“Beynəlxalq kitab bağışlama” günü keçirilib
“Beynəlxalq kitab bağışlama günü” münasibətilə aksiya keçirilib. Aksiya Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının dəstəyi ilə təşkil olunub. Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslə mədəni xidmət göstərmək, kiçik yaşlı oxuculara mütaliə vərdişlərini aşılamaq, onların kitaba olan marağını yüksəltməkdən ibarət olub. Aksiya çərçivəsində Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri öz sevimli kitablarını hədiyyə edib. Bir günlük aksiyanın sonunda 900 ədəd kitab toplanıb. Toplanmış kitablar Bakı şəhərində yerləşən 1 nömrəli uşaq evinə, Xəzər rayonu Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 6 saylı Qala qəsəbə filialına, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müəssisəyə, Sabunçu rayonu Yeni Azərbaycan Partiyasının dəstəyi ilə 1 nömrəli tam orta internat məktəbinə, 10 nömrəli sanatoriya tipli internat məktəbinə və 11 nömrəli xüsusi internat məktəbinə bağışlanıb. “Beynəlxalq kitab bağışlama günü” nün davamı Mərkəzi Elmi Kitabxanada keçirilib. İştirakçılar kitabxananın tarixi, mühafizə olunan fondlar, kitabxanada göstərilən xidmətlər, oxu zalları, kitab axtarışı və sifarişi prosesləri, kitabxanada mühafizə olunan uşaq ədəbiyyatı ilə tanış olub. Tədbiri giriş sözü ilə açan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Firuzə Sultanzadə çıxış edərək mütaliənin əhəmiyyətindən, gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışıb. Tədbirin sonunda uşaq və yeniyetmələr arasında mütaliənin təbliği məqsədilə iştirakçılara Mərkəzi Elmi Kitabxana tərəfindən Azərbaycan və dünya ədəbiyyatından kitablar hədiyyə edilib.
19/02/2018 16:37
Məktəblilər arasında epistolyar inşa müsabiqəsinə start verilib
“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti Təhsil Nazirliyi ilə birgə ümumtəhsil məktəbliləri arasında epistolyar (məktub şəklində yazı) inşa müsabiqəsinə start verib. Müsabiqəyə biri Ümumdünya Poçt İttifaqı (ÜPİ) tərəfindən olmaqla 3 mövzu təqdim edilib. Müsabiqə “Təsəvvür edin ki, siz zaman üzrə səyahət edən bir məktubsunuz. Siz öz oxucularınıza hansı müraciəti çatdırardınız?”, “Azərbaycan ordusu:100 illik inkişaf yolu” və “Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli şəxsiyyətləri” mövzuları üzrə keçiriləcək. Müsabiqə üzrə inşa yazıları aprelin 1-dək təqdim edilməlidir. Müsabiqədə birinci yer üzrə 3 nəfər olmaqla hər biri 150 manat (hər bir mövzu üzrə 1 nəfər), ikinci yer üzrə 6 nəfər olmaqla hər biri 100 manat (hər bir mövzu üzrə 2 nəfər) və üçüncü yer üzrə 9 nəfər olmaqla hər biri 50 manat (hər bir mövzu üzrə 4 nəfər) məbləğində pul mükafatı müəyyən edilib. ÜPİ-nin təklif etdiyi birinci mövzu üzrə qalib elan edilən inşa yazısı isə Azərbaycan Respublikası adından Ümumdünya Poçt İttifaqının mərkəzi ofisinə - İsveçrənin Bern şəhərinə göndəriləcək. Azərbaycan, rus və yaxud ingilis dillərindən birində yazılacaq inşaların həcmi 1000 sözdən artıq olmamalıdır. Müsabiqənin şərtlərinə əsasən, ÜPİ-nin üzvü olan hər bir ölkədən yazılar 5 may 2018-ci il tarixindən gec olmayaraq təşkilatın Beynəlxalq Bürosuna göndərilməlidir. Müsabiqə şərtlərinə görə, toplanan inşalar YUNESKO-nun təşkil etdiyi münsiflər heyətinə təqdim olunacaq. Sonda 3 əsas qalib və 5 laureat seçiləcək. Qaliblər qızıl, gümüş, bürünc medallarla, laureatlar isə xüsusi hədiyyələrlə mükafatlandırılacaq. Qızıl medalın sahibi olan məktəbli Beynəlxalq Büronun prizini almaq üçün İsveçrənin Bern şəhərinə dəvət olunacaq. Gümüş və bürünc medalların sahiblərinin adları, ən yaxşı inşa yazısı ilə birlikdə “Poçt ittifaqı” jurnalında çap olunacaq. Müsabiqədə iştirak etmək istəyən hər bir şagird inşa yazısını iştirakçı vərəqi ilə birlikdə rayon poçt filialları üzrə yerli poçt filiallarına, şəhər poçt filialları üzrə Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi 36, “Azərpoçt” MMC (İndeks: AZ1000) ünvanına göndərməlidir. Mükafatlandırma mərasimi hər il oktyabrın 9-da Ümumdünya Poçt Günü keçirilir. Qeyd edək ki, Ümumdünya Poçt İttifaqı (ÜPİ) bu təşkilata üzv ölkələrin poçt administrasiyaları ilə birgə 47 ildir ki, müvafiq müsabiqəni təşkil edir.
