Milli Suverenlik və Uşaq Bayramı qeyd olunub
Heydər Əliyev Sarayında 23 Aprel - Milli Suverenlik və Uşaq Bayramına həsr olunmuş mərasim keçirilib.
Mərasim hər iki ölkənin himninin səsləndirilməsi ilə başlayıb.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral bu günün tarixindən, Türkiyə və Azərbaycanın dostluq münasibətlərindən danışıb. Səfir belə bir tədbirin keçirilməsindən məmnun olduqlarını vurğulayıb və uşaqlara ən xoş arzularını çatdırıb.
Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov uşaqları əlamətdar gün münasibəti ilə təbrik edərək bu bayramın Azərbaycanda da qeyd edilməsinin ölkələrimiz arasındakı dostluq və qardaşlığın göstəricisi olduğunu vurğulayıb. Nazir müavini ölkəmizdə uşaqların yüksək qayğı və diqqətlə əhatə edildiyini, onların sağlam böyüməsi və təhsil alması üçün hər cür şərait yaradıldığını bildirib.
Tədbir musiqi, rəqs və teatr proqramı ilə davam edib. Bayram tədbirində Təhsil Nazirliyinin 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Azəri inciləri” kollektivi milli və türk xalqlarının rəqslərindən ibarət kompozisiya ilə çıxış edib.
Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral tədbirin keçirilməsində əməyi olan təşkilatçılara, o cümlədən 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəhbərliyinə mükafat təqdim edib.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
