavə olaraq 75 hektar tədris-təcrübə sahəsi var və 10-dan çox müasir kənd təsərrüfatı texnikası ilə təchiz olunub. Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev çıxış edərək son illərdə ölkəmizdə peşə təhsili sahəsində əhəmiyyətli tədbirlərin həyata keçirildiyini  və yeni binanın istifadəyə verilməsinin görülən işlərin davamı olduğunu bildirib. Təhsil naziri Mikayıl Cabbarov mərkəzin yeni binasının açılışı münasibətilə kollektivi təbrik edib. Nazir bildirib ki, təxminən 3 hektara yaxın ərazidə belə bir müasir mərkəzin yaradılması və istifadəyə verilməsi dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən təhsil islahatlarının və ölkəmizin regional inkişaf layihələrinin daha bir göstəricidir. Peşə təhsilinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı sahələrdən biri olduğunu qeyd edən nazir mərkəzdə turizm, otelçilik, kənd təsərrüfatı  və digər mühüm ixtisaslar üzrə kadr hazırlığının aparılacağını bildirib. Ölkə Prezidentinin Fərmanı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi"nin peşə təhsilində həyata keçiriləcək layihələr baxımından mühüm sənəd olduğunu bildirən nazir ölkəmizdə əmək bazarının dəyişən tələblərinə uyğun kadr hazırlığı üçün belə mərkəzlərin istifadəyə verilməsinin vacibliyini qeyd edib. Təhsil naziri burada yaradılan şəraitin təhsilalanların bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açdığını, yaxın gələcəkdə belə müəssisələrin digər bölgələrdə də istifadəyə veriləcəyini bildirib. Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev dövlət başçısının rəhbərliyi altında Qəbələdə aparılan böyük quruculuq, abadlıq işlərindən söz açıb, rayonun bir çox ilklərə imza atdığını qeyd edib. Səbuhi Abdullayev Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Qəbələdə beynəlxalq musiqi festivalının, rəsm sərgilərinin keçirildiyini vurğulayıb və mərkəzin yeni binasının istifadəyə verilməsini aparılan işlərin davamı kimi dəyərləndirib. Millət vəkili Fəttah Heydərov təhsilin bu vacib sahəsində aparılan müsbət dəyişikliklərin, yeni peşə təhsil mərkəzlərinin yaradılmasının ölkənin davamlı inkişafının təmin edilməsinə xidmət etdiyini bildirib. Fəttah Heydərov mərkəzin müasir dövrün tələblərinə uyğun ixtisaslı kadr hazırlığı baxımından peşə təhsili sahəsinə öz töhfəsini  verəcəyinə inamını ifadə edib. Qeyd edək ki, mərkəzdə ümumilikdə 980 nəfərin təhsil alması mümkündür. Təhsil müəssisəsində regionun xüsusiyyətləri nəzərə alınmaqla, aqrar və turizm sektoruna aid ixtisasların hazırlanmasına böyük əhəmiyyət verilir. Hazırda mərkəzdə 19 ixtisas üzrə tədris aparılır və bu ixtisaslarda 457 şagird peşə öyrənir. Ümumilikdə 23 istehsalat təlim ustası, 14 nəfər pedaqoji heyət fəaliyyət göstərir.  

Futbolçulardan ibarət komandalar arasında “Təhsil Liqası”na start verilib

 “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə 2017-2018-ci il mövsümü üzrə 8 yaşadək (U-8) və 9 yaşadək (U-9) futbolçulardan ibarət komandalar arasında təşkil olunan “Təhsil Liqası”nın oyunlarına başlanılıb. Liqanın keçirilməsində məqsəd idman məktəblərinin futbol bölmələrində ibtidai hazırlıq qruplarının fəaliyyətlərinin gücləndirilməsi, kütləviliyin təmin olunması, uşaqların yarış təcrübələrinin artırılması, onlar arasında dostluq əlaqələrinin yaradılmasından ibarətdir. Hər liqa üzrə keçirilən yarışlara idman məktəblərindən və futbol klublarından 12 komanda qatılıb. FİFA-nın mövcud qaydaları əsasında keçirilən yarışlar AFFA-nın Hakimlər Komitəsi tərəfindən təsdiq edilmiş hakimlər heyəti tərəfindən idarə olunacaq. Mövsümün sonunda liqalar üzrə I, II və III yeri tutan komandalar diplom, kubok, medal, qiymətli hədiyyələrlə mükafatlandırılacaq, 5 nominasya üzrə seçiləcək futbolçular xüsusi mükafatlarla təltif olunacaqlar.

