Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Məktəblərarası yarış keçirilib

“Hər vərəqi bir yarpağa dəyişək” layihəsi çərçivəsində məktəblərarası yarış keçirilib. Azərbaycan Respublikası Təhsil Nazirliyi, İDEA İctimai Birliyi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Kağız və Karton İstehsalat Kombinatının birgə həyata keçirdiyi layihənin əsas məqsədi ekoloji maarifləndirməyə diqqət çəkmək, kağız israfını azaltmaq, təkrar emalı təşviq etmək yolu ilə ağacların qorunmasına, təbiətin mühafizəsinə və ekoloji balansın saxlanılmasına nail olmaqdan ibarətdir. Yarışın nəticəsinə əsasən, Bakı şəhəri 283 nömrəli tam orta məktəb 590 kq, 7 nömrəli tam orta məktəb 520 kq, 5 nömrəli tam orta məktəb isə 440 kq kağız tullantıları toplayıb. Bunun müqabilində məktəblərə A4 vərəq hədiyyə olunub. Qalib gəlmiş 283 və 7 nömrəli məktəblərin şagirdlərinin Azərbaycan Kağız və Karton İstehsalat Kombinatına ekskursiyası nəzərdə tutulub. Ekskursiya zamanı şagirdlər Azərbaycan Kağız və Karton İstehsalat Kombinatında kağızın təkrar emalı prosesi ilə tanış olacaqlar.

“Məktəbdənkənar müəssisələrdə qabaqcıl metodiki və pedaqoji təcrübə”

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində (RUGİM) “Təhsildə keyfiyyət ili” çərçivəsində “Məktəbdənkənar müəssisələrdə qabaqcıl metodiki və pedaqoji təcrübə” mövzusunda təlim keçirilib. Ekologiya, turizm və diyarşünaslıq istiqamətlərində keçirilən maarifləndirici  təlimə mərkəzdə fəaliyyət göstərən dərnəklərin rəhbərləri qatılıb. RUGİM-in direktoru Firuzə Sultanzadə yeni tədris ili üçün proqram və layihələr, tərəfdaşlarla əməkdaşlığın inkişafı və birgə mühüm tədbirlərin həyata keçirilməsi haqqında məlumat verib, mərkəzin eksperti Stefanie Ettling  müasir  standartlara uyğun olan dərsin  gedişi  barədə metodiki tövsiyə ilə çıxış edib. Təlimdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Ekologiya idarəsinin əməkdaşları da iştirak edib. Bildirilib ki, ölkənin təbii ehtiyatlarının davamlı istifadəsi və alternativ enerji mənbələrinin tətbiqi sahəsində gənc nəslin bilik və bacarıqlarının artırılması üçün müvafiq idarə ilə RUGİM arasında anlaşma memorandumu imzalanıb. Həmin sənədə əsasən, elmi-tədqiqat və ekoloji maarifləndirmə məqsədi ilə birgə seminar və konfransların, öyrədici proqramların, turların, ekskursiyaların, praktik məşğələlərin və digər layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Daha sonra təlimdə “Yaşıl düşüncə-yaşıl davranış” mövzusunda təqdimat edilib, Səmti Müəyyən Etmə İdman Federasiyası ilə RUGİM arasında əməkdaşlığın gələcək istiqamətləri  müzakirə olunub.  

Təhsil naziri Neftçala şəhərində vətəndaşları qəbul edəcək

  Biləsuvar, Salyan, Hacıqabul, Kürdəmir və Neftçala rayon sakinlərinin nəzərinə!   Təhsil naziri Mikayıl Cabbarov 11 dekabr 2017-ci il tarixində saat 10:00-da Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2017-ci ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Biləsuvar, Salyan, Hacıqabul, Kürdəmir və Neftçala rayon sakinlərini qəbul edəcək. Qəbulda Biləsuvar, Salyan, Hacıqabul, Kürdəmir və Neftçala rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 4-7 dekabr 2017-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

“Hər dəfə bir evi işıqlandır”

