Sərbəst güləş üzrə respublika birinciliyi keçirilib
“Təhsil” Respublika İdman Mərkəzinin sərbəst güləş üzrə respublika birinciliyi keçirilib.
Birinciliyin keçirilməsində məqsəd uşaq-gənclər arasında sərbəst güləş idman növünü təbliğ etmək, perspektivli güləşçiləri aşkar edib yaş qrupları üzrə yığma komandalara cəlb etmək və idmançılar arasında dostluq əlaqələrini yaratmaqdan ibarət olub.
Qusar Olimpiya İdman Kompleksində təşkil edilən, 9-11, 12-14 yaşlı oğlanlar arasında komanda və şəxsi xarakter daşıyan birinciliyə Təhsil Nazirliyinin tabeliyində olan idman məktəblərindən 40 komanda, 480 idmançı qatılıb.
Gərgin mübarizə şəraitində keçən yarışda 9-11 yaşlı güləşçilər arasında I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 1 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran Uşaq-Gənclər İdman Məktəbinin, III yeri “Təhsil” Respublika İdman Mərkəzinin 5 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin komandaları tutub. 12-14 yaşlı idmançılar arasında isə I yeri “Təhsil” RİM-in Gəncə şəhər 1 nömrəli UGİM-nin, II yeri “Təhsil” RİM-in 5 nömrəli ROEUGİM-nin, III yeri isə “Təhsil” RİM-in 1 nömrəli RİOEUGİM-nin komandaları tutub.
Qaliblər kubok və diplomlarla təltif edilib.
8 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