Müəllimlər üçün ixtisasartırma təlimləri

İbtidai sinif müəllimləri üçün yeni ixtisasartırma proqramlarının sınaq təlimləri təşkil edilib. Oktyabrın 4-dən start verilən təlimlər Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda (TİPİİ) keçirilir. Təlimlərin təşkilində əsas məqsəd yeni ixtisasartırma proqramlarını sınaqdan keçirdikdən sonra ümumi istifadəyə verməkdən ibarətdir.  Sınaq təlimləri sinfin idarəolunması, ibtidai təhsildə oxuyub-anlama bacarıqlarının inkişafı metodikası, yazı işinin təşkili, qiymətləndirmə vasitələrinin hazırlanması, məktəbəhazırlıq qruplarında öyrədici və inkişafetdirici mühitin təşkili, məktəbəhazırlıq dövründə didaktik oyunlardan istifadə proqramları üzrə keçirilir. TİPİİ-nin əməkdaşları tərəfindən hazırlanan proqramların məzmunundan asılı olaraq təlimlərin müddəti müxtəlifdir. Sınaq təlimlərinin sonunda iştirakçılara müvafiq sertifikatlar veriləcək. 

Olimpiada dahiləri

Medalçı şagirdlərimiz xarici universitetlərdə təhsil alacaqlar   Təhsilimizin inkişafına yüksək səviyyədə göstərilən diqqət və qayğı gələcəyimiz olan gənc nəslin hərtərəfli və peşəkar mütəxəssis kimi formalaşmasında mühüm əhəmiyyət daşıyır. Bu mənada Təhsil Nazirliyinin istedadlı şagirdlərin üzə çıxarılması, onların bilik və qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər nəticəsində məktəblilərimiz respublika fənn olimpiadalarında, eləcə də beynəlxalq səviyyəli bilik yarışlarında iştirak edir və uğurları ilə təhsilimizə öz töhfələrini verməkdədir. Məktəblilərimizin əldə etdikləri uğurlara əsasən tam qətiyyətlə deyə bilərik ki, onların elmi potensialı yüksəkdir. İndi onların sorağı ABŞ, Çin, Koreya, Türkiyə, Rusiya və Avropanın digər ölkələrinin nüfuzlu universitetlərindən gəlir. Budəfəki yazımız da son illərdə müxtəlif ölkələrdə keçirilmiş mötəbər bilik olimpiadalarında medal qazanaraq 2017-2018-ci tədris ilindən dünyanın nüfuzlu universitetlərinin tələbəsi olmaq hüququ qazanmış gənclərimizə həsr olunub. İlk növbədə qeyd edək ki, 4 məzunumuz bu tədris ilindən ali təhsilini Koreya Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunda və ya qısaca KAIST-də davam etdirir. KAIST Cənubi Koreyanın Dejeon şəhərinin Yuseonq rayonundakı Daedeok elmi şəhərciyində yerləşən ali təhsil müəssisəsi, ölkənin ən aparıcı ali təhsil ocaqlarından biridir. Dünyanın müxtəlif ölkələrindən bu ali məktəbə hər il minlərlə insan müraciət edir və universitet onların arasından 50 nəfəri seçərək pulsuz təhsil almaq imkanı verir. Onlardan 4-ü azərbaycanlıdır və ötən tədris ilində “İstək” liseyini bitirmiş olimpiada qalibləridir.   ***   Biz adıçəkilən tələbələrin Təhsil Nazirliyinin dəstəyi ilə beynəlxalq olimpiadalarda qazandıqları uğurlarda xüsusi əməyi olan “İstək” liseyinin Olimpiada koordinatoru Elvin Məmmədovun da yetirmələri barədə fikirlərini öyrəndik. - Bu şagirdlərlə ilk tanışlığımız 2014-cü ildə oldu. Bəzilərinə riyaziyyatdan, bəzilərinə isə həndəsə və cəbrdən olimpiada dərsləri keçərək onları yaxından tanımağa başladım. Siniflərində 20-yə yaxın şagird var idi. Onların hər biri öz məktəblərinin, bəlkə də gəldikləri rayonun ən istedadlı şagirdləri idilər. Amma olimpiadaçı olmaq təkcə zəka ilə deyil, həm də səbr və əzm ilə çalışmaq tələb etdiyindən hər il bəziləri ələnərək sonda adları sadalanan “dahilər” qalmışdı. Onlar ilə şagird və müəllim kimi deyil, gələcəyin alimləri, professorları olaraq münasibət qurmuşduq. Birlikdə qərar çıxarır, elmi məsələləri müzakirə edir və hətta kitablar haqqında öz rəylərimizi bildirirdik. Koordinatorları olaraq bilirdim ki, əsas olan sadəcə ən prestijli deyil, onların gələcəkdə daha parlaq həyat qurmaları və elm adamları kimi yetişmələri üçün ən uyğun universitetləri birlikdə seçməli idik. Əvvəlki illərdə olimpiadaçı şagirdlərin