İxtirası ilə dünyanı heyrətləndirən Azərbaycan məktəblisi   Başa vurmaqda olduğumuz həftənin təhsillə əlaqədar növbəti ən uğurlu hadisəsi - Azərbaycan məktəblisi Reyhan Camalova ilə bağlı oldu desək, səhv etmərik. Belə ki, akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (“İstək” liseyi) 9-cu sinif şagirdi, 15 yaşlı məktəblimiz Reyhan Camalova ABŞ və Hindistanın birgə təşkilatçılığı ilə Hindistanda keçirilən “Qlobal Sahibkarlıq Sammiti 2017”-yə ixtirası ilə qatılaraq böyük uğura imza atıb. Öz adından söz etdirməyi bacaran gənc qız ixtirası ilə sammit iştirakçılarını heyrətləndirib... Reyhan Rauf qızı Camalova Quba şəhərində ziyalı ailəsində anadan olub. Uşaqlıqdan istedadı ilə fərqlənib. Reyhan 5 yaşından kiçik "ixtira”lar etməyə başlayıb. "Robotlar”, kağızlardan xüsusi qurğular düzəldib. 2009-cu ildə Quba şəhərindəki A.Məmmədov adına 2 nömrəli təbiət-təmayüllü məktəb-liseyə qəbul olub. 2015-ci ildə “İstək” liseylərinə keçirilən qəbul imtahanında Quba-Xaçmaz iqtisadi rayonu üzrə ən yüksək nəticə göstərib. Əldə etdiyi nəticəyə görə 100% təqaüdlə (tamamilə ödənişsiz) “İstək” liseyində təhsil almaq hüququ qazanıb. Hazırda akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (“İstək” liseyi) IX sinif şagirdidir. 2017-ci ili onun üçün uğurlu hesab etmək olar. Belə ki, o, cari ilin fevral-mart aylarında “İstək” liseylərində “Social Innovation Lab”ın rəsmi təşkilatçılığı ilə keçirilən “ClimateLaunchpad” startap akselerator proqramının təqdimatında iştirak edib. Daha sonra Azərbaycanda ilk dəfə keçirilən “ClimateLaunchpad - startap yaşıl biznes” müsabiqəsinə öz “Rainergy” adlı layihəsi ilə qatılıb. Layihə “ClimateLaunchpad startap” müsabiqəsinin Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startapı” adına layiq görülüb. Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə öz ixtirası ilə qatılan Reyhan Camalova özünün ən böyük uğuruna imza ataraq hamı tərəfindən alqışlarla qarşılanıb. Yağış suyundan enerji istehsal edən 15 yaşlı ixtiraçı gəncin fikrincə, dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji kimi istifadə etmək olar. Bu problemi həll etmək üçün Reyhan öz şagird dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir. Reynercinin prototipi hazırda 22 led lampanı işıqlandırır ki, bu da təqribi 22 watt enerji deməkdir. Gənc ixtiraçı söyləyir ki, bu enerjini çoxaltmağın üzərində işləyirlər: “Bəzi ölkələrdə enerji həddindən artıq bahadır. Bunun üzərində işləyib enerjini çoxaltdıqdan sonra çox az pul xərcləməklə enerji ala biləcəyik”. ABŞ prezidenti Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanı ayağa qaldıraraq onun nailiyyətini təqdir edib: “Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var - “Hər dəfə bir evi işıqlandır”. Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm”. Həmin çıxışdan sonra bütün iştirakçılar Reyhanı alqışlayıblar. Bir Azərbaycan məktəblisi üçün bündan sevincli nə ola bilər ki?.. Ölkəmizdən 15 yaşlı bir gəncin belə bir nüfuzlu tədbirə qatılması xüsusilə son illər təhsilimizin inkişafından soraq verir. Məlumat üçün bildirək ki, Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir. “İlk növbədə qadınlar, tərəqqi hamı üçün” şüarı altında keçirilən sammitdə qadın sahibkarların dəstəklənməsi və iqtisadi artımın dünya səviyyəsində saxlanması müzakirə edilir. Reyhan Camalova və onunla birlikdə səfər edən Leyla Tağızadənin tədbirdə iştirakı ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənib. Zahirən öz həmyaşıdlarından fərqlənməyən, ancaq qeyri-adi istedadı ilə hamının diqqətini özünə cəlb etməyi bacaran bu gənc gələcəkdə dünyada dönüş yaradacaq layihələrə imza atmağı, Nobel mükafatını qazanmağı qarşısına məqsəd qoyub. Azərbaycanlı şagird artıq gələcəklə bağlı planlarını da müəyyənləşdirib. Gənc ixtiraçı dünyada özündən sonra Lütfi Zadə kimi iz qoymaq istəyir. Reyhanın ən böyük arzusu bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atmaqdır. Kiçik ixtiralarının onu həmin işıqlı yola apardığına inandığını deyir: “İnsanlığa xeyri olan biri olmaq istəyirəm”.   “Azərbaycan müəllimi” qəzeti

