Ali təhsil müəssisələrində təlimlər
2017-2018-ci tədris ili müddətində akkreditasiyası keçiriləcək ali təhsil müəssisələrinin əməkdaşlarına təlimlər keçirilib. Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən keçirilən təlimlər Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Kooperasiya Universiteti, Bakı Qızlar Universiteti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti və Milli Aviasiya Akademiyasında təşkil olunub.
Təlimlərin məqsədi ali təhsil müəssisələri tərəfindən təqdim olunan özünütəhlil hesabatlarının təkmilləşdirilməsi və hesabatların tələb olunan qaydada tərtib edilməsinə dəstək göstərməkdir. Təlimlərdə ali təhsil müəssisələrinin müvafiq səlahiyyətli şəxsləri ilə birlikdə özünütəhlil prosesinin effektiv təşkili, hesabatlarda qiymətləndirmə meyarlarının tam şəkildə əksi, habelə müəssisənin fəaliyyətində son 5 ilin dinamik inkişafının əks olunması, müvafiq ardıcıllıqla onların hesabatda göstərilməsi qaydaları müzakirə edilib. Eyni zamanda akkreditasiya üçün keyfiyyət istiqamətləri ətraflı şəkildə izah olunub.
İştirakçılar akkreditasiya prosesinin təşkilində bu təlimlərin faydalı olduğunu qeyd edib, ali təhsil müəssisələrində keyfiyyət təminatı sisteminin təkmilləşdirilməsi üçün təlimlərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