dövlət təqaüdü ilə xaricdəki universitetlərdə təhsil almaları asan idi. Aldıqları medallar ilə dünyanın məşhur universitetlərinə qəbul olurdular. Amma son illərdə “dahi”lər olimpiada ilə yanaşı SAT, SAT subject, IELTS kimi imtahanlardan da yüksək nəticələr toplamalı idilər. Və nəticə olaraq, göründüyü kimi, onlar bu çətinliyi də aşaraq sadalanan imtahanlarda da yüksək nailiyyətlər əldə etdilər və təqaüd ilə xarici universitetərdə təhsillərini davam etdirməyə yola düşdülər. Onların bu nailiyyətləri indidən öz bəhrəsini verməyə başlayıb. Mərkəzimizdəki olimpiadaçı şagirdlər üçün böyük nümunə olublar. İndi böyük əksəriyyəti xaricdəki nüfuzlu universitetlərə qəbul olmaq üçün ürəkdən çalışır. Böyük qardaşlarının nailiyyətlərini davam etdirmək üçün onların gözlərindəki arzunu, istəyi hiss etmək heç də çətin deyil. Şagirdlərimin hamısına ölkəmizə qazandırdıqları medallar, xarici ölkələrdə bayrağımızı qürurla dalğalandırdıqları və olimpiadanın ölkəmizdə populyarlığını daha da artırdıqları üçün təşəkkür edirəm. Gələcək həyatlarında onlara uğurlar, insanlıq üçün xeyirli olacaq yüksək nailiyyətlər arzu edirəm.   Mirəli Əhmədli, Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi   - 2000-ci il dekabrın 9-da Gəncə şəhərində anadan olub. İlk təhsilinə şəhər 4 nömrəli tam orta məktəbdə başlayıb. VII sinifdən olimpiadaya seçim üçün məntiq imtahanında iştirak edib. Riyaziyyat üzrə olimpiada komandasına qəbul olunub. VIII sinifdə təhsilini, eləcə də olimpiadaya hazırlıq işlərini Bakıdakı “İstək” liseyində davam etdirməyə başlayıb. 2014-2015-ci illərdə Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında müvafiq olaraq bürünc və gümüş, 2015-ci və 2016-cı illərdə isə Respublika fənn olimpiadasında müvafiq olaraq qızıl və gümüş medallara sahib çıxıb. 2017-ci ilin yanvarında XIII Beynəlxalq Jautıkov, iyulda isə 58-ci Beynəlxalq Riyaziyyat olimpiadalarında bürünc medal qazanıb. 2016-2017-ci tədris ilində təhsilini qızıl medalla bitirib. Səbuhi Mikayılov, Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi   - 1999-cu il oktyabrın 25-də Kürdəmir rayonu Şiximli kəndində anadan olub. 2006-cı ildə Bakı şəhərindəki 37 nömrəli tam orta məktəbin I sinfinə daxil olub. 2012-ci ildən təhsilini Quba “İstək” liseyində davam etdirib. 2014-2015-ci tədris ilində fizika üzrə respublika fənn olimpiadasında II yeri tutub. IX sinifdə Jautıkov olimpiada seçimlərinə qatılaraq Azərbaycan komandasına üzv olub. Qazaxıstanda keçirilən ilk bilik yarışında bürünc medala layiq görülüb. 2015-ci və 2016-cı illərdə XI və XII Beynəlxalq Jautıkov olimpiadalarında bürünc və gümüş medallar qazanıb. 2015-ci ildə Hindistanda keçirilən 46-cı beynəlxalq fizika olimpiadasında iştirak edib. 2017-ci ildə Respublika fənn olimpiadasında fizika fənni üzrə qızıl medala layiq görülərək “Birincilərin birincisi” olub. Təhsilini qızıl medalla bitiri Emin Qayıbov, Çexiyanın Çarlz Universitetinin (tibb ixtisası) tələbəsi   - 2000-ci il fevralın 23-də Bakı şəhərində anadan olub. Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinfində təhsil alıb. Qarşısına qoyduğu məqsəd üçün son dərəcə səylə çalışan Emil 2014- 2015-ci tədris ilində keçirilən biologiya fənni üzrə respublika olimpiadasında qızıl medala layiq görülüb. Kimya, fizika və biologiyadan (ingiliscə) müxtəlif kitablar oxumaqla biliklərini zənginləşdirən Emin beynəlxalq olimpiadalarda ölkəmizi təmsil etmək hüququ qazanıb. 2-10 dekabr 2015-ci il tarixlərində Cənubi Koreyanın Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında bürünc medala layiq görülüb. Orta məktəbi qızıl medalla bitirib. Emil Əlizadə, Türkiyənin Bilkənt Universitetinin tələbəsi   - 2000-ci il fevralın 18-də Mingəçevir şəhərində anadan olub. 2006-cı ildə Mingəçevir şəhəri 15 nömrəli tam orta məktəbin 1-ci sinfinə, 2012-ci ildə Mingəçevir “İstək” liseyinə daxil olub. Liseyin Olimpiada sinfində yüksək nəticə göstərərək Bakı “İstək” liseyinin Olimpiada sinfində təhsilini davam etdirmək hüququ qazanıb. 