Peşə seçiminə dair tədbirlər keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində  “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbirlər keçirilir. Təhsil Nazirliyinin razılığına əsasən, Dövlət Məşğulluq Xidməti və “Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər məktəblilərin peşə meyl və maraqlarının müəyyənləşdirilməsində, onlara gələcəkdə peşə və ixtisas seçimində köməklik göstərmək və övladlarını yaradıcı əməyə hazırlamaq, onları düzgün ixtisas seçiminə yönəltmək barədə valideynləri məlumatlandırmaqdan ibarətdir. Tədbirdə ölkəmizin əmək bazarındakı vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə geniş məlumat verilir. İxtisas seçimi, bu məsələdə diqqət yetirilməli məqamlar, bilik və bacarıqların düzgün qiymətləndirilməsi və digər müvafiq məsələlər ətrafında müzakirələr aparılır, peşə hazırlığı, əlavə  təhsil  kursları haqqında suallar cavablandırılır. Seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə şagirdlərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğun müəyyənləşdirilməsinin mühüm məsələlərdən olduğu diqqətə çatdırılır. Sonda şagirdlərə peşəyönümü ilə bağlı tərtib edilmiş əyani vəsaitlər təqdim edilir.

Milli Olimpiya Komitəsi ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb

Noyabrın 29-da Azərbaycan Milli Olimpiya Komitəsi (MOK) ilə “Bir” Tələbə-Könüllü Proqramı arasında anlaşma memorandumu imzalanıb. Memorandumu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və təhsil nazirinin müavini Firudin Qurbanov imzalayıblar. Memorandumun imzalanmasında məqsəd gənclərin könüllülük fəaliyyətinə cəlb edilməsi, idmana və xüsusilə Olimpiya Oyunlarına marağın artırılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün əlverişli mühit yaratmaq, tərəflər arasında əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdir. Tədbirdə Milli Olimpiya Komitəsi, Təhsil Nazirliyi və “Bir” Tələbə-Könüllü Proqramının əməkdaşları ilə yanaşı, müxtəlif idman federasiyalarının nümayəndələri iştirak ediblər. Çingiz Hüseynzadə tədbirdə çıxış edərək idmanın gənclərin həyatındakı vacib rolundan danışıb. Bildirib ki, MOK-un könüllülərlə əlaqədar ilk rəsmi layihəsi 2014-cü ildə həyata keçirilib. Həmin layihə atletika üzrə Yeniyetmələrin Avropa Olimpiya təsnifat yarışı üçün könüllü hazırlığından ibarət idi. O, ölkəmizdə könüllülük hərəkatının inkişafı üçün hər cür şəraitin yaradıldığını vurğulayıb. Təhsil nazirinin müavini Firudin Qurbanov “Bir” Tələbə-Könüllü Proqramının üstünlüklərindən danışıb, Olimpiya dəyərlərinin təbliğində könüllülərin rolunu vurğulayıb. Diqqətə çatdırıb ki, tələbə könüllülərin Vətənə olan məhəbbəti, qonaqpərvərliyi, iradələri ölkəmizdə keçirilən mötəbər idman tədbirlərinin yüksək səviyyədə təşkilində mühüm rol oynayıb. Daha sonra Milli Olimpiya Komitəsinin 25 illik yubileyinə həsr olunmuş silsilə tədbirlərdə fəal iştirak etmiş könüllülər təltif olunub. “Bir” Tələbə-Könüllü Proqramı ölkədə bir sıra irimiqyaslı tədbirlərin planlaşdırıldığını və bu tədbirlərin təşkilində tələbə könüllülərin böyük rolunu nəzərə alaraq, tələbə-könüllülərlə işin təşkilinin sistemləşdirilməsi, həmçinin vahid məlumat bazasının yaradılması, tələbələrin könüllü fəaliyyətlə məşğul olmasının stimullaşdırılması məqsədilə yaradılıb. Proqram çərçivəsində tələbələr könüllülük fəaliyyətinə və müvafiq tədbirlərə cəlb olunur. Bu proqram gənclərə “əsl tələbə həyatı” modelinə uyğun 6 müxtəlif istiqaməti (“Öyrən”, “Öyrət”, “Yaşa”, “Yaşat”, “Kəşf et” və “Zövq al”) özündə birləşdirən layihə təqdim edir. “Bir” Tələbə-Könüllü Proqramına qoşulmaq üçün tələbələr www.konullu.edu.az portalından qeydiyyatdan keçə bilər. Xatırladaq ki, “Bir” Tələbə-Könüllü Proqramının iştirakçıları Milli Olimpiya Komitəsinin çoxsaylı tədbirlərində iştirak ediblər.   AZƏRTAC

Ali təhsil müəssisələrində təlimlər

2017-2018-ci tədris ili müddətində akkreditasiyası keçiriləcək ali təhsil müəssisələrinin əməkdaşlarına təlimlər keçirilib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən keçirilən təlimlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət Aqrar UniversitetiMilli Aviasiya Akademiyasında təşkil olunub. Təlimlərin məqsədi ali təhsil müəssisələri tərəfindən təqdim olunan özünütəhlil hesabatlarının təkmilləşdirilməsi və hesabatların tələb olunan qaydada tərtib edilməsinə dəstək göstərməkdir. Təlimlərdə ali təhsil müəssisələrinin müvafiq səlahiyyətli şəxsləri ilə birlikdə özünütəhlil prosesinin effektiv təşkili, hesabatlarda qiymətləndirmə meyarlarının tam şəkildə əksi, habelə müəssisənin fəaliyyətində son 5 ilin dinamik inkişafının əks olunması, müvafiq ardıcıllıqla onların hesabatda göstərilməsi qaydaları müzakirə edilib. Eyni zamanda  akkreditasiya üçün keyfiyyət istiqamətləri ətraflı şəkildə izah olunub. İştirakçılar akkreditasiya prosesinin təşkilində bu təlimlərin faydalı olduğunu qeyd edib, ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi üçün təlimlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Yağış suyundan enerji isehsal edən 15 yaşlı ixtiraçı gənc

Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitinə akademik Zərifə Əliyeva adına liseyin eksperimental pilot siniflərinin (İstək liseyi) 9-cu sinif şagirdi, 15 yaşlı Reyhan Camalova ixtirası ilə qatılıb və böyük uğura imza atıb. ABŞ prezidenti Donald Trampın baş müşaviri və prezidentin Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitindəki nümayəndəsi İvanka Tramp Reyhan Camalovanın nailiyyətini təqdir edib: “Azərbaycandan olan Reyhan Camalova da bu gün bizimlə birlikdədir. Reyhanın 15 yaşı var. Lakin belə gənc yaşda olması onu yağış suyundan enerji istehsal edən şirkətini yaratmaqdan çəkindirmədi. Reyhanın güclü bir şüarı var – “Hər dəfə bir evi işıqlandır.” Reyhan, sənin işıqlandırdığın hər bir ev dünyanı işıqlandırır. Sənin parlaq zəkan və gərgin əməyin bizim hamımızı ruhlandırır. Təşəkkür edirəm”. Dünyada milyardlarla litr yağış suyundan düzgün istifadə olunsa, o zaman ondan potensial enerji kimi istifadə etmək olar. Bu problemi həll etmək üçün Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən Reynerci (Rainergy) qurğusunu yaradıb. Qurğu dörd əsas hissədən: yağış suyunun kollektoru, su çəni, elektrik generatoru və batareyadan ibarətdir. Yağış suyu kollektoru su çənini yağış suyu ilə doldurur, su isə elektrik generatorunun içi ilə böyük sürətlə axaraq elektrik enerjisi yaradır. İstehsal olunan enerji akkumulyatorlarda toplanır, elektrik şəbəkəsinin xətlərinə düşən təzyiqi azaldır və ehtiyacı olan icmalara elektrikdən istifadə etmək üçün əlavə mənbə verir. Reynerci layihəsi “Climatelaunchpad” yarışmasının Azərbaycan finalında "Tamaşaçıların ən sevimli startapı” adına layiq görülüb. Reynercinin prototipi hazırda 22 led lampanı işıqlandırır ki, bu da təqribi 22 watt enerji deməkdir. Gənc ixtiraçı deyir ki, biz bu enerjini çoxaltmağın üzərində işləyirik. Bəzi ölkələrdə enerji həddindən artıq bahadır. Bunun üzərində işləyib enerjini çoxaltdıqdan sonra çox az pul xərcləməklə enerji ala biləcəyik. Reyhan 5 yaşından kiçik "ixtira”lar etməyə başlayıb. "Robotlar”, kağızlardan xüsusi qurğular düzəldib. Qeyri-adi istedada malik bu gənc gələcəkdə dünyada dönüş yaradacaq layihələrə imza atmağı, "Nobel” mükafatını qazanmağı qarşısına məqsəd qoyub. Gənc ixtiraçı dünyada özündən sonra Lütfizadə kimi iz qoymaq istəyir: "Ən böyük arzum bütün dünyanı lərzəyə gətirəcək kəşflərə imza atmaqdır. İnanıram ki, kiçik ixtiralarım məni bu yola aparır. İnsanlığa xeyri olan biri olmaq istəyirəm”. Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir. "İlk növbədə qadınlar, tərəqqi hamı üçün” şüarı altında keçirilən sammitdə qadın sahibkarların dəstəklənməsi və iqtisadi artımın dünya səviyyəsində saxlanması müzakirə edilir. Qeyd edək ki, Qlobal Sahibkarlıq Sammiti dünyanın hər yerindən yeni sahibkar, sərmayəçi və dəstəkləyiciləri bir araya gətirən məşhur ənənəvi illik sahibkarlıq tədbiridir. Reyhan Camalova və onunla birlikdə səfər edən Leyla Tağızadənin tədbirdə iştirakı ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən dəstəklənib.  

Təhsil naziri Yunanıstan Respublikasının yeni fövqəladə və səlahiyyətli səfiri ilə görüşüb

Noyabrın 28-də təhsil naziri Mikayıl Cabbarov Yunanıstan Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellos ilə görüşüb. Görüşdə Azərbaycan və Yunanıstan arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə səfirə məlumat verib. Təhsil naziri  səfirə ölkəmizdəki fəaliyyətində uğurlar arzulayıb.

Bakı məktəblisi beynəlxalq turnirin qalibi olub 

Paytaxt məktəblisi şahmat üzrə beynəlxalq yarışda I yerə layiq görülüb. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gövhər Beydullayeva Rusiyanın Moskva şəhərində 11 ölkəni təmsil edən 14 yaşadək olan şahmatçılar arasında keçirilən turnirdə bütün rəqibləri üzərində qələbə qazanıb. G. Beydullayeva kubok, medal və diplomla təltif olunub. Qeyd edək ki, G.Beydullayeva şahmat üzrə 2012-2017-ci illər ərzində 5 dəfə Azərbaycan çempionu olub. O, Avropa çempionatlarında 2013-cü və 2017-ci illərdə I, 2014-cü və 2015-ci illərdə II yeri tutub. “Baku Open-2017” və “Naxçıvan Open-2017” beynəlxalq şahmat festivallarında qadınlar arasında I yerə layiq görülüb. Məktəbli Respublika Şahmat Olimpiadasında dəfələrlə qalib olub. G.Beydullayeva şahmat üzrə idman ustasıdır. 

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı