Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin taekvondo komandası qalib olub
Azərbaycan Taekvondo Federasiyasının dəstəyi və "Ümid" taekvondo klubunun təşkilatçılığı ilə "İlk liqa kuboku" keçirilib.
Təhsil Nazirliyinin tabeliyində olan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin uşaq, yeniyetmə və gənclərdən ibarət 111 nəfərlik taekvondo komandası məşqçi Elməddin Vəliyevin rəhbərliyi ilə "Daedo international" elektron sistemlə təchiz edilən yarışda iştirak edib. Komanda Azərbaycan taekvondo tarixində ilk dəfə olaraq 13 qızıl medal ilə l yeri qazanmaqla "İlk liqa kuboku” və “İlk komanda kuboku”nun sahibi olub.
Yarışın keçirilməsində əsas məqsəd taekvondo idman növünün təbliği və inkişaf etdirilməsi, idmançıların yarış təcrübəsinin və ustalıqlarının artırılmasından ibarət olub.
İki gün davam edən turnirdə 37 komandadan 625 uşaq, yeniyetmə və gənc taekvondoçu qüvvələrini sınayıb.
Yarışlar Azərbaycan Boks Federasiyasının idman zalında keçirilib.
8 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