19/02/2018 15:35
SABAH II Karyera Qış Məktəbində təlimlər başa çatıb
SABAH Karyera Akademiyası çərçivəsində Qubada keçirilən SABAH II Karyera Qış Məktəbində təlimlər başa çatıb. Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq olub. Bakı Dövlət Universitetinin Quba rayonunda yerləşən tədris-təcrübə və istirahət mərkəzində keçirilən təlimdə 100-ə yaxın tələbə iştirak edib. Təlimlərdə SABAH tələbələri işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması mövzularında təlim keçiblər. Həmçinin tələbələr karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və digər mövzular üzrə məlumatlar əldə ediblər. Təlimlərdə iş həyatına yeni başlamağa hazırlaşan gənclərə biznes plan, müasir bazarın tələbləri, tələb və təklifin qiymətləndirilməsi, uğurlu karyera əldə etmək üçün praktik vərdişlər aşılanıb, fərdin özünü tanıması, iş dünyasına hazırlanması və iş həyatında uğur əldə etməsi ilə bağlı istiqamətlər verilib. Layihə çərçivəsində SABAH əməkdaşlarının tədrisin təşkilinə dair seminarı keçirilib. Seminarda SABAH İcra Komitəsinin Tədris işləri üzrə rəhbəri, ali təhsil müəssisələrinin SABAH mərkəzinin rəhbərləri və təhsil ekspertləri tərəfindən ali təhsil müəssisələrinin hüquqi statusu, strukturu, bakalavriat səviyyəsində təhsil proqramları, standartlar, kreditlərin hesablanması, müəllimin illik dərs yükünün həcmi və strukturu, müəllim- tələbə etik davranış qaydaları, qabaqcıl xarici təcrübə ilə müqayisəli təhlil, müəllimlərin tədris keyfiyyətinin monitorinqi mövzularında təlim keçirilib. Seminarda təhsil qanunvericiliyi, onların tətbiqi məsələləri, mövcud problemlər və həlli istiqamətində geniş müzakirələr aparılıb. İki gün davam edən təlimlərin sonunda təlimçilərə SABAH qrupları layihəsi tərəfindən təşəkkürnamələr, tələbələrə isə sertifikatlar verilib. SABAH Karyera Akademiyası 2017-ci ildə SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH Karyera Akademiyası çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu təşkil edilib. Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər (“Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics”,"Youth Inc" və s.) və təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək olublar. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən artıq tələbəni əhatə edir.
19/02/2018 11:53
SABAH tələbələri üçün Qış Məktəbində təlimlər
Fevralın 17-də SABAH Karyera Akademiyası çərçivəsində Qubada SABAH II Karyera Qış Məktəbində təlimlərə başlanılıb. Təlimlərin keçirilməsində məqsəd sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaqdır. 100-ə yaxın tələbənin iştirak etdiyi Qış Məktəbində SABAH tələbələri işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması mövzuları üzrə təlim keçəcəklər. Əvvəlcə SABAH qrupları İcra Komitəsinin sədri Şahin Seyidzadə “Uğurlu karyera qurmağın yolları” mövzusunda təlim keçib. Daha sonra təlimdə Şəms Mustafayeva “Uğura aparan ünsiyyət”, Aygün Babazadə “Tədqiqat bacarıqları və qlobal məlumat bazaları”, Fərid İsmayılzadə “Startapları uğura və uğursuzluğa aparan faktorlar” mövzularında çıxış ediblər. Qruplar şəklində davam etdirilən təlimdə tələbələr karyera planlaşdırılması, CV və rezume yazılışı, müsahibə, təqdimat bacarıqları və digər mövzular üzrə məlumatlar əldə ediblər. İki gün davam edəcək təlimin sonunda iştirakçılara sertfikatlar veriləcək. SABAH Karyera Akademiyası 2017-ci ildə SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH Karyera Akademiyası çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu təşkil edilib. Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər (“Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics”,Youth Inc" və s.) və təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək olublar. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən artıq tələbəni əhatə edir.
17/02/2018 16:12
“Sabahın alimləri” VII Respublika Müsabiqəsinin qalibləri mükafatlandırılıb
Fevralın 16-da “Sabahın alimləri” VII Respublika Müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdə təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov çıxış edərək şagirdlərin elmi yaradıcılığına həsr olunan “Sabahın alimləri” VII Respublika Müsabiqəsinə marağın ilbəil artdığını, iştirakçıların coğrafiyasının genişləndiyini, həmçinin bu il təqdim edilən layihələrin daha innovativ və yaradıcı olduğunu diqqətə çatdırıb. 7 il ərzində müsabiqənin uğur qazandığını vurğulayan Ceyhun Bayramov bildirib ki, müsabiqədə ümumilikdə 1187 nəfər iştirak edib, onlardan 549 nəfəri qızlar, 638 nəfəri isə oğlanlar olub. Şagirdlərin sonrakı nailiyyətləri Təhsil Nazirliyi tərəfindən təhlil edilib və müəyyənləşdirilib ki, tədqiqatla məşğul olan şagirdlər təhsildə də böyük uğurlar qazanır, yüksək balla ölkəmizin ali təhsil müəssisələrinə və dünyanın tanınmış universitetlərinə qəbul olunaraq təhsillərini uğurla davam etdirirlər. Bu il münsiflər heyəti tərəfindən 79 şagirdin hazırladığı 46 layihə seçilib. I yerə 12 şagird (7 layihə), II yerə 28 şagird (15 layihə), III yerə 39 şagird (24 layihə) layiq görülüb. Əvvəlki illərdən fərqli olaraq bu il münsiflər heyətinin tərkibinə fransalı mütəxəssis də cəlb olunub. Mərasimdə 8 nominasiya üzrə seçilən qaliblər təltif olunduqdan sonra bu ilin may ayında ABŞ-da keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək layihə müəlliflərinin adları açıqlanıb. Fizika, astronomiya bölməsi üzrə Əliağa Abdullayev, Adnan Bunyatov, biologiya üzrə Fidan İbrahimova, ekologiya və ətraf mühitin idarə olunması üzrə Məhəmməd Hacıyev, kompüter elmləri üzrə Ceyla Hüseynzadə, Cavid Hüseynzadə ən yaxşı layihə müəllifləri olaraq seçiliblər. Qaliblərə diplom, medal və pul mükafatı təqdim olunub. Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Builki yarışmada ötən illərə nisbətən bölgələrdən də olan iştirak sayında artım müşahidə edilib. Cari ildə 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, onlardan 260 şagird (IX sinif-107 şagird, X sinif-103 şagird və XI sinif - 50 şagird) 150 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri təşkil edir. 150 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109 təşkil edir. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Qaliblər arasından seçilən 35 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Hazırda ümumtəhsil məktəblərində “Kiçik Akademiya”lar fəaliyyət göstərir. Həmin akademiyaların fəaliyyəti alimlərlə əlaqələr yaratmağa, şagirdlərdə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqları aşılamağa yönəldilib. Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.
