Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib

Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət NazirliyiAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, təhsil nazirinin müavini Firudin Qurbanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər. “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış ediblər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Şagirdlər intellektual yarışlarda iştirak edib, fləşmob keçiriblər. Tədbir, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edib. “Oxu günü”ndə iştirak edənlər bir sıra nəşrləri güzəştli qiymətlərlə əldə ediblər. Nəşriyyatlar bəzi çap məhsullarını kitabsevərlərə ödənişsiz paylayıb. “Oxu günü” çərçivəsində “Kitab qoy - kitab götür” aksiyası da keçirilib və mütaliəsevərlər oxuduqları kitabları başqaları ilə paylaşıblar.  

Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” keçirilib

Aprelin 26-da Heydər Əliyev Mərkəzinin parkında “Oxu günü” təşkil olunub. Heydər Əliyev Mərkəzi, Təhsil Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) birgə təşkilatçılığı, “Hədəf Nəşrləri”nin tərəfdaşlığı ilə reallaşdırılan tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Tədbirdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva, təhsil nazirinin müavini Firudin Qurbanov, AMEA-nın, Mədəniyyət Nazirliyinin nümayəndələri iştirak ediblər. “Gəlin birgə oxuyaq!” şüarı altında keçirilən tədbirdə paytaxtın 40-dan artıq ümumtəhsil məktəb və liseyinin şagirdləri, məktəbdənkənar təhsil müəssisələrində məşğul olan uşaqlar müxtəlif təqdimatlarla çıxış ediblər. Məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Şagirdlər intellektual yarışlarda iştirak edib, fləşmob keçiriblər. Tədbir çərçivəsində, həmçinin 30-dək nəşriyyat və kitabxana kitab sərgi-yarmarkası təqdim edib. “Oxu günü”ndə iştirak edənlər bir sıra nəşrləri güzəştli qiymətlərlə əldə ediblər. Nəşriyyatlar bəzi çap məhsullarını kitabsevərlərə ödənişsiz paylayıb. “Oxu günü” çərçivəsində “Kitab qoy - kitab götür” aksiyası da keçirilib və mütaliəsevərlər oxuduqları kitabları başqaları ilə paylaşıblar.

Müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb

Aprelin 26-da respublikanın ümumi təhsil müəssisələrində müddətsiz əmək müqaviləsi əsasında işə qəbul olunmaq istəyən müəllimlərin müsahibəsinə başlanılıb. Müsahibədə iştirak etmək üçün qeydiyyatdan keçən ümumilikdə 2282 nəfər müəllimdən 763 nəfərinin elektron ərizəsi təsdiq edilib. Bu mərhələdə 2016-2017-ci və 2017-2018-ci tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsinə qatılaraq zəruri keçid balını toplayan və vakant yerlərdə mövcud qaydalar çərçivəsində müddətli əmək müqaviləsi ilə işə qəbul edilmiş müəllimlər iştirak edib. Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsahibəyə ibtid­ai sinif, fiziki tərb­iyə, musiqi müəlliml­əri olmaqla 460 nəfərə yaxın müəllim dəvət olunub. Aprelin 27-də isə digər fənlər­ üzrə müəllimlər müsah­ibələrdə iştirak edəc­əklər. Müsahibənin keçir­ilməsi üçün 20 komiss­iya fəaliyyət göstəri­r. Müsahibələr iki gün davam edəcək. Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdirilib.

Velosiped idman növünə həsr olunmuş yarışlar davam edir

Velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin Bakı şəhərinin Nərimanov, Nəsimi, Səbail və Qaradağ rayonları üzrə rayondaxili mərhələsi başa çatıb. Yarışlara Nərimanov rayonu üzrə 21 məktəbdən 130, Nəsimi rayonu üzrə 19 məktəbdən 120, Səbail rayonu üzrə 14 məktəbdən 90, Qaradağ rayonu üzrə 22 məktəbdən 140 nəfər şagird qatılıb. Yarışın nəticələrinə əsasən rayonlar üzrə I, II, III yeri tutan məktəblərin komandaları kubok və diplomlarla təltif edilib. Kütləvi idman tədbirlərinin keçirilməsində məqsəd velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana olan  marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdən ibarətdir. Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir. İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə 4 mindən çox məktəblinin qatılacağı gözlənilir.

