Bakı məktəblisi beynəlxalq turnirin qalibi olub
Paytaxt məktəblisi şahmat üzrə beynəlxalq yarışda I yerə layiq görülüb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 nömrəli tam orta məktəbin IX sinif şagirdi Gövhər Beydullayeva Rusiyanın Moskva şəhərində 11 ölkəni təmsil edən 14 yaşadək olan şahmatçılar arasında keçirilən turnirdə bütün rəqibləri üzərində qələbə qazanıb.
G. Beydullayeva kubok, medal və diplomla təltif olunub.
Qeyd edək ki, G.Beydullayeva şahmat üzrə 2012-2017-ci illər ərzində 5 dəfə Azərbaycan çempionu olub. O, Avropa çempionatlarında 2013-cü və 2017-ci illərdə I, 2014-cü və 2015-ci illərdə II yeri tutub. “Baku Open-2017” və “Naxçıvan Open-2017” beynəlxalq şahmat festivallarında qadınlar arasında I yerə layiq görülüb. Məktəbli Respublika Şahmat Olimpiadasında dəfələrlə qalib olub.
G.Beydullayeva şahmat üzrə idman ustasıdır.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
