“Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı müsabiqəsi keçirilir
Ümumi təhsil müəssisələrində çalışan müəllimlər üçün “Azərbaycan Xalq Cümhuriyyəti və təhsil” mövzusunda yazı müsabiqəsi keçirilir. “Azərbaycan müəllimi” qəzetinin və “Bank of Baku”nun təşkil etdiyi müsabiqə Azərbaycan təhsilinin Cümhuriyyət dövrü mərhələsinin təbliği məqsədini daşıyır.
Təqdim olunan yazılar tanınmış pedaqoq, alim və Cümhuriyyət dövrü tədqiqatçılarından ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.
Müsabiqənin şərtlərinə əsasən, hər iştirakçı müsabiqəyə yalnız bir yazı tədqim edə bilər. Təqdim olunan yazıların sonunda zəruri məlumatlar (ad, soyad, əlaqə telefonu, çalışdığı müəssisənin adı və tutduğu vəzifə), müsabiqə üçün hazırlandığı qeyd olunmalıdır. Yazının həcmi 8-10 min işarədən ibarət olmalıdır.
Yazılar 20 aprel 2018-ci il tarixindən 20 may 2018-ci il tarixinədək muallim@edu.gov.az elektron poçt ünvanına göndərilməlidir.
Qaliblərə diplom və pul mükafatının təqdim olunması nəzərdə tutulur.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