Sərbəst güləş üzrə respublika birinciliyi keçirilib

“Təhsil” Respublika İdman Mərkəzinin sərbəst güləş üzrə respublika birinciliyi keçirilib. Birinciliyin keçirilməsində məqsəd uşaq-gənclər arasında sərbəst güləş idman növünü təbliğ etmək, perspektivli güləşçiləri aşkar edib yaş qrupları üzrə yığma komandalara cəlb etmək və idmançılar arasında dostluq əlaqələrini yaratmaqdan ibarət olub. Qusar Olimpiya İdman Kompleksində təşkil edilən, 9-11, 12-14 yaşlı oğlanlar arasında komanda və şəxsi xarakter daşıyan birinciliyə Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərindən 40 komanda, 480 idmançı qatılıb. Gərgin mübarizə şəraitində keçən yarışda 9-11 yaşlı güləşçilər arasında I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları tutub. 12-14 yaşlı idmançılar arasında isə I yeri “Təhsil” RİM-in Gəncə şəhər 1 nömrəli UGİM-nin, II yeri “Təhsil” RİM-in 5 nömrəli ROEUGİM-nin, III yeri isə “Təhsil” RİM-in 1 nömrəli RİOEUGİM-nin komandaları tutub. Qaliblər kubok və diplomlarla təltif edilib.

SABAH qruplarının bilik yarışı qaliblərinin mükafatlandırılma mərasimi

Aprelin 25-də Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə təşkil olunan riyaziyyat, müəllimlik və informasiya texnologiyaları üzrə bilik yarışı qaliblərinin mükafatlandırılması mərasimi  keçirilib. Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov tədbiri giriş sözü ilə açaraq ölkə Prezidenti cənab İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti ili” elan etməsindən bəhs edib və bu münasibətlə keçirilən yarışı yüksək qiymətləndirib. Mərasimdə iştirak edən təhsil ­nazirinin müavini Fir­udin Qurbanov bilik yarışını tələbələrin  tədris dövründəki inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsində və peşəkar kadr kimi yetişməsində mühüm addım kimi dəyərləndirib. Nazir müavini bilik yarışının qaliblərini təbrik edib və onlara uğurlar arzulayıb. Sonra çıxış edən SABAH İcra Komitəsinin rəhbəri Şahin Seyidzadə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov və Azərbaycan Texniki Universitetinin rektor əvəzi Xaliq Yahudov yarışın tələbələrin fərdi inkişafı, dünyagörüşü, bilik və bacarıqlarının yüksəlməsi baxımından əhəmiyyətini vurğulayıblar. Sonda qaliblərə mükafatlar təqdim olunub. Qeyd edək ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş riyaziyyat, müəllimlik və informasiya üzrə bilik yarışı iki mərhələ və finaldan ibarət olmaqla 8 ali təhsil müəssisəsinin 520-dək SABAH tələbəsinin iştirakı ilə keçirilib.

AMEA-nın prezidenti Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomu təqdim olunub

Aprelin 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti (AMEA), akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomunun təqdimat mərasimi keçirilib. Tədbirdə təhsil naziri Ceyhun Bayramov, AMEA-nın prezidenti Akif Əlizadə, akademiyanın həqiqi və müxbir üzvləri, ADNSU-nun professor-müəllim heyəti iştirak edib. Qonaqları salamlayan ADNSU-nun rektoru Mustafa Babanlı ölkəmizdə elmi-texniki tərəqqinin və təhsilin hərtərəfli inkişafında Akif Əlizadənin gördüyü mühüm işlərdən danışıb, universitet əməkdaşlarının, xüsusilə neftçi və geoloqların, elmdə ilk addımlarını atan gənc alimlərin Akif Əlizadənin qayğı və dəstəyini daim hiss etdiklərini bildirib. Təhsil naziri Ceyhun Bayramov akademik Akif Əlizadənin Azərbaycanda elmin, o cümlədən geologiya və geofizika elminin inkişafında mühüm rol oynadığını qeyd edib, gənc alimlərin yetişməsində əvəzsiz xidmətlər göstərdiyini vurğulayıb. Nazir akademik Akif Əlizadənin keçdiyi şərəfli həyat yolunun hər bir tələbə və gənc alim üçün örnək olduğunu bildirib. Daha sonra çıxış edənlər AMEA prezidentinin Azərbaycan elminə verdiyi töhfələrdən danışıb,  onun rəhbərliyi ilə onlarla alimin yetişdiyini diqqətə çatdırıblar.   AMEA-nın prezidenti Akif Əlizadə  haqqında deyilən xoş sözlərə görə təşəkkür edib. Azərbaycanda təhsilin və elmin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu deyən akademik bunu müasir dövrdə yüksək intellektli gəncliyin formalaşmasında qarşıda duran vəzifələrdən biri kimi səciyyələndirib. Sonra Mustafa Babanlı AMEA-nın prezidenti, akademik Akif Əlizadəyə ADNSU-nun fəxri professoru diplomunu təqdim edib.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yarış

Təhsil Nazirliyinin tabeliyində olan 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Keçmişimiz, bu günümüz, gələcəyimiz!” mövzusunda breyn-rinq intellektual bilik yarışmasının ikinci- rayon mərhələsi keçirilib. Yarışın keçirilməsində məqsəd gənc nəslin xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, təbii sərvətləri haqqında biliklərini artırmaq, bu sahədə uşaqları elmi axtarışlara sövq etmək, istedadlı uşaq və gəncləri aşkar etmək, məktəblilərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarətdir. Bilik yarışmasında məcburi köçkün rayonlarının Bakıda yerləşən ümumi təhsil müəssisələrindən VII–IX siniflər üzrə  intellektual səviyyəsi, hazırlığı ilə seçilən 390 şagirddən ibarət 65 komanda iştirak edib. Rayon mərhələsinin birinci günündə Şuşa, Laçın, Zəngilan, Qubadlı, Xocavənd, Kəlbəcər, Ağdam rayonunun məktəblərindən 35, ikinci günü isə Xocalı, Füzuli, Ağdam, Сəbrayıl rayon məktəblərindən 30 komanda iştirak edib. İki gün ərzində hər birində 6-7 komandanın iştirakı ilə 10 oyun keçirilib. Hər oyunda “Azərbaycan tarixi”, “Coğrafiya” və “Həyat bilgisi” fənlərindən 4 sual olmaqla, 12 sual təqdim edilib. Qiymətləndirmə 1 bal sistemi ilə aparılıb. Ən çox bal toplayan komandalar final mərhələsində iştirak etmək hüququ qazanıb. Final mərhələsinin may ayında keçirilməsi nəzərdə tutulub. Qalib komandalar diplom və hədiyyələrlə mükafatlandırılacaq.

Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub

Heydər Əliyev Sarayında 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş mərasim keçirilib. Mərasim hər iki ölkənin himninin səsləndirilməsi ilə başlayıb. Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bu günün tarixindən, Türkiyə və Azərbaycanın dostluq münasibətlərindən danışıb. Səfir belə bir tədbirin keçirilməsindən məmnun olduqlarını vurğulayıb və uşaqlara ən xoş arzularını çatdırıb. Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov uşaqları əlamətdar gün münasibəti ilə təbrik edərək bu bayramın Azərbaycanda da qeyd edilməsinin ölkələrimiz arasındakı dostluq və qardaşlığın göstəricisi olduğunu vurğulayıb. Nazir müavini ölkəmizdə uşaqların yüksək qayğı və diqqətlə əhatə edildiyini, onların sağlam böyüməsi və təhsil alması üçün hər cür şərait yaradıldığını bildirib. Tədbir musiqi, rəqs və teatr proqramı ilə davam edib. Bayram tədbirində Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” kollektivi milli və türk xalqlarının rəqslərindən ibarət kompozisiya ilə çıxış edib. Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral tədbirin keçirilməsində əməyi olan təşkilatçılara, o cümlədən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyinə mükafat təqdim edib.

Təhsil naziri kollektivə təqdim olunub

Aprelin 24-də Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə təhsil naziri vəzifəsinə təyin olunmuş Ceyhun Bayramovu nazirliyin kollektivinə təqdim edib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Ramiz Mehdiyev son illərdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə nailiyyətlər əldə olunduğunu, xüsusilə təhsil sahəsində həyata keçirilən islahatları diqqətə çatdırıb. Ceyhun Bayramov dövlət başçısı tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirib. Nazir ölkə Prezidentinin təhsil sahəsində qarşıya qoyduğu geniş hədəfli vəzifələrin icrasının layiqincə yerinə yetirilməsi üçün bütün qüvvənin səfərbər olunacağını vurğulayıb.

07/04/2026

ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur

Ətraflı
06/04/2026

✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
06/04/2026

Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı