Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Fənn olimpiadaları ilə bağlı təklif və şikayətlərə baxılacaq

Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinin nəticələri ilə bağlı təklif və şikayətlərə baxılacaq. Nəticələrindən narazı qalan iştirakçılar öz işlərinə yenidən baxılması üçün yerli Təşkilat komitələrinə - müvafiq rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) ərizə ilə müraciət edə bilərlər. Müraciətlər fevralın 15-dək qəbul ediləcək. Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub.  Respublika mərhələsinin yarımfinal turuna, rayon (şəhər) mərhələsində 60-dan yuxarı bal toplayan bütün şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi dəvət edilir. Olimpiadanın növbəti mərhələsinin  aprel ayında keçirilməsi planlaşdırılır. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub.

“Ali təhsil müəssisələrində potensialın gücləndirilməsi” mövzusunda seminar

Fevalın 12-də Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsi tərəfindən “Ali təhsil müəssisələrində potensialın gücləndirilməsi” mövzusunda seminar öz işinə başlayıb. Keyfiyyətin Təminatı üzrə Avropa Şəbəkəsi (ENQA-nın) ekspertlərinin apardığı seminarda ali məktəblərin akkreditasiyası zamanı ekspert komissiyasının üzvləri kimi fəaliyyət göstərən ali təhsil mütəxəssisləri iştirak edirlər. Seminar ali təhsil müəssisələrinin akkreditasiyası prosesinin təkmilləşdirilməsi və bu cəhətdən akkreditasiya proseslərində iştirak edən yerli ekspertlərin praktiki biliklərinin və potensialının inkişaf etdirilməsinə dəstək məqsədi daşıyır. Seminarda xarici ekspertlər qismində iştirak edən Təhsildə Keyfiyyətin Təminatı üzrə Norveç Agentliyinin eksperti Tove Blytt Holmen, Hollandiyanın Akkreditasiya Təşkilatının eksperti Lineke van Bruggen və Litvanın Ali Təhsildə Keyfiyyətin Qiymətləndirilməsi Mərkəzinin direktoru Nora Skaburskiene nəzərdə tutulan 3 gün ərzində öz təcrübələrini yerli iştirakçılarla bölüşəcək və praktiki məsləhətlərini verəcəklər. Seminarda həmçinin, istifadə olunacaq simulyasiya modeli əldə edilən praktiki biliklərin tətbiqinə kömək edəcəkdir.

Respublika fənn olimpiadalarının birinci mərhələsinin nəticələri məlum olub

Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında keçirilən Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsinin nəticələri məlum olub. Şagirdlər öz nəticələri barədə məlumatı aidiyyəti təhsil şöbələrindən (idarələrindən) və olimpiada.edu.az saytından əldə edə bilərlər. Fənn olimpiadalarının respublika mərhələsinin yarımfinal turunda 5751 nəfərə yaxın şagird iştirak edəcək. Respublika mərhələsinin yarımfinal turuna, rayon (şəhər) mərhələsində 60-dan yuxarı bal toplayan bütün şagirdlər, həmçinin müvafiq fənn və sinif üzrə iştirakçıların ən yaxşı nəticə göstərmiş 15 faizi dəvət edilir. İnformatika fənni üzrə nəticələr 14 fevral 2018-ci il tarixinədək elan ediləcək. Olimpiadanın növbəti mərhələsinin  aprel ayında keçirilməsi planlaşdırılır. Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi,  şagirdlərdə fənlərə olan marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.   Respublika Fənn Olimpiadaları Rayon (şəhər) mərhələsinin nəticələri Növbəti mərhələdə iştirak edəcək şagirdlərin adları xüsusi rənglə işarələnib.

Olimpiada hazırlıq mərkəzlərinə mediatur

Fevralın 10-da Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin nəzdində yaradılmış Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinə mediatur təşkil edilib. Mediaturda  bildirilib ki, 2015-ci ildə Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü, Kimya - biologiya təmayüllü Respublika liseyləri və eləcədə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın nəzdində Beynəlxalq olimpiadalara hazırlıq mərkəzləri yaradılıb. Mərkəzlərdə fizika, riyaziyyat, kimya, biologiya və informatika fənləri üzrə dərslər keçilir. Aşağı və yuxarı yaş qrupu olmaqla iki fərqli qruplarda aparılan hazırlıq dərsləri əsasən, şənbə və bazar günləri və ya həftə içi dərsdən sonra təşkil edilir. Aşağı sinif şagirdləri arasında keçirilən  məktəblilərarası fənn müsabiqələrinin nəticələrinə əsasən, hər fəndən 20-30 şagird seçilərək aşağı yaş qrupları müəyyən edilir. Paytaxt məktəbliləri öz məktəblərində dərslərinə davam etməklə, həftədə bir neçə dəfə həmin mərkəzlərdə xüsusi hazırlıq məşğələlərində iştirak edirlər. Bölgə məktəblilərinin həftə ərzində olimpiadaya hazırlıq proqramlarında iştirakının təmin edilməsi məqsədi ilə onlar sözügedən təhsil müəssisələrində yerləşdirilirlər. Burada şagirdlər dövlət hesabına  isti yemək və yataqxana ilə təmin olunurlar. Şagirdlərin olimpiadaya hazırlıq işlərinin keyfiyyətli və nəticəyönümlü olması üçün Moskva Dövlət Universitetinin Bakı filialı, Bakı Mühəndislik Universiteti, Azərbaycan Mili Elmlər Akademiyasının ayrı-ayrı institutları ilə sıx əməkdaşlıq edilməkdədir. Olimpiadalara hazırlıq mərkəzlərində şagirdlərin nəzəri biliklərlə yanaşı praktiki bilik və bacarıqları artırılır. Bu məqsədlə onlar ölkə daxilində və ya xaricdə müvafiq laboratoriyalarda hazırlıq proseslərinə cəlb olunurlar. Hazırda hər fəndən iki fərqli qrup olmaqla 300-dən çox şagird həmin mərkəzlərdə məşğələlərə qatılırlar.