2015-ci ildə respublika fənn olimpiadalarında fizika fənni üzrə mümkün 100 baldan 100 bal toplayaraq qızıl medala layiq görülüb. 2015-ci ildə Qazaxıstanda keçirilən XI Jautıkov olimpiadasında, Hindistanda keçirilən 46-cı Beynəlxalq Fizika Olimpiadasında və Çində keçirilən 16-cı Beynəlxalq Asiya olimpiadasında iştirak edib. Emil Əlizadə fizika üzrə 2017- ci il Respublika fənn olimpiadalarında qızıl medal qazanıb. Cəfər İsbarov, Çinin Tsinxua Universitetinin (neyro elmlər ixtisası) tələbəsi   - 2000-ci il yanvarın 1-də Cəlilabad rayonunda anadan olub. 2006-cı ildə Cəlilabad şəhəri 8 nömrəli tam orta məktəbdə ibtidai təhsilə başlayıb. 2012-ci ildə Lənkəran Özəl Türk liseyinə qəbul olunub. 2013-cü ildən Bakı Özəl Türk liseyində təhsilini davam etdirib. Son dərəcə əzmkarlığı, çalışqanlığı ilə seçilən Cəfər 2016-2017-ci tədris ilində Lənkəran şəhəri 4 nömrəli Humanitar təmayüllü məktəb-liseyini qızıl medalla bitirib. 2-10 dekabr 2015-ci il tarixlərində Cənubi Koreyanın Dequ şəhərində keçirilən yeniyetmələrin XII Beynəlxalq Elm Olimpiadasında gümüş medala layiq görülüb. 2017- ci il Respublika Fənn Olimpiadalarında biologiya fənni üzrə qızıl medal qazanıb. Fərhad Allahverdiyev, Cənubi Koreyanın Qabaqcıl Elmlər və Texnologiyalar İnstitutunun tələbəsi   - 22 fevral 2000-ci il tarixində Ağstafa rayonunda anadan olub. İbtidai təhsilinə 2006-cı ildə Ağstafa rayon 1 nömrəli tam orta məktəbdə başlayıb. 2012-ci ildə Gəncə Özəl Türk liseyinə qəbul olub. 2016-2017-ci tədris ilində liseydə təhsilini qızıl medalla bitirib. İstirak etdiyi olimpiadalar: 2015-ci il Beynəlxalq Jautıkov olimpiadası, 2015-ci il Asiya Fizika Olimpiadası, 2015-ci il Beynəlxalq Fizika Olimpiadası, 2015-ci il Respublika fənn olimpiadası (qızıl medal), 2016-cı il Beynəlxalq Jautıkov Olimpiadası (gümüş medal), 2016-cı il Respublika fənn olimpiadası (gümüş medal), 2016-cı il Beynəlxalq Fizika Olimpiadası (bürünc medal). Rüstəm Ağayev, Çinin Fudan Universitetinin (kompüter mühəndisliyi ixtisası) tələbəsi   - 2000-ci il martın 31-də Ukraynanın Luqansk şəhərində anadan olub. Xalqlar Dostluğu “İstək” liseyini bitirib. 2014-cü ildə Respublika fənn olimpiadalarında bürünc medal qazanıb. Hədəfi nüfuzli bilik yarışmalarında Azərbaycanın nailiyyətlərini daha da artırmaq olub. 2015-ci ildə XI Beynəlxalq Jautıkov Olimpiadasında iştirak edib. 2015-ci il Respublika fənn olimpiadalarında qızıl medal alıb. 2015-ci ildə Dünya İnformatika Olimpiadasında iştirak edib. 2016-cı il XII Beynəlxalq Jautıkov olimpiadasında isə bürünc medala layiq görülüb. 2017-ci ildə informatika fənn üzrə respublika fənn olimpiadasında qızıl medala və “Birincilərin birincisi” adına layiq görülüb. Əsas arzusu ali təhsilini bitirdikdən sonra “Google” və ya “Facebook” kimi şirkətlərdə işləməkdir. Turan Bədəlli, Estoniyanın Tartu Universitetinin (genetika ixtisası) tələbəsi   - 2000-ci il fevralın 29-da Sumqayıt şəhərində anadan olub. Bakıdakı akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin X sinfində təhsil alıb. Hələ orta məktəbdə oxuyarkən kimya, biologiya və fizika fənləri üzrə olimpiada hazırlıq dərslərində iştirak edib. 2014-cü ildə Argentinada keçirilən gənclərin XI Beynəlxalq Elm Olimpiadasında (İJSO) iştirak edib. Daha sonra Cənubi Koreyada keçirilən XII Beynəlxalq Elm Olimpiadasından Vətənə bürünc medalla qayıdıb. “İstedadların hazırlığı laboratoriyası” IV Respublika Olimpiadasında gümüş medala layiq görülüb. 2016-2017-ci tədris ilində akademik Zərifə Əliyeva adına liseyi gümüş medalla bitirib.     "Azərbaycan müəllimi" qəzeti

