Birinci sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair məlumat

 

 

Elektron sistem vasitəsilə I sinfə qeydiyyat

 

I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Qeydiyyat üçün videotəlimat.

 


 

I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilən ümumi təhsil müəssisələri

 

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar;

Bakı şəhəri üzrə ümumi təhsil məktəblərinin siyahısı;

Abşeron rayonu üzrə ümumi təhsil məktəblərinin siyahısı;

Sumqayıt şəhəri üzrə ümumi təhsil məktəblərinin siyahısı;

Gəncə şəhəri  üzrə ümumi təhsil məktəblərinin siyahısı.

 


 

Elektron sistem vasitəsilə sənəd qəbulu müddəti

 

Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalar üzrə;

Bakı şəhəri üzrə ümumi təhsil məktəbləri üzrə;

Abşeron rayonu, Sumqayıt və Gəncə şəhərləri üzrə ümumi təhsil məktəbləri üzrə.

 


 

Mikroərazi prinsipi

 

Bakı şəhəri üzrə

Abşeron rayonu,

Sumqayıt,

Gəncə şəhərlərində mikroərazi prinsipi tətbiq olunmur.


 

Uşaqların yaş həddi

 

Ümumi təhsil məktəblərinin I sinfinə 1 yanvar 2010 - 15 sentyabr 2012-ci il müddətində anadan olmuş uşaqlar qəbul olunurlar.

Lisey və gimnaziyalara qəbul müsabiqə əsasında həyata keçirilir və 1 yanvar 2010 – 31 dekabr 2012-ci il müddətində anadan olmuş uşaqlar müsabiqəyə qatıla bilər.


 

6 yaşı tamam olmayan uşaqlar

 

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların valideynlərinin (qanuni nümayəndələrinin) elektron ərizələrinin qeydiyyatı:

- Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə fevralın 22-dən iyunun 20-dək,

- Gəncə Şəhər Təhsil İdarəsi,

- Sumqayıt Şəhər Təhsil Şöbəsi,

- Abşeron Rayon Təhsil Şöbəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinə isə martın 12-dən iyunun 20-dək aparılır;

- Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara fevralın 22-dən mayın 31-dək aparılır.

 

6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olan, xüsusi istedadı ilə fərqlənən uşaqların məktəbə qəbulu:

- Bakı Şəhəri üzrə Təhsil İdarəsi,

- Gəncə Şəhər Təhsil İdarəsi,

- Sumqayıt Şəhər Təhsil Şöbəsi,

- Abşeron Rayon Təhsil Şöbəsi tərəfindən yaradılmış Müsabiqə Komissiyası tərəfindən “Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları”na əsasən, iyun-iyul ayları ərzində müsahibə üsulu ilə aparılır.

 


 

8 yaşdan böyük uşaqlar

 

Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş “Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq, fərdi təhsilə cəlb edilirlər.

 

Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U): 

- Bakı Şəhəri üzrə Təhsil İdarəsində,

- Sumqayıt Şəhər Təhsil Şöbəsində,

- Gəncə Şəhər Təhsil İdarəsində,

- Abşeron Rayon Təhsil Şöbəsində yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

 


 

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların I sinifdə də eyni sinifdə komplektləşdirilməsi

 

Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərinin istəyini nəzərə alaraq, I sinifdə də onların eyni sinifdə komplektləşdirilməsi və eyni müəllimin tədris aparması nəzərdə tutulur. Bu qayda, 2017-2018-ci tədris ilində məktəbəhazırlıq qruplarında dərs deyən, 2018-2019-cu tədris ilində I sinifdə tədris aparması planlaşdırılan müəllimlərin dərs dediyi siniflərə şamil olunur.

 


 

Tələb olunan sənədlər

 

Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:

- Valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (uşağın şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnaməsi;

- Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə);

- Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə sənədi;

- Xarici ölkələrdə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş və natorial qaydada təsdiq edilmiş));

- Uşağın sağlamlığı haqqında tibbi arayış (forma 26U);

- 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

- Valideynin (qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə”.

 


 

Sağlamlıq imkanı məhdud uşaqlar

 

Sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq aşağıda qeyd olunan sənədlərlə birlikdə həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-Tibbi-Psixoloji Komissiyaya müraciət etməlidirlər.

Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

 

Pedaqoji-Tibbi-Psixoloji Komissiyaya aşağıdakı sənədlər təqdim olunmalıdır:

- Valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;

- Tibbi arayış;

- 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

- Yaşayış yerindən arayış.

 


 

Onlayn qeydiyyat ödənişsizdir

 

Elektron sistem vasitəsilə sənəd qəbulu zamanı heç bir ödəniş tələb olunmur.

 


 

Dərs ilinin müddəti

 

Ümumi təhsil məktəblərində dərs ili 15 sentyabr - 14 iyun tarixlərini əhatə edir.

- I yarım il: 15 sentyabr - 26 yanvar

- II yarım il: 1 fevral - 14 iyun

 


 

I sinif üçün tətillər

 

5 gün payız tətili (16-20 noyabr)

5 gün qış tətili (27-31 yanvar)

İbtidai siniflər üçün 5 günlük əlavə yaz tətili (1-5 may) müəyyənləşib

 


 

Məktəbli forması

 

Ümumi təhsil məktəblərində təhsil alanların geyim forması “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə əsasən müəyyən olunur.

 


 

Sual yarandıqda

 

Elektron ərizənin qeydiyyatı ilə əlaqədar şəhər və rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə;

 

Bütün digər hallarla bağlı şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya Komissiyasına müracət edə bilərlər.

 

O cümlədən: 

- Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə;

Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (daxili: 6076; 6124);

Abşeron Rayon Təhsil Şöbəsinə;

Gəncə Şəhər Təhsil İdarəsinə;

Sumqayıt Şəhər Təhsil Şöbəsinə müraciət etməklə aydınlıq gətirmək mümkündür.

 


 

Alternativ Qeydiyyat Mərkəzləri

 

I sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı məsələlərində vətəndaşlara kömək göstərilməsi məqsədilə aşağıdakı məktəblərdə ərizə qəbulu üzrə Alternativ Qeydiyyat Mərkəzləri fəaliyyət göstərir:

- Bakı şəhər üzrə;

- Abşeron rayonu üzrə;

- Gəncə şəhəri üzrə;

- Sumqayıt şəhəri üzrə.


 

Apelyasiya Komissiyaları

 

Apelyasiya komissiyaları aşağıdakı məktəblərdə fəaliyyət göstərir:

Bakı şəhərinin inzibati rayonları üzrə;

Gəncə şəhəri üzrə:

- Gəncə Dövlət Universiteti (ünvan: Gəncə şəhəri, Heydər Əliyev prospekti 187)

Sumqayıt şəhəri üzrə:

- Sumqayıt Dövlət Universiteti (ünvan: Sumqayıt şəhəri, 43-cü məhəllə)

Abşeron rayonu üzrə:

- Bakı Dövlət İqtisadiyyat və Humanitar Kolleci (ünvan: Xırdalan şəhəri, 26-cı məhəllə)

 


 

Sual-Cavab

 


 

Videoçarx

 


 

Sənədlər