SABAH müəllimləri üçün təlim

Təhsil Nazirliyinin SABAH qruplarında 2017-2018-ci tədris ilinin yaz semestrində dərs deyəcək yeni seçilmiş professor-müəllim heyəti və mütəxəssislər üçün  “ADA” Universitetində təlimlər keçirilib. Təlimlərin keçirilməsinin əsas məqsədi ali təhsil müəssisələrinin SABAH qruplarında tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edən professor-müəllim heyətinin peşəkarlığının artırılmasıdır. Əvvəlki illərdən fərqli olaraq bu tədris ilində təlimin proqramına müəllimin fərdi işçi planını (sillabusun) tərtibetmə prinsiplərindən başqa tələbəyönümlü təlim metodunun başlıca xüsusiyyətləri və məqsədləri, tənqidi təfəkkür və tələbələrin qiymətləndirilməsi, qiymətləndirmə metodları və sistemləri, İKT-nin tədris prosesinə təsiri və digər mövzular da daxil edilib. İki günlük təlimlərdə 80 nəfər iştirak edib. Növbəti təlimlər 10-11 fevral tarixlərində keçiriləcək.

2018-ci il Gənclər üçün Prezident mükafatçıları

Məlum olduğu kimi, Prezident İlham Əliyev 2 fevral Gənclər Günü ilə əlaqədar mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən 6 gəncə 2018-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb. Mükafatçıları oxucularımıza daha yaxından təqdim edirik.   “Fəaliyyətimi yüksək dəyərləndirdiyinə görə Prezidentimizə təşəkkür edirəm”   Xaqani FƏRƏCOV, İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin direktoru   9 fevral 1988-ci ildə Lənkəran rayonunun Şağlaküçə kəndində anadan olub. 2005-ci ildə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyi bitirib və elə həmin ildə Azərbaycan Texniki Universitetinin “Avtomatika kompüter texnikası” fakültəsinin “İnformasiya texnologiyaları” ixtisası üzrə bakalavr pilləsinə qəbul olub, Tələbə Gənclər Təşkilatının sədri vəzifəsinə seçilib. 2009-2014-cü illərdə keçirilmiş bələdiyyə seçkilərində Lənkəran rayonu Şağlaküçə kənd bələdiyyəsinin üzvü, 2009-cu ildə “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzində Beynəlxalq əlaqələr üzrə koordinatoru, 2012-ci ildə Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri seçilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyi tərəfindən 2007-ci ildə “Yaxşıların yaxşısı” mükafatına layiq görülüb. 2009-cu ildə Azərbaycanın bütün regionlarını və 50 min nəfəri əhatə edən “İT Akademiya” layihəsinin koordinatoru olaraq 30-a yaxın rayonda əhalinin maarifləndirilməsində iştirak edib. 2010-2011-ci illərdə MDB PAA DİMBİ Bakı filialında məsləhətçi vəzifəsində çalışıb. 2010-cu ildə Belarusda prezident, 2011-ci ildə Rusiyada parlament, 2012-ci ildə prezident seçkilərini beynəlxalq müşahidəçi qismində müşahidə edib. “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin İdman könüllüləri şöbəsində menecer olaraq fəaliyyət göstərib, 20 idman növü üzrə könüllülərin hazırlanmasında iştirak edib. Hazırda İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Gimnastika Məktəbinin direktoru vəzifəsində çalışır. - İlk olaraq ölkə başçısı cənab İlham Əliyevə biz gənclərə göstərdiyi daimi diqqət və qayğıya görə təşəkkürümü bildirmək istərdim. Məhz ölkə başçısının həyata keçirdiyi gənclər siyasəti, biz gənclər üçün yaratdığı imkanlar hər bir Azərbaycan gəncinin təhsil, mədəniyyət, idman və ictimai fəaliyyətdə öz bacarığını nümayiş etdirməsinə səbəb olub. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən gənclər siyasəti öz unikallığı və şaxəliliyi ilə digər dövlətlər tərəfindən öyrənilir və nümunə göstərilir. Azərbaycan bəlkə də yeganə ölkədir ki, gənclərlə bağlı müxtəlif əmr, fərman və sərəncamlar imzalanır, müxtəlif sahələri əhatə edən ardıcıl Dövlət Proqramları həyata keçirilir. Fəaliyyətimi yüksək səviyyədə dəyərləndirdiyinə görə cənab Prezidentimizə təşəkkür edir və bütün gəncləri ölkə başçısı cənab İlham Əliyevin ətrafında birləşərək Azərbaycanın gələcəyi üçün çalışmağa çağırıram.   “Bu mükafat mənim üçün böyük etimaddır”   Aysun ZEYNALOVA, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədr müavini   14 sentyabr 1994-cü ildə Gəncə şəhərində anadan olub. Şəhər 29 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-2012-ci illərdə ABŞ Dövlət Departamentinin mübadilə proqramı olan “Gənc Liderlərin Mübadilə Proqramı” (FLEX) çərçivəsində Amerikada təhsil alarkən könüllülük təşkilatlarına qoşulub. Azərbaycana qayıtdıqdan sonra “Gələcəyə Körpü” Gənclər İctimai Birliyində beynəlxalq əlaqələr koordinatoru kimi bir il könüllü kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Aqrar Universitetini bitirib. 2013-cü ilin yanvarında Gəncənın “Avropa Gənclər Paytaxtı 2016” seçilməsi məqsədilə yaradılmış komitənin sədri seçilib. Bir il ərzində aparılmış işlər sayəsində Gəncə 2016-cı ilin Avropa Gənclər Paytaxtı elan olunub. 2015-ci ilin fevralında BMT-nin Sosial və İqtisadi Şurasının hər il Nyu-Yorkdakı Baş Qərargahında təşkil etdiyi Gənclər Forumunda Azərbaycanı təmsil edib, çıxışında 17 Dayanıqlı İnkişaf Məqsədlərinin gələcəkdə icra olunması ilə bağlı təkliflərini səsləndirib. 2016-cı ilin mayında Azərbaycan Respublikası Gənclər Təşkilatlarının Milli Şurasının sədr müavini seçilib. Milli Şuranı BMT-nin və Avropa Şurasının tədbirlərində, Dünya Demokratiya Forumunda, Avropa Gənclər Forumunun Baş Assambleyasında təmsil edib. Hazırda işlədiyi əsas qurumlardan biri Avropa Şurasıdır. Avropa Şurasının “Nifrət Nitqinə Yox” hərəkatının Azərbaycan üzrə koordinatoru kimi 2 il ərzində kampaniyanın Azərbaycanda keçirilməsini, layihələrin reallaşdırılmasını təmin edib. 2016-cı ilin noyabrında Avropanın ən böyük gənclər platforması olan Avropa Gənclər Forumunun üzvlük komissiyasının 4 üzvündən biri seçilib və beləliklə, Şərqi Avropanı və Qafqazı təmsil edən tək nümayəndə kimi fəaliyyətə başlayıb. Hazırda Şərqi Avropanın və ölkəmizin maraqlarının Avropa Gənclər Forumunda qorunması üçün çalışır. 2017-ci ildə Kolumbiyada təşkil olunan “Həmrəy Gənc Dünya Sammiti 2017”-də iştirak edən dünya ölkələrinin liderləri, aparıcı şirkət rəhbərləri ilə iş əlaqələri qurub. “Gələcəyə körpü” Gənclər İctimai Birliyinin və ABŞ-da təhsil almış Məzunlar Şəbəkəsinin üzvüdür. İctimai fəaliyyəti ərzində müxtəlif mövzuları əhatə edən 8 beynəlxalq və 14 yerli layihə hazırlayıb və icra edib. - Artıq 6 ildir ki, gənclər sahəsində fəaliyyət göstərirəm. Əsasən beynəlxalq əlaqələr üzrə çalışıram və müxtəlif ölkələrin gənclərlə işləyən qurumları ilə əlaqələr qururam. Təcrübəmə əsasən, çalışdığım bir çox ölkələrdə gənclər sahəsi üzrə işləyən gənclərin fəaliyyəti könüllü olur və gənclərlə iş üçün adətən heç bir mükafat alınmır. Bu səbəbdən bu mükafatın təqdim edilməsi mənim üçün böyük etimad göstəricisi oldu. Bu il Prezident mükafatına layiq görülmək mənim üçün gözlənilməz idi. İnanıram ki, Prezident mükafatı yalnız indiyə qədər həyata keçirdiyim təşəbbüslərin qiymətləndirilməsi deyil, bundan sonra da fəaliyyətim üçün bir təkan olacaqdır. Mənə göstərilən bu etimad və qiymətləndirmə üçün dərin təşəkkürümü bildirirəm!   “Hər zaman Azərbaycanın adını dünyaya tanıdacağam”   Reyhan CAMALOVA, Gənclik “İstək” liseyinin 9-cu sinif şagirdi   2002-ci il noyabrın 17-də Quba şəhərində ziyalı ailəsində anadan olub. VI sinfə kimi Quba şəhər A.Məmmədov adına 2 nömrəli təbiət-təmayüllü məktəbdə təhsil alıb, daha sonra 2015-ci ildə “İstək” liseylərinə keçirilən qəbul imtahanlarında yüksək nəticə göstərərək 100% təqaüdlə liseydə təhsil almaq hüququ qazanıb. Hazırda Gənclik “İstək” liseyinin IX sinif şagirdidir. Təhsil aldığı liseydə yüksək nəticələrlə fərqlənir, liseyin ictimai-mədəni həyatında və ədəbi-bədii tədbirlərdə fəal iştirak edir. İctimai aktivliyi yüksəkdir. Liderlik keyfiyyətlərinə və təşəbbüs göstərmək qabiliyyətinə malikdir. Ən çox sevdiyi dərslər riyaziyyat, fizika, kimya və ingilis dilidir. 2015-ci ildə Azərbaycanda keçirilən riyaziyyat müsabiqəsində respublika üzrə 3-cü yerə layiq görülüb. Hazırda dünya riyaziyyat olimpiada dərslərində iştirak edir. Reyhan I “İstək Model UN” və II “Milli Model UN” konfranslarında aktiv iştirak edib və fərqləndirici sertifikatlarla təltif olunub. 2017-ci ilin aprel-avqust ayları çərçivəsində “Social İnnovation Lab”in rəsmi təşkilatçılığı ilə keçirilən “ClimateLaunchpad” startup akselerator proqramında öz layihəsi “Rainergy” ilə iştirak edib, komanda və mentorları (Cəsur Həsənov, Leyla Tağızadə, Asif İbrahimov) ilə layihənin üzərində işləyib. Daha sonra Avropanın ən böyük yaşıl biznes ideya müsabiqəsi olan “Climatelaunchpad”in avqust ayının 5-də keçirilən Azərbaycan finalında “Tamaşaçıların ən sevimli startupı” mükafatını qazanıb. Ən böyük uğurlarından biri Qlobal Sahibkarlıq Sammitində olub. ABŞ hökumətinin hər il keçirdiyi Qlobal Sahibkarlıq Sammitinin bütün seçim mərhələlərini uğurla keçərək Hindistanda baş tutan Qlobal Sahibkarlıq Sammitində iştirak etmək üçün təqaüdə layiq görülüb və həmin sammitdə Azərbaycanı uğurla təmsil edib. Reyhan və onun layihəsi Qlobal Sahibkarlıq Sammitində ABŞ prezidentinin baş müşaviri və qızı İvanka Trampın da diqqətini cəlb edib və o, azərbaycanlı gəncin uğurlarını yüksək qiymətləndirib. - Yüksək mükafata layiq görülməyim münasibətilə Azərbaycan Respublikasının Prezidenti, möhtərəm İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə, Təhsil Nazirliyinə öz dərin minnətdarlığımı bildirirəm. Bu gün mən ən gözəl günlərimdən birini yaşadım. Həmçinin bütün bu uğurları qazanmaqda dəstəyini, köməyini əsirgəməyən hər kəsə, başda ailəm olmaqla, “İstək” liseyinə və bütün müəllimələrimə, çox dəyərli mentorlarım Cəsur Həsənov, Leyla Tağızadə və Asif İbrahimova təşəkkür edirəm. Ən önəmlisi mənə inanan, güvənən, dəstək olan Azərbaycan xalqına təşəkkür edirəm və hər zaman çalışacağam ki, sizlərin etimadını doğruldum. Harada olursam-olum, heç vaxt bir azərbaycanlı olduğumu unutmayacaq və hər zaman Azərbaycanın adını dünyaya tanıdacağam. Mən fəxr edirəm ki, Azərbaycanlıyam!   “Bizim gənclər sözün həqiqi mənasında çox xoşbəxtdir”   Zümrüd SƏFƏROVA, Naxçıvan Dövlət Universitetinin “İnformatika” kafedrasının müəllimi   1992-ci il martın 8-də Naxçıvan MR Babək rayonu Kərimbəyli kəndində anadan olub. 1998-ci ilin sentyabrında Kərimbəyli kənd tam orta məktəbinin birinci sinfinə daxil olub. 1999-2006-cı illərdə Babək rayon Uşaq musiqi məktəbində “Fortepiano” ixtisası üzrə musiqi təhsili də alıb. 2009-cu ildə orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Elə həmin il qəbul imtahanlarında 660 bal toplayaraq NDU-nun “Fizika-riyaziyyat” fakültəsinin “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olunub. Universitetin ilk Prezident təqaüdçüsü, 2012-ci ildə isə “Azercell”in “Tələbə təqaüdü proqramı”nın qaliblərindən olub. 2013-cü ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2013-cü ildə 117 bal toplayaraq NDU-nun magistratura şöbəsinin “İnformatika” ixtisasına qəbul olub. 2015-ci ildə magistr təhsilini fərqlənmə diplomu ilə bitirib. 2009-2015-ci illərdə informatika fənni üzrə keçirilən həm ölkədaxili, həm də beynəlxalq olimpiadalarda uğurla iştirak edib. 2015-ci ilin sentyabrından NDU-nun “İnformatika” kafedrasında müəllim vəzifəsində çalışır. 2016-cı ildən NDU-da “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisası üzrə doktorantura təhsili alır. 5 elmi məqalə, 1 tezisin müəllifidir. 2017-ci ilin oktyabrından NDU Tələbə Gənclər Təşkilatının sədri vəzifəsini icra edir. - İndiyə qədər müxtəlif səviyyəli mükafatlarım olub. Amma ən böyük mükafatım möhtərəm Prezidentimizdən olub. Qeyd edim ki, artıq bu, ikinci dəfədir. Bu məni çox sevindirir, qürurlandırır və ən əsası mənə böyük stimul verir. Çox az-az ölkələr tapılar ki, dövlət tərəfindən gəncliyə bu qədər qayğı, diqqət göstərilsin. Bizim gənclər sözün həqiqi mənasında çox xoşbəxtdir. Bütün Azərbaycan gəncləri adından möhtərəm Prezidentimiz İlham Heydər oğlu Əliyevə dərin minnətdarlığımı bildirirəm. Prezidentimizə cansağlığı, atdığı bütün addımlarda uğurlar arzulayıram. Mən isə öz növbəmdə həm elmi, həm də ictimai fəaliyyətimi bütünlüklə ölkəmə həsr edirəm və edəcəyəm. Son nəfəsimə qədər etdiyim hər işin başında canım Azərbaycanım, onun çiçəklənməsi, inkişaf etməsi duracaq.   “Bu gün isə daha çox xoşbəxtəm”   Gülnar ƏLFİDATLI, “ƏSA” Teatrının aktrisası   26 noyabr 1993-cü il tarixində Sumqayıtda anadan olub. 2001-2010-cu illərdə Bakı şəhəri Suraxanı rayonundakı 275 nömrəli tam orta məktəbdə təhsil alıb. 2011-ci ildə 4 nömrəli Bakı Peşə liseyinin “Mühasib - fərdi kompüter” fakültəsinə daxil olub. Lisey təhsilini başa vurduqdan sonra “1 C” proqramı üzrə kurs bitirib. “Pink accessories”da satış məsləhətçisi və kassir köməkçisi işləyib. “ƏSA” Teatrına müraciətindən sonra onu aktrisa olaraq teatra işləməyə qəbul edib və bu sənətin dərinliyini öyrədiblər. 2017 -ci ilin mart ayından etibarən “ƏSA” Teatrında aktrisa olaraq fəaliyyət göstərir. Teatrın “Yuxum” tamaşasında rol alıb. III qrup anadangəlmə fiziki məhdudiyyətlidir. - “ƏSA” Teatrı ilə ilk dəfə çalışmağa başladığım zaman bu, mənim üçün sadəcə bir zövq idi. Çünki ilk dəfə birgə çalışdığım kollektiv məni qüsurlu olaraq görmür, bu isə mənim üçün böyük xoşbəxtlik idi. Məqsədimiz o idi ki, insanlar bizim də onlardan biri olduğumuzu, məhdudiyyətlərimizin bizi onlardan əskik etmədiyini, bizim də arzularımızın, istəklərimizin olduğunu görmələridir. Buna görə də “ƏSA” Teatrını ərsəyə gətirən şəxslərə təşəkkür edirəm. “ƏSA” Teatrı bizə yeni həyat bəxş etdi. Bu gün isə daha da çox xoşbəxtəm. Möhtərəm Prezidentimizin gənclər günü ilə bağlı mükafatlandırdığı namizədlərin arasında olmaq mənə çox böyük qürur və ümid hissləri yaşatdı. Artıq inanıram ki, məhdudiyyətlərimiz deyil, bizim də əməyimiz, səylərimiz göz önündədir. Bu sevinci bizə, bizim timsalımızda gənclərə bəxş edən, öz qayğısını üzərimizdən əskik etməyən cənab Prezidentimizə dərin minnətdarlığımı bildirirəm.   “Mükafat məni ölkəmizi dünya səhnələrində layiqincə təmsil etməyə ruhlandırır”   Ağarəhim QULİYEV, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs tələbəsi   25 sentyabr 2000-ci il tarixində Bakı şəhərində musiqiçi ailəsində anadan olub. 9 yaşından L. və M.Rostropoviçlər adına 21 nömrəli Musiqi Məktəbinə professor M.Ağamalızadənin sinfinə qəbul olunaraq fleyta ifaçılığı ilə məşğul olmağa başlayıb. 2012-ci ildə islam dövlətləri musiqiçilərinin I Beynəlxalq müsabiqəsində “Qran-pri” mükafatı alıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2012-ci ildə Rusiyada Yuri Başmet adına Uşaq Musiqi Akademiyasına göndərilmiş və Avropa fleytaçılarının prezidenti Salvatore Lombarti ilə qala-konsertdə çıxış etmək kimi ali mükafata, 2013-cü ildə Estoniyada keçirilən “Baltika ulduzları” Beynəlxalq müsabiqəsində I yerə layiq görülüb. 2013-cü ilin iyun ayında Kremlin Georgiyevsk sarayında orkestrlə birlikdə Rusiya prezidenti V.Putinin qarşısında böyük uğurla Demersmanın fleyta və orkestr üçün yazılmış konsertini ifa etmiş ilk azərbaycanlı musiqiçi olub. 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Prezident təqaüdünə layiq görülməklə adı gənc istedadların “Qızıl kitabı”na salınıb. 2016-cı ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşkil etdiyi “Söz” poeziya gecəsində böyük uğurla solo ifa edib. 2017-ci ildə Parisdə Nəsiminin 600 illik yubileyində iştirak edib. A.Quliyev 11 illik musiqi məktəbini və 43 nömrəli liseyi fərqlənmə ilə başa vurub və hazırda Ü.Hacıbəyli adına BMA-nın “İfaçılıq” fakültəsinin orkestr alətləri şöbəsində təhsil alır. - Mən yüksək mükafata layiq görülməyim münasibətilə ilk növbədə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya biz gənclərə göstərilən diqqət və qayğıya görə dərin minnətdarlığımı ifadə etmək istəyirəm. Dünyanın bir sıra ölkələrində ölkəmizi, mədəniyyətimizi, incəsənətimizi təmsil etmək üçün bizə yaradılan şərait və imkana görə təşəkkürlərimi çatdırmaq istəyirəm. Mən əminəm ki, Azərbaycanın gənc istedadları əllərindən gələni edəcəklər ki, Azərbaycan musiqisi bütün dünyada səslənsin. Gənclər üçün Prezident mükafatına layiq görülməyim məni ölkəmizi dünya səhnələrində layiqincə təmsil etməyə ruhlandırır və əlavə stimul verir. “Azərbaycan müəllimi” qəzeti

YUNİSEF-in regional ofisinin nümayəndələri ilə görüş

Fevralın 8-də təhsil naziri vəzifələrini icra edən, nazir müavini Ceyhun Bayramov  ölkəmizdə səfərdə olan YUNİSEF-in regional ofisinin uşaqların erkən inkişafı üzrə baş məsləhətçisi Dipa Qrover və inklüziv təhsil üzrə regional məsləhətçisi Nora Şabanini qəbul edib.   Görüşdə Azərbaycan və YUNİSEF arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, o cümlədən inklüziv və məktəbəqədər təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Eyni zamanda görüşdə Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “2018-2024-ci illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”ının icrası istiqamətində YUNİSEF-lə əməkdaşlıq imkanları müzakirə edilib. Səfər çərçivəsində YUNİSEF-in regional ofisinin nümayəndələrinin Təhsil Nazirliyi və Təhsil İnstitutu əməkdaşları üçün inklüziv təhsillə bağlı təlimi keçirilib.

Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?

Gənclərimiz ölkəmizin inkişafında mühüm töhfələr verir Qloballaşan dünyada hər bir ölkənin gələcəyini təmin edəcək gənc nəslin dövrün tələblərinə uyğun surətdə yüksəkixtisaslı mütəxəssis kimi yetişməsi strateji əhəmiyyət daşıyır. Son illər Azərbaycan Respublikası Təhsil Nazirliyinin istedadlı gənclərin dünyanın nüfuzlu ali məktəblərində təhsil almalarını və peşəkarlar kimi yetişməsini hədəfləyən məqsədyönlü tədbirləri nəticəsində tələbələrimiz öz uğur hekayələrini yazmaqdadır. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın reytinqli ali məktəblərindən məzun olan gənclərimiz artıq ölkəmizin inkişafı naminə öz töhfələrini verməkdədir. Budəfəki yazımız da elm, təhsil, iqtisadiyyat, sənaye, bank, İKT, dövlət qulluğu və digər sahələrdə öz uğurlu karyera tarixçələrini yazan məzunlarımıza həsr olunub. Beləliklə, Dövlət Proqramı təqaüdçüləri harada işləyirlər?   Nadir HÜMBƏTƏLİYEV, Böyük Britaniyanın Kembric Universitetinin məzunu   1985-ci il 2 aprel tarixində Bakıda anadan olub. 2001-ci ildə Bakıdakı 129 nömrəli tam orta məktəbi bitirib. 2005-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini “İstehsal və xidmət sahələrinin iqtisadiyyatı və idarə edilməsi” ixtisası üzrə başa vuraraq bakalavr dərəcəsi qazanıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Böyük Britaniyanın Kembric Universitetində “Maliyyə” ixtisası üzrə magistratura təhsili alıb. Kembric Universitetinin “Judge” Biznes Məktəbinin xüsusi təqaüdünə layiq görülüb. Peşəkar fəaliyyətinə 2008-ci ildə audit və konsaltinq xidmətləri göstərən PwC şirkətində başlayıb. Bu müddətdə iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən şirkətlərin auditində mütəxəssis və aparıcı mütəxəssis kimi iştirak edib. Daha sonra yerli və xarici layihələrdə maliyyə direktoru və məsləhətçi qismində çalışıb, maliyyənin bir çox sahəsində bilik və bacarıqlarını dərinləşdirməklə yanaşı daha geniş mənada idarəetmə təcrübəsinə yiyələnib. Peşəkar təcrübə ilə yanaşı bəzi sosial və humanitar yönümlü layihələrdə də iştirak edib, çalışdığı şirkətlərin əksəriyyətində yenilikçi və orijinal təşəbbüslər irəli sürüb. Uzunmüddətli hədəfi texnoloji yönümlü və daha çox elmtutumlu şirkətin qurulmasına nail olmaq və azərbaycanlı gənclərin reallaşdırdığı buna bənzər platformaların inkişafında iştirak etməkdir. Hazırda Gilan Holding şirkətinin “Crescent Development” adlı layihəsində maliyyə direktoru vəzifəsində çalışır.   Mövlud MÖHBALI, Fransanın Paris XI Universitetinin məzunu   1991-ci il sentyabrın 11-də Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunun Qıvraq kəndində anadan olub. VII sinfə qədər Bakıdakı Rüstəm Əliyev adına 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə təhsilini Bakı Özəl Türk Liseyinin filialı olan Dədə Qorqud Özəl Türk Liseyində davam etdirib. 2008-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının “Mühəndis iqtisadiyyatı və idarəetmə” ixtisasına, eyni zamanda YÖS proqramı əsasında Türkiyə Cümhuriyyətinin Qazi Universitetinin “Maliyyə və kredit” fakültəsinə qəbul olunub. Elə həmin ildə “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 oktyabr tarixli Sərəncamına əsasən Fransa Respublikasında təhsil almaq üçün Təhsil Nazirliyinin keçirdiyi müsabiqədə iştirak edib və uğur qazanıb. 2008-2009-cu illərdə Fransanın Bezanson şəhərindəki Dil Mərkəzində fransız dili üzrə hazırlıq kursunu müvəffəqiyyətlə başa vuraraq Paris XI Universitetinə daxil olub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Paris XI Universitetində “İnformatika metodlarının müəssisələrin idarəedilməsinə tətbiqi” ixtisası üzrə bakalavr, daha sonra magistr pillələrində təhsil alıb. Hazırda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” şirkətində Marketinq şöbəsinin rəhbəri vəzifəsində çalışır.   Cəfər MƏHƏRRƏMOV, Belçikanın Gent Universitetinin məzunu   1981-ci il avqustun 23-də Gəncə şəhərində anadan olub. 1998-ci ildə şəhər 9 nömrəli tam orta məktəbi bitirib. Elə həmin il Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqronomluq” fakültəsinə daxil olub. 2002-ci ildə universitetin bakalavr təhsil pilləsini uğurla bitirərək Gəncə şəhərində yerləşən Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunda işə başlayıb. 2005-ci ildə ADAU-nun “Bitki mühafizəsi” ixtisası üzrə magistratura təhsil pilləsinə daxil olub. Magistraturada təhsil aldığı zaman universitetin də iştirak etdiyi Avropanın Tempus layihəsi çərçivəsində imtahanlardan müvəffəqiyyətlə çıxaraq ilk dəfə xaricdə təhsil almaq hüququnu əldə edib. 2007-ci ildən magistratura təhsilini “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Belçikanın Gent Universitetində davam etdirib. Magistratura təhsilini başa vurduqdan sonra Elmi Tədqiqat Bitki Mühafizə İnstitutunda elmi işçi, 2008-ci ildə ADAU-nun elm və beynəlxalq şöbəsinin müdiri vəzifəsində çalışıb. Daha sonra Dövlət Proqramı çərçivələrində 2010-2014-cü illərdə “Tətbiqi biologiya” ixtisası üzrə Belçikanın Gent Universitetində doktorantura təhsili alıb. Belçika hökumətinin xüsusi elmi fondu hesabına 2015-ci ilədək təqaüd qazanıb. 