16/02/2018 18:27
SABAH Karyera Qış Məktəbinin iştirakçıları ilə görüş
Fevralın 15-də Təhsil Nazirliyində SABAH Karyera Akademiyası çərçivəsində SABAH Karyera Qış Məktəbi layihəsi iştirakçıları ilə görüş keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, SABAH qrupları layihəsinin əməkdaşları, akademiyanın rəsmi tərəfdaşları və KİV nümayəndələri iştirak edib. Layihə sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır. SABAH qrupları İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə akademiya haqqında məlumat verib. Daha sonra SABAH qruplarından bəhs edən video-çarx nümayiş olunub. İştirakçıları salamlayan təhsil nazirinin müavini Firudin Qurbanov gənc məzunların uğurlu karyera qurması üçün yaradılan şəxsi və peşəkar inkişaf imkanlarından danışıb, dövlət və özəl strukturlarla əməkdaşlığın savadlı, bacarıqlı və hazırlıqlı kadrların yetişməsində əhəmiyyətini vurğulayıb. Nazir müavini bildirib ki, SABAH qrupları ali təhsil sistemində yeganə genişmiqyaslı islahat layihəsidir. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda şəxsiyyətyönlü təhsilin məzmununun yaradılması, ali təhsilin keyfiyyətinin yüksəldilməsi SABAH qrupları layihəsinin fəaliyyətində öz əksini tapıb. 2017-ci ildə SABAH qruplarının ilk məzun buraxılışı olub. Məzunların 37 faizi Azərbaycanda, 16 faizi xarici ölkələrdə magistraturaya qəbul olunub, 30 faizi daimi və ya qeyri-daimi işlə təmin edilib. SABAH Karyera Akademiyası 2017-ci ildə SABAH məzunlarının gələcək peşəkar inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi və bu sahədə tələbələrə dəstək verilməsi məqsədilə yaradılıb. Akademiya peşəkar karyera, magistratura təhsili, sahibkarlıq, elmi araşdırma olmaqla 4 istiqaməti əhatə edir. SABAH Karyera Akademiyası çərçivəsində “SABAH” Karyera İnkişafı Sərgisi, “SABAH” Xaricdə Təhsil Sərgisi, “SABAH” İnnovasiya Forumu təşkil edilib. Proqrama uyğun olaraq 16-18 fevral 2018-ci il tarixlərində Qubada növbəti SABAH Karyera Qış Məktəbi layihəsi keçiriləcək. Layihə sonuncu kursda təhsil alan SABAH tələbələrinə uğurlu karyera başlanğıcı üçün lazım olan bacarıqları aşılamaq məqsədi daşıyır. 100-ə yaxın tələbənin iştirak edəcəyi Qış Məktəbində SABAH tələbələri işədüzəlmə, magistratura təhsili, akademik fəaliyyət, startap və sahibkarlıq sahələri üzrə bilik və bacarıqlarının artırılması mövzuları üzrə təlim keçəcəklər. Ötən il olduğu kimi, bu il də bir çox tərəfdaş şirkətlər (“Azercell”, “Kapital Bank”, “GoldenPay”, “Clarivate Analytics”, Youth Inc" və s.) və təlimçilər Qış Məktəbinin təşkilinə yaxından dəstək olublar. SABAH qrupları Təhsil Nazirliyinin təşəbbüsü ilə 2014-2015-ci tədris ilindən etibarən dövlət ali təhsil müəssisələrində tədrisin keyfiyyətinin yüksəldilməsi, yenilikçi mühitin yaradılması məqsədilə formalaşdırılmış müxtəlif ixtisaslar üzrə savadlı, bacarıqlı, hazırlıqlı tələbələrdən ibarət qruplardır. Hazırda SABAH qrupları 12 ali təhsil müəssisəsində fəaliyyət göstərməklə 45 ixtisas üzrə 2300-dən artıq tələbəni əhatə edir.
15/02/2018 18:15
Yerli təhsili idarəetmə qurumlarının əməkdaşları üçün təlim
Fevralın 14-dən Təhsil Nazirliyində yerli təhsili idarəetmə qurumlarının internet resurslarına məsul əməkdaşlar üçün təlimə başlanılıb. Təlimin keçirilməsində məqsəd rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) internet resurslarının idarəedilməsinin təkmilləşdirilməsi, bölgələrin təhsil həyatında baş verən yeniliklərin ictimaiyyətə çatdırılması işinin daha da genişləndirilməsi, bu işə məsul əməkdaşların müvafiq sahədə bilik və bacarıqlarının artırılmasından ibarətdir. Təlimdə yerli təhsili idaəetmə qurumlarında ictimaiyyətlə əlaqələr işinin təşkili və xəbər aktivliyinin təmin olunması, təhsil şöbələrinin saytlarında yaranan nöqsanlar və onların aradan qaldırılması yolları, həmçinin sosial şəbəkələrdən səmərəli istifadə edilməsi mövzuları üzrə təqdimatlar dinlənilib. Təlim zamanı müvafiq proseslər əyani şəkildə göstərilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Təlim fevralın 16-dək davam edəcək.