Təhsil naziri Tacikistan Respublikasının yeni fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Oktyabrın 12-də təhsil naziri Mikayıl Cabbarov Tacikistan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Rustam Soliyev ilə görüşüb. Görüşdə Azərbaycan və Tacikistan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə səfirə məlumat verib. Təhsil naziri  səfirə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazası istifadəyə verilib

Oktyabrın 12-də 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimi keçirilib. Tədbirdə təhsil naziri Mikayıl Cabbarov, millət vəkilləri, ali məktəb rektorları, yazarlar və mədəniyyət  xadimləri iştirak edib. Uşaq-Gənclər İnkişaf Mərkəzinin yeni bazasının açılış mərasimində məlumat verilib ki, üç mərtəbədən ibarət mərkəzdə  uşaq və yeniyetmələrin  yaradıcı təxəyyülünün  inkişafı üçün hər cür şərait yaradılıb. Ümumi sahəsi 2.000 kv.metr olan mərkəzin 1-ci mərtəbəsində gözləmə zalı, mətbəx, 2-ci mərtəbədə ümumilikdə 16 otaq, akt zalı, qrim otağı, foye var. Burada hərəsi 1 olmaqla rəsm, musiqi, elm, bacarıqlı əllər, hərəsi 2 olmaqla robototexnika, məktəbəhazırlıq, hərəsi 3 olmaqla inzibati və köməkçi otaqlar fəaliyyət göstərir. 3-cü mərtəbədə isə 18 otaq - 2 rəqs zalı, teatr studiyası, 2 rəsm və məşğələ otağı, 4 soyunub-geyinmə otağı, kostyum otağı, konfrans zalı, 4 inzibati və 2 köməkçi otaq mövcuddur. Mərkəz fəaliyyətini  4-16 yaşlı uşaq və yeniyetmələr  üçün həm ənənəvi dərnəklər, həm də müasir metodiki vəsaitlər və texnoloji avadanlıqlarla təchiz edilmiş beynəlxalq məktəbdənkənar təhsil proqramı vasitəsilə  təşkil edir. Proqram 6 inteqrativ modul əsasında 4 kurs olmaqla həyata keçiriləcək. Burada Multielm,  Multirəsm, Məktəbəhazırlıq, Robototexnika kursları üzrə xüsusi tədris və kompüter proqramları lokallaşdırılıb, mərkəzin fəaliyyətinə cəlb olunmuş pedaqoji heyət üçün beynəlxalq mütəxəssislər tərəfindən bütün istiqamətlər üzrə təlim keçirilib. Qonaqlara mərkəzdə fəaliyyət göstərən kursların modullar əsasında tədrisi və “Multiart”, “Multimusic”, “Robotics”, “K-First”, “Multielm”, “Multitexnologiya” modullarının hər biri üzrə ayrı-ayrılıqda məlumat verilib. Bildirilib ki, mərkəzin ikinci mərtəbəsində böyük məkanda yerləşən, uşaqların məktəbdənkənar kurikulum əsasında bacarıqlarını inkişaf etdirən bu kurslarda uşaqlar cəlbedici tədris proqramlarının köməyi ilə təsviri sənət aləmi ilə yaxından tanış ola, musiqi bacarıqlarını inkişaf etdirə bilərlər. Yeni informasiya texnologiyalarına əsaslanan robototexnika laboratoriyası, interaktiv təlim əsasında uşaqlarda kreativ düşüncə, təxəyyülün inkişafına yardım edəcək. “Multicentr” layihəsinin bir hissəsi olan “Multielm” modulu uşaq və yeniyetmələrə alternativ enerjidən istifadə, elmi eksperimentlərin aparılması  imkanı verəcək.  Mərasim mərkəzin üzvləri olan respublika və beynəlxalq yarışların qalibləri, müsabiqə laureatlarının ifaları ilə davam etdirilib.  Mərkəzin direktoru Lalə Qəti ölkəmizdə təhsilə olan dövlət qayğısından danışıb və belə bir şəraitin yaradılması üçün təşəkkürünü bildirib. Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək mərkəzin kollektivini yeni bazanın fəaliyyətə başlaması münasibəti ilə təbrik edib və onlara uğurlar arzulayıb. Nazir son illərdə təhsil sahəsində aparılan uğurlu islahatlardan, eləcə də məktəbdənkənar təhsil üzrə qazanılan nailiyyətlərdən danışıb. Məktəbdənkənar təhsilin uşaq və gənclərin fərdi inkişafında, maraq dairələrinin genişləndirilməsində mühüm rolunu diqqətə çatdıran təhsil naziri burada yaradılan şəraitin onlara bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün əlverişli imkanlar açdığını vurğulayıb. Qeyd edək ki, Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi 1974-cü ildən fəaliyyət göstərir. Mərkəzdə fəaliyyət göstərən 29 dərnəkdə 1800 uşaq məşğul olur, 54 nəfər pedaqoji işçi çalışır. Mərkəz 43 illik fəaliyyəti ərzində respublika və beynəlxalq səviyyəli tədbirlərdə və layihələrdə uğurla iştirak edib, dəfələrlə beynəlxalq festival və müsabiqələrin qalibi olub. Mərkəzin yetirmələri Gürcüstan və İtaliyada keçirilmiş festivallarda “Qran-pri” mükafatına, həmçinin Türkiyə, Amerika, Çexiya, Polşa, Rumıniya, Bolqarıstan, Rusiya, Ukrayna, Belarus, Gürcüstan, Yaponiya, İngiltərə, Yunanıstan, Misir, İordaniya, Norveç, Hindistan, Niderland, Avstriya, İtaliya və digər ölkələrdə keçirilən müsabiqə, sərgi festivallarda I, II ,III yerlərə, diplom, fəxri fərman və sertifikatlara layiq görülüb.  

Təhsil naziri Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri ilə görüşüb

Oktyabrın 11-də təhsil naziri Mikayıl Cabbarov Avropa İttifaqının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri cənab Kestutis Yankauskas ilə görüşüb. Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişafı, o cümlədən gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Təhsil naziri Füzuli rayonunun Horadiz şəhərində vətəndaşları qəbul edəcək

Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərinin nəzərinə!   Təhsil naziri Mikayıl Cabbarov 16 oktyabr 2017-ci il tarixində saat 10:00-da Füzuli rayonunun Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin oktyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Ağdam, Füzuli, Beyləqan və Tərtər rayon sakinlərini qəbul edəcək. Qəbulda Ağdam, Füzuli, Beyləqan və Tərtər rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 10-12 oktyabr 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna zəng etməklə (“Qaynar xətt” xidməti) və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə (http://edu.gov.az/az/contacts/request)  daxil olmaqla elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı