Peşə seçiminə dair tədbirlər keçirilir
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində “Gənclərin peşə seçimində valideynlərin rolu” mövzusunda tədbirlər keçirilir.
Təhsil Nazirliyinin razılığına əsasən, Dövlət Məşğulluq Xidməti və “Təhsilin İnnovativ İnkişafı” Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirlər məktəblilərin peşə meyl və maraqlarının müəyyənləşdirilməsində, onlara gələcəkdə peşə və ixtisas seçimində köməklik göstərmək və övladlarını yaradıcı əməyə hazırlamaq, onları düzgün ixtisas seçiminə yönəltmək barədə valideynləri məlumatlandırmaqdan ibarətdir.
Tədbirdə ölkəmizin əmək bazarındakı vəziyyət, işəgötürənlərin peşə və ixtisaslara olan tələbləri barədə geniş məlumat verilir. İxtisas seçimi, bu məsələdə diqqət yetirilməli məqamlar, bilik və bacarıqların düzgün qiymətləndirilməsi və digər müvafiq məsələlər ətrafında müzakirələr aparılır, peşə hazırlığı, əlavə təhsil kursları haqqında suallar cavablandırılır.
Seçilən peşə növünün xüsusiyyət və tələbləri ilə şagirdlərin psixofizioloji və sosial-psixoloji durumu arasındakı uyğunluğun müəyyənləşdirilməsinin mühüm məsələlərdən olduğu diqqətə çatdırılır.
Sonda şagirdlərə peşəyönümü ilə bağlı tərtib edilmiş əyani vəsaitlər təqdim edilir.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