15/02/2018 16:08
“Kinematoqrafçı” layihəsinə start verilib
“Məktəblinin dostu” layihəsi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsi üzrə “Kinematoqrafçı” layihəsinə start verilib. Layihə fondun maliyyə dəstəyi ilə kinematoqrafiya sahələrinin yuxarı sinif şagirdləri arasında təbliği üçün təşkil edilir. 2 həftə davam edəcək layihədə ideyanın formalaşması, rejissorluq, operatorluq və aktyorluq sənətinin əsasları mövzularında təlimlər keçiriləcək və bu sahədə fəaliyyət göstərmək istəyən gənclərə mütəxəssislər öz tövsiyələrini verəcəklər. Təlimlərdə nəzəri biliklərin verilməsi ilə yanaşı, praktiki seminarlar da nəzərdə tutulur. Belə ki, ilkin mərhələdə ixtisas sahələri üzrə qruplaşan iştirakçılar son üç dərsdə birgə işlər hazırlayacaqlar. Qeyd edək ki, “Məktəblinin dostu” pilot layihəsi Təhsil Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə tərəfdaşlığı ilə Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsində həyata keçirilir. Layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, fövqəladə hal baş verdikdə ilk tibbi və psixoloji yardım göstərmək, mütəmadi olaraq şagird, valideyn, təlim-tərbiyə müəssisələrinin kollektivi ilə maarifləndirmə və diaqnostik işlər aparılmaqdadır.
15/02/2018 15:35
"Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi
Fevralın 14-də “Sabahın alimləri” VII Respublika Müsabiqəsinin açılış mərasimi keçirilib. Müsabiqənin keçirilməsində məqsəd yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən İnteIİSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirməkdir. Tədbir iştirakçılarını salamlayan nazir vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov müasir təfəkkürlü və yaradıcı düşüncəli gənclərin bilik və bacarıqlarının üzə çıxarılması, onların yüksək standartlara uyğun tədqiqatçı–mütəxəssis kimi formalaşmasında müsabiqənin mühüm rolundan danışıb. Ceyhun Bayramov qeyd edib ki, təhsil sahəsində aparılan dovlət siyasəti ölkəmizə xidmət edəcək geniş dünyagörüşlü gənclərin hazırlanmasına yönəldilib. Təhsilalanların tədqiqat aparması, yeni informasiya texnologiyalarından istifadə etməsi və xarici dilləri öyrənməsi üçün geniş imkanlar yaradılıb. Bu baxımdan təhsilin strateji hədəflərindən biri də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq, gənclərin potensialının inkişaf etdirilməsidir. Ölkəmizdə yeddinci dəfə keçirilən “Sabahın alimləri” müsabiqəsi gənclərin diqqətini yaşadığımız mühitdə olan problemlərə və onların həllinə yönəldir. Eyni zamanda bu müsabiqə, innovativ fikir yarışmasıdır və gəncləri yeni bilik, yaxud innovativ məhsulun yaradılmasına sövq edir. Sonra çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, Heydər Əliyev Mərkəzinin direktor müavini Adil Kərimli, Gənclər və İdman Nazirliyinin Gənclərlə İş Şöbəsinin müdiri İndira Hacıyeva,Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədr müavini Mirzə Cəfərzadə bu müsabiqənin innovativ fikir yarışması olduğunu vurğulayaraq gənclərin elmə marağının artırılması, onların istedad, bacarıq və potensialının üzə çıxarılması baxımından əhəmiyyətli olduğunu qeyd ediblər. Daha sonra qonaqlar stendlərə baxış keçirib. Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artmaqdadır. Builki yarışmada ötən illərə nisbətən bölgələrdən də olan iştirak sayında artım müşahidə edilib. Cari ildə 22 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 528 şagird 336 layihə ilə müraciət edib, onlardan 260 şagird (IX sinif-107 şagird, X sinif-103 şagird və XI sinif - 50 şagird) 150 elmi layihə ilə Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, müsabiqədə iştirak etmək hüququ qazanıb. Müsabiqədə iştirak edənlərin 40 faizini region məktəbliləri təşkil edir. 150 layihə sırasında fərdi layihələrin sayı 41, kollektiv layihələrin sayı isə 109 təşkil edir. Layihələrin qiymətləndirilməsi alimlərdən ibarət Münsiflər Heyəti tərəfindən həyata keçiriləcək. Qaliblərə təşkilatçılar tərəfindən pul mükafatı, diplom, medal və hədiyyələr təqdim olunacaq, 3 layihənin müəllifi cari ilin may ayında ABŞ-da keçiriləcək İnteI İSEF-də iştirak etmək imkanı qazanacaq. “Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Son 6 il ərzində müsabiqədə 928 şagird iştirak edib, onlardan 450 nəfəri müxtəlif mükafatlar qazanıb. Qaliblər arasından seçilən 35 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 22 nəfəri son iki ildə keçirilmiş “Sabahın alimləri” müsabiqəsinin qalibləri və ya iştirakçıları olub. Onlardan bir qismi xarici ölkələrin tanınmış universitetlərində təhsillərini davam etdirirlər. Hazırda ümumtəhsil məktəblərində “Kiçik Akademiya”lar fəaliyyət göstərir. Həmin akademiyaların fəaliyyəti alimlərlə əlaqələr yaratmağa, şagirdlərdə tədqiqat aparmaq, elmi nəticələri ümumiləşdirmək və onları təqdim etmək bacarıqları aşılamağa yönəldilib. Müsabiqə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə keçirilir.
14/02/2018 18:00
Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi
Təhsil Nazirliyi tərəfindən 2018-ci il üzrə dövlət ümumi təhsil müəssisələri və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün ümumi təhsil müəssisələrində çalışan pedaqoji işçilər üçün təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi elan edilir. Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin keçirilməsində başlıca məqsəd təhsil müəssisələrində və təhsilverənlərdə sağlam rəqabəti və innovativ fəaliyyəti stimullaşdırmaqdan ibarətdir. Müsabiqə 9 mövzu - təhsil müəssisələrinin dövlət-ictimai uğurlu idarəetmə modellərinin aşkarlanması, dəstək verilməsi və yayılması; pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi; zəruri tədris-metodiki bazanın, məktəbdə metodik xidmət sisteminin təkmilləşdirilməsi, müasir texnoloji infrastukturun formalaşması və inkişafı; istedadlı uşaqların aşkar olunması və dəstəklənməsi üçün yaradıcı mühitin inkişaf etdirilməsi; sağlamlıq imkanları məhdud uşaqların təhsil alması üçün xüsusi imkanların və şəraitin yaradılması; psixoloji xidmətin təşkili və effektivliyinin artırılması; tədrisin keyfiyyətinin idarə olunmasında müasir qiymətləndirmə vasitələrinin tətbiq edilməsi; tədrisdə xüsusi distant texnologiyaların istifadə sistemlərinin inkişafı və ümumi təhsilin yeni məzmununu ehtiva edən kurikulumlarla (təhsil proqramları) iş prosesində müasir təlim texnologiyalarının tətbiqi; təhsil və maarifçilik xarakterli tədbirlərin təşkili üzrə keçirilir: Müsabiqədə iştirak etmək istəyən şəxslər www.grants.edu.az saytından qeydiyyatdan keçməli və müvafiq sənədləri sistemə yükləməlidirlər. Hər iki kateqoriya üzrə təqdim olunan layihə təkliflərinin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır. Layihə təklifinin maliyyələşdirilməsi üçün istənilən məbləğ “Ümumi təhsil müəssisələri” kateqoriyası üzrə 100 000, fərdi kateqoriya üzrə 10 000 manatdan çox olmamalıdır. Qeyd edək ki, təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsi ötən ilin avqust ayında elan edilib. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə 78, fərdi kateqoriya üzrə isə 213 layihə təklifi daxil olub. Təşkilat Komitəsi Ekspert Qrupunun rəyi əsasında ümumi təhsil müəssisələri kateqoriyası üzrə 38, fərdi kateqoriya üzrə 84 layihənin dəstəklənməsini məqsədəuyğun sayıb, ümumilikdə 122 layihənin maliyyələşdirilməsi Təhsil Nazirliyi tərəfindən təsdiqlənib. Müsabiqə ilə bağlı ətraflı məlumat
14/02/2018 16:03
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı