Təhsil naziri Mikayıl Cabbarov “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti ilə görüşüb
Oktyabrın 20-də təhsil naziri Mikayıl Cabbarov “Clarivate Analytics” şirkətinin nümayəndə heyəti ilə görüşüb.
Görüşdə şirkətin inkişaf etməkdə olan bazarlar üzrə qlobal direktoru Vici Krışnan, təhsil proqramları üzrə direktoru Valentin Boqorov və Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə iştirak edib.
Görüş zamanı Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2015-ci ilin dekabrında ali təhsil müəssisələrinin dünyanın aparıcı elmi platforması olan “Thomson Reuters”in “Web of Science™” bazasına çıxışı ilə əlaqədar bağlanmış müqavilənin icrası üzrə hazırkı vəziyyət, əldə olunmuş nailiyyətlər, mövcud çağırışlar və gələcək perspektivlər müzakirə olunub.
Görüşdə Azərbaycan alimlərinin dünya akademik mühitinə inteqrasiyasının gücləndirilməsi, yüksək reytinqə malik olan nəşrlərdə dərc olunan elmi məqalələrin sayının və keyfiyyətinin artırılması, Azərbaycan elminin dünya səviyyəsində mövqeyinin möhkəmləndirilməsi istiqamətində işlərin sürətləndirilməsinin əsas strateji hədəf kimi qoyulduğu, hədəflərə çatmaqda Təhsil Nazirliyi ilə “Clarivate Analytics” arasında strateji əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