22 yanvar 2015-ci il tarixində Gent Universitetində elmi işini müdafiə edərək “Tətbiqi biologiya” ixtisası üzrə fəlsəfə elmləri doktoru dərəcəsinə layiq görülüb. Hazırda Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin “Kənd təsərrüfatının rəqabətqabiliyyətinin gücləndirilməsi” layihəsində mütəxəssis kimi çalışır.   Pünhan HÜSEYNOV, Polşa Respublikasının Varşava Universitetinin məzunu   1992-ci il 7 may tarixində Naxçıvan şəhərində anadan olub. 1998-2009-cu illərdə Naxçıvan şəhəri Hüseyn Cavid adına 5 nömrəli tam orta məktəbdə təhsil alıb. 2009-cu ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirib. 2008-ci ildə məktəblilər arasında keçirilən riyaziyyat fənn olimpiadasının qalibi olub. 2009-cu ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 637 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinin “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına qəbul olunub. 2013-cü ildə bakalavr təhsilini fərqlənmə diplomu ilə başa vurub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təqaüdçüsü kimi 2013-2015-ci illərdə Polşa Respublikasının Varşava Universitetində “Beynəlxalq iqtisadiyyat” ixtisası üzrə magistratura təhsili alıb. Polşada təhsil aldığı dövrdə “ Polşada Azərbaycan Gənclər Birliyi”nin həmtəsisçisi və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması mövzusunda bir neçə tədbirin təşkilatçısı olub. Magistratura təhsilini bitirdikdən sonra 2015 -2016-cı illərdə Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrində həqiqi hərbi xidmət keçib. 2016-cı ildən indiyədək SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsində neft və neft məhsullarının ixracı üzrə ekspert vəzifəsində çalışır.   Günel ƏZİZOVA, Böyük Britaniyanın London İmperial Kollecinin məzunu   19 mart 1993-cü il tarixində Lerik rayonunun Çayrud kəndində anadan olub. Orta təhsilini Bakıda Binə qəsəbəsində yerləşən 117 nömrəli tam orta məktəbdə alıb. 2010-cu ildə Qafqaz Universitetinin (indiki Bakı Mühəndislik Universiteti) “Kimya mühəndisliyi” fakültəsinə (ingilisdilli) qəbul olub. 2014-cü ildə Mövlana Mübadilə Proqramının təqaüdçüsü olaraq təhsilini Türkiyənin İstanbul Texniki Universitetində (İTU) davam etdirmək şansı qazanıb. 2013-2014-cü illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), BP kompaniyasının, Türkiyənin PETKİM Neft-Kimya Holdinqin müəssisələrində təcrübə keçib. 2015-ci ildə Qafqaz Universitetinin “Kimya mühəndisliyi” ixtisasını fərqlənmə ilə bitirib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı illərdə Böyük Britaniyanın London İmperial Kollecində “Kimya mühəndisliyi” ixtisası üzrə magistr təhsili alıb. 2017-ci ilin sentyabrından Bakı Mühəndislik Universitetində müəllim vəzifəsində çalışır.   Azərxan ƏSƏDLİ, İtaliyanın Pisa Universitetinin məzunu   1992-ci il martın 10-da Bakı şəhərində anadan olub. 2009-cu ildə Suraxanı rayonu Cavanşir Rəhimov adına məktəb-liseyi bitirib. Riyaziyyat fənni üzrə şəhər, ingilis fənni üzrə isə rayon olimpiadalarında birinci yerə layiq görülüb. Bundan əlavə, intellektual oyunlara da qatılıb. “LG bilik akademiyası” verilişinin qalibi olub. Ali məktəblərə keçirilən qəbul imtahanlarında 667 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “İnzibati idarəetmə” fakültəsinə daxil olub. Prezident təqaüdünə layiq görülüb və universiteti fərqlənmə diplomu ilə bitirib. Eyni zamanda təhsil aldığı müddətdə “Bank of Baku” ASC-nin Satış Kanallarının İdarə edilməsi Departamentində ekspert kimi çalışıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində İtaliyanın Pisa və Sant Anna universitetlərində “İqtisadiyyat” ixtisası üzrə magistratura təhsili alıb. İtaliyada təhsil aldığı dövrdə Azərbaycan diasporunun təşkil etdiyi bir sıra tədbirlərdə fəal iştirak edib. Hazırda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Akademiyasının “İqtisadiyyat və təbiət fənləri” kafedrasında baş müəllim vəzifəsində çalışır.   Elçin ƏLİYEV, Böyük Britaniyanın London Queen Mary Universitetinin məzunu   8 may 1992-ci il tarixində Ukraynanın Sevastopol şəhərində anadan olub. 1999-cu ildə Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 2005-ci ildən təhsilini Naxçıvan Türk Liseyində davam etdirib. 2008-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən riyaziyyat olimpiadasında III yerə çıxaraq bürünc medala layiq görülüb. 2010-cu ildə liseyi fərqlənmə attestatı ilə bitirib, təhsil dövründə əldə etdiyi nailiyyətlərə görə qızıl medala layiq görülüb. Həmin ildə ali məktəblərə keçirilən qəbul imtahanlarında 670 bal toplayaraq “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2014-2015-ci illərdə Böyük Britaniyanın London şəhərində yerləşən “Queen Mary University of London” Universitetində “Mühasibat uçotu və maliyyə” ixtisası üzrə magistratura təhsili alıb. 2016-cı ilin dekabr ayından etibarən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasında Strateji Xidmətlər departamentində işləyir.   Şəhriyar FƏTULLAYEV, Türkiyənin Ankara Universitetinin məzunu   1987-ci il 10 sentyabr tarixində Cəlilabad rayonunda anadan olub. 2004-cü ildə Cəlilabad şəhər Şah İsmayıl Xətai adına 4 nömrəli tam orta məktəbi yüksək qiymətlərlə bitirib. Elə həmin il ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edərək Azərbaycan Tibb Universitetinin “Pediatriya” fakültəsinə daxil olub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2011-2016-cı illərdə Türkiyə Respublikası Ankara Universitetinin “Tibb” fakültəsinin İbn Sina Xəstəxanasında “Ortopediya və travmatologiya/əl cərrahiyyəsi” kafedrasında rezidentura təhsili alıb. “Yuxarı və aşağı ətraf sümük şişlərində, ətraf qoruyucu cərrahiyyə əsasında damarlı fibula qrefti ilə rekonstruksiya sonrasında sümük sağalma müddətinin müqayisəli qiymətləndirilməsi” mövzusunda dissertasiya işini müdafiə edib. Türkiyədə ortopediya və travmatologiyanın aktual problemlərinə dair çoxsaylı beynəlxalq konfranslarda iştirak edib. Mərkəzi Gömrük Xəstəxanasında, “Caspian İnternational Hospial”da ortopediya və travmatologiya uzmanı olaraq çalışıb. Hazırda “Baku Medical Plaza”da ortopediya və travmatologiya uzmanı kimi fəaliyyət göstərir.   “Azərbaycan müəllimi” qəzeti

Regionların sosial-iqtisadi inkişafı çərçivəsində görülən işlərə həsr olunmuş müşavirə

Təhsil Nazirliyində ölkə Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı çıxışından irəli gələn vəzifələrin həyata keçirilməsi ilə əlaqədar nazirlik tərəfindən görüləcək işlərə dair müşavirə keçirilib. Müşavirəni giriş sözü ilə açan təhsil naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Ceyhun Bayramov qeyd edilən Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda ölkə Prezidenti cənab İlham Əliyevin diqqətə çatdırdığı məsələlərdən söz açıb. Bildirib ki, ölkə başçısının rəhbərliyi ilə son 14 il ərzində Azərbaycanda bütün sahələrdə yüksək nailiyyətlər qazanılıb, bölgələrdə sosial-iqtisadi inkişafla bağlı infrastruktur layihələri, köklü iqtisadi islahatlar həyata keçirilib, ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli şəkildə artıb. Sonra Ceyhun Bayramov qeyd olunan proqram çərçivəsində Təhsil Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər, aparılan islahatlar  barədə məlumat verib. O qeyd edib ki, son illərdə reallaşdırılan infrastruktur layihələri çərçivəsində tikilən, əsaslı təmir edilən 3104 məktəbdən 2826-sı (91%) regionların payına düşür. O cümlədən ötən il ölkəmizin 40-dan çox bölgəsində 106 qəzalı vəziyyətdə olan təhsil müəssisəsi modul tipli məktəblə əvəz olunub. Görülən işlərin davamı olaraq bu il də 41 rayonda 137 modul tipli məktəb inşa olunacaq. Ceyhun Bayramov bildirib  ki,  son illərdə ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə məktəbəqədər təhsilin əhatə dairəsi daha da genişləndirilib. Təhsil Nazirliyi bütün ölkə ərazisində təhsilin keyfiyyət göstəricilərinə əhəmiyyətli təsir göstərən məktəbəhazırlığın əhatəliliyinin genişləndirilməsini prioritet hesab edir. 2016-2017-ci dərs ilindən etibarən ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunub və 5 yaşlı uşaqların 55 faizi həmin qruplara cəlb edilib. Bu dərs ilində isə məktəbəhazırlıq qruplarında uşaqların əhatəliliyi 65 faizə çatdırılıb. Ceyhun Bayramov çıxışında beynəlxalq PIRLS qiymətləndirilməsində azərbaycanlı şagirdlərin nəticələrinin 2011-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 462-dən 472 bala yüksəldiyini, bu il PISA beynəlxalq qiymətləndirilməsinin keçiriləcəyini qeyd edib. Ceyhun Bayramov həmçinin, istedadlı uşaqların aşkar edilməsinin önəmini vurğulayaraq bildirib ki, həmin şagirdlərlə işin təşkili üzrə Olimpiadalara hazırlıq mərkəzləri fəaliyyətə başlayıb, beynəlxalq olimpiadalarda qazanılan medalların sayı artıb. Sevindirici haldır ki, beynəlxalq olimpiadalarda son 4 ildə qazanılan 116 medalın 58-i (50%) region məktəblərinin payına düşür. Son illərdə Respublika fənn olimpiadalarına maraq xeyli yüksəlib. Belə ki, ötən il Respublika fənn olimpiadalarının birinci mərhələsində 30 min nəfərə yaxın şagird iştirak edib. Olimpiadalarda qazanılan medalların 55 faizi bölgə məktəblərinin payına düşüb ki, bu da təhsilin inkişaf dinamikasında regionların göstəricilərinin əhəmiyyətli artımından xəbər verir.  Bu il isə bilik yarışına 33 mindən çox şagird qatılıb. Ceyhun Bayramov bu tədris ilində Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ümumi təhsil müəssisələrində birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsi ilə həyata keçiriləcəyini deyib. Müşavirədə Təhsil Nazirliyinin Təsərrüfathesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin rəisi Anar Axundov son illərdə təhsil müəssisələrinin tikintisi və əsaslı təmiri sahəsində görülən işlərdən danışıb. Anar Axundov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində Təhsil Nazirliyinin sifarişi ilə təhsil müəssisələrinin tikildiyini, əsaslı təmir olunduğunu qeyd edib. Anar Axundov həmçinin bildirib ki, cari il ərzində 137 modul tipli məktəbin quraşdırılması ilə yanaşı, 14 təhsil müəssisəsinin tikintisi, 15 təhsil müəssisəsinin, o cümlədən 2 peşə təhsili müəssisəsinin, “Təhsil” Respublika İdman Mərkəzinin Gəncə filialının yenidən qurulması, eləcə də 40 rayon üzrə 101 təhsil müəssisəsində qazlaşdırma işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Daha sonra Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Famil Mustafayev “Azərbaycan Respublikasında peşə təhsili: islahatlar və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib. Famil Mustafayev peşə təhsili sistemində aparılan islahatlar çərçivəsində normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əmək bazarının tələblərinə uyğun olaraq yeni ixtisasların tədris olunması barədə geniş məlumat verib. Peşə təhsili müəssisələrinin rasionallaşdırılması və optimallaşdırılması ilə bağlı görülən işlərdən danışan natiq ötən il Qəbələdə Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verildiyini deyib. Qeyd edib ki, 2016-2017-ci tədris ilindən başlayaraq həyata keçirilən “Asan Peşə” layihəsi bu tədris ilində bütün ölkəni əhatə edib. 2020-ci ilə qədər yenidən qurulması nəzərdə tutulan 10 pilot peşə təhsili müəssisəsi müəyyən olunub. Bildirilib ki, bu il 4 regionda peşə təhsili və təlimi mərkəzlərinin müasirləşdirilməsi üzrə Avropa İttifaqının qrant layihələri çərçivəsində işlər həyata keçirilir. İnsan resursları şöbəsinin müdiri vəzifəsini icra edən Eşqi Bağırov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı” Dövlət Proqramının əhatə etdiyi dövr üzrə regionlarda pedaqoji kadr təminatı, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərdən söz açıb. Bildirib ki, 2014-cü ildən başlayaraq dövlət ümumi təhsil müəssisələrində çalışan 140 mindən çox müəllimin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi keçirilib, ölkə başçısının sərəncamına əsasən, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı isə 2 dəfə artırılıb. Nazirlər Kabinetinin qərarına əsasən, ucqar bölgələrdə çalışan gənc müəllimlər üçün nəzərdə tutulan stimullaşdırıcı tədbirləri diqqətə çatdıran Eşqi Bağırov bu tədris ili üzrə müsabiqə əsasında işə qəbul olunan 6000-ə yaxın müəllimin 3000 nəfərdən çoxunun ucqar bölgələrdə fəaliyyətə başladığını, hazırda kənd məktəblərində işləyən 7500-dək gənc müəllimə stimullaşdırma tədbirlərinin tətbiq olunduğunu bildirib. Son illərdə müəllimlərin işə qəbulu zamanı nəzərdə tutulan stimullaşdırıcı tədbirlər nəticəsində ucqar bölgələrdə vakant yerlərin tutulma səviyyəsi əhəmiyyətli dərəcədə artıb. Ceyhun Bayramov müşavirənin işini yekunlaşdıraraq ölkə Prezidenti cənab İlham Əliyevin konfransdakı çıxışından irəli gələn vəzifələrin yerinə yetirilməsi, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı Təhsil Nazirliyinin 2018-ci il üçün Fəaliyyət Planının hazırlanması, habelə təhsilin keyfiyyət göstəricilərinin daha da artırılması ilə bağlı struktur bölmə rəhbərlərinə tapşırıqlar verib.  

Bakı ilə yanaşı, Gəncə, Sumqayıt və Abşeronda da birinci sinfə qəbul onlayn aparılacaq

2018-2019-cu dərs ili üçün I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçiriləcək. Belə ki, onlayn ərizə qəbulu Bakı şəhəri ilə yanaşı, Gəncə və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun, eləcə də Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində tətbiq ediləcək.  I sinfə qəbul üçün ərizələrin onlayn qeydiyyatı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki ümumi təhsil müəssisələrində fevralın 22-də, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələri üzrə isə martın 12-də başlayacaq. Ümumi təhsil məktəblərinin birinci siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin qeydiyyatı www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaqdır. Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya müəyyən olunmuş məktəblərdə yaradılacaq Alternativ Qeydiyyat Mərkəzlərində aparıla bilər. Qeyd edək ki, 2015-2016-cı tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu ilk dəfə olaraq, elektron sistem vasitəsilə həyata keçirilib. Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 46 578 uşaq qəbul olunub. Onlardan 43 883 nəfəri ümumi təhsil məktəblərini, 2 695 nəfəri isə lisey və gimnaziyaları seçib. 2016-2017-ci tədris ili üzrə paytaxtda I sinfə 47 619 uşaq qəbul olub ki, onlardan da 44 960 nəfəri ümumi təhsil məktəblərinə, 2 659 nəfəri isə lisey və gimnaziyalara sənəd verib. 2017-2018-ci tədris ili üzrə Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə elektron sistem vasitəsilə qəbul prosesi çərçivəsində 49 342 uşaq qeydiyyatdan keçib. Onların 46 694 nəfəri ümumi təhsil məktəblərinə, 2 648 nəfəri isə lisey və gimnaziyalara qəbul olub..

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı