2018-ci il üzrə diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin nəzərinə!
Cari ilin mayında Təhsil Nazirliyi tərəfindən müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə aşağıda adıçəkilən kateqoriyaya aid şəxslər iştirak edə bilər: - əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər; - gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri; - direktor, direktor müavinləri; - məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar; - yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışanlar. Diaqnostik qiymətləndirmədə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirmədən keçməyən şəxslər də iştirak edə bilərlər. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədləri dövlət nümunəli olan və mövcud qaydaların tələblərinə uyğun şəkildə işə qəbul olunmuş şəxslərin iştirakına icazə verilir. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin elektron ərizələrinin sistemə daxil edilməsi 3-11 may 2018-ci il tarixlərində yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar namizədlər sözügedən orqanlara müraciət edə bilərlər. Hər hansı sual və ya müraciətlə bağlı Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) və ya Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzi (012 430 52 78; 012 430 57 79) ilə əlaqə saxlamaq mümkündür.
03/05/2018 09:34
2018-ci il üzrə diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin nəzərinə!
Cari ilin mayında Təhsil Nazirliyi tərəfindən müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, direktor, direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışan şəxslər iştirak edə bilər. Diaqnostik qiymətləndirməyə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirmədən keçməyən şəxslər də qatıla bilər. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədləri dövlət nümunəli olan və mövcud qaydaların tələblərinə uyğun şəkildə işə qəbul olunmuş şəxslərin iştirakına icazə verilir. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin elektron ərizələrinin sistemə daxil edilməsi 3-11 may 2018-ci il tarixlərində yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar namizədlər sözügedən orqanlara müraciət edə bilərlər. Hər hansı sual və ya müraciətlə bağlı Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) və ya Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzi (012 430 52 78; 012 430 57 79) ilə əlaqə saxlamaq mümkündür.
03/05/2018 09:26
2018-ci il üzrə diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin nəzərinə!
Cari ilin mayında Təhsil Nazirliyi tərəfindən müəllimlərin bilik və bacarıqlarının növbəti diaqnostik qiymətləndirilməsi keçiriləcək. Qiymətləndirmədə əsas iş yeri olaraq müddətsiz əmək müqaviləsi əsasında işləyən müəllimlər, gənclərin çağırışaqədərki hazırlıq rəhbərləri, direktor, direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric işlər üzrə təşkilatçılar, yerli təhsili idarəetmə orqanlarında dövlət qulluğu və metodist vəzifələrində çalışan şəxslər iştirak edə bilər. Diaqnostik qiymətləndirməyə əvvəlki imtahanlarda aşağı nəticə göstərən, ikinci ixtisası üzrə tədris aparan, habelə daha öncə diaqnostik qiymətləndirmədən keçməyən şəxslər də qatıla bilər. Müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsində yalnız təhsil sənədləri dövlət nümunəli olan və mövcud qaydaların tələblərinə uyğun şəkildə işə qəbul olunmuş şəxslərin iştirakına icazə verilir. Diaqnostik qiymətləndirmədə iştirak edəcək müəllimlərin elektron ərizələrinin sistemə daxil edilməsi 3-11 may 2018-ci il tarixlərində yerli təhsili idarəetmə orqanları tərəfindən həyata keçiriləcək. Bununla əlaqədar namizədlər sözügedən orqanlara müraciət edə bilərlər. Hər hansı sual və ya müraciətlə bağlı Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzi (“Qaynar xətt” xidməti, telefon: 146) və ya Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun İnsan Resursları Mərkəzi (012 430 52 78; 012 430 57 79) ilə əlaqə saxlamaq mümkündür.
03/05/2018 09:25
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş yarış
“Təhsil” Respublika İdman Mərkəzinin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş uşaq və yeniyetmələr arasında karate idman növü üzrə açıq çempionatı keçirilib. Abşeron Olimpiya idman Kompleksində keçirilən yarışa 10 yaş qrupu üzrə 200-ə yaxın idmançı qatılıb. Tədbirin bədii hissəsində Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivi və “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin karateçiləri nümunəvi çıxışlar edib. Çempionatda I yeri “Təhsil” Respublika İdman Mərkəzinin 6 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbinin, II yeri “Təhsil” Respublika İdman Mərkəzinin 9 nömrəli Uşaq- Gənclər İdman Məktəbinin, III yeri “Cüdo 2012 Karate Klubu“ nun komandaları tutub. Qaliblər kubok və diplomla təltif edilib. Yarışın keçirilməsində əsas məqsəd milli dövlətçilik ənənələri barədə şagirdləri məlumatlandırmaq, perspektivli idmançıları aşkar etmək, müvafiq yaş qrupları üzrə yığma komandaları formalaşdırmaq və idmançıların oyun təcrübəsini artırmaqdan ibarət olub.
02/05/2018 16:27
Tovuz məktəblisinə Təhsil Nazirliyinin “Təşəkkürnamə”si verilib
Mayın 2-də Tovuz rayonu Sahib İsgəndərov adına Əyyublu kənd tam orta məktəbin 8-ci sinif şagirdi İdris Abbasova Təhsil Nazirliyinin hədiyyələri və “Təşəkkürnamə”si təqdim edilib. Tədbirdə Təhsil Nazirliyinin əməkdaşları, Tovuz Rayon Təhsil Şöbəsinin rəhbərliyi, məktəbin müəllim və şagirdləri iştirak edib. Çıxış edənlər İdris Abbasovu örnək davranış nümayiş etdirdiyinə görə təbrik edib, ona dərslərində uğurlar arzulayıblar. İdris Abbasov kənddə yerləşən inşaat materialları mağazasının yanından keçərkən pul qabında 5 min manat tapıb və dərhal mağazanın sahibi Eyvaz Qocayevə məlumat verib. Eyvaz Qocayev sahibini taparaq pulu ona qaytarıb. Məktəblinin daha bir nəcib hərəkəti isə onun təklif edilən mükafatdan imtina etməsi olub.
02/05/2018 14:35
Futbol turnirinin qalibi müəyyənləşib
Məktəblilərdən ibarət komandalar arasında təşkil edilən mini futbol turnirinin final mərhələsi keçirilib. “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan yarış Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 61 nömrəli tam orta məktəbdə təşkil olunub. Final oyununu “Məktəblinin dostu” layihəsinin rəhbəri Rüstəm Ağayev, “Sabah” futbol klubunun baş məşqçisi Arif Əsədov, Azərbaycan Peşəkar Futbol Liqasının nümayəndəsi Elgiz Abbasov, “Səbail” futbol klubunun məşqçisi Füzuli Məmmədov, məktəb direktorları, müəllimlər və şagirdlər izləyib. Yarışın keçirilməsində əsas məqsəd məktəblilərin futbol idman növünə marağını artırmaq, həmçinin, onların sağlam böyüməsini və asudə vaxtını səmərəli keçirməsini təmin etməkdən ibarətdir. Futbol turnirində 12, 57, 61, 63, 117, 194, 272 nömrəli tam orta məktəblərin və 72 nömrəli məktəb-liseyin komandaları iştirak edib. Yarışın final mərhələsində 61 və 63 nömrəli tam orta məktəblərin komandaları qarşılaşıb. Qarşılaşmanın nəticələrinə əsasən, 63 nömrəli tam orta məktəbin komandası I yerə layiq görülüb. Qalib komanda kubokla təltif olunub. Həmçinin, 61 və 63 nömrəli tam orta məktəb komandalarının üzvlərinə medal və sertifikatlar təqdim edilib.
02/05/2018 14:16
Xızı müəllimləri “Bizim müəllim” layihəsində
Təhsil Nazirliyi Azərbaycanın bütün bölgələrində fəaliyyət göstərən, peşəkarlığı ilə seçilən müəllimlərin media təqdimatını davam etdirir. “Bizim müəllim” layihəsinin növbəti təqdimatı Xızı rayonunda fəaliyyət göstərən müəllimlərə həsr olunur.
02/05/2018 11:11
Akademik Zərifə Əliyeva adına liseyin 10 illik yubileyi qeyd olunub
Mayın 1-də Azərbaycan Dövlət Musiqili Dram Teatrında akademik Zərifə xanım Əliyevanın adını daşıyan liseyin yaranmasının 10 illiyi ilə əlaqədar yubiley tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan liseyin direktoru Mehriban Vəliyeva bildirib ki, işıqlı xatirəsi daim yad edilən xeyirxah insan, fədakar alim, dünya oftalmologiya elminə gətirdiyi yeniliklərlə bir çox insanın xilaskarına çevrilən akademik Zərifə Əliyevanın həyat yolu onun adını daşıyan liseyin hər bir üzvü üçün məktəbdir. Mehriban Vəliyeva deyib ki, bu günədək liseyi 1237 məzun bitirib. Onların bir çoxu 600-dən yuxarı bal toplayıb, orta statistik göstərici isə 500 baldan yüksək olub. Ötən ilin qəbul imtahanlarında liseyin iki məzunu 700 bal toplayaraq təhsil birincisi olub. Daha sonra liseyin fəaliyyətində xidmətləri olan, hazırda təhsilin müxtəlif sahələrində rəhbər işçi kimi çalışan, eyni zamanda liseydən təqaüdə gedən müəllimlərə xatirə hədiyyələri verilib. Liseyin formalaşmasında rolu olan müəllimlər adından Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Məhəbbət Vəliyeva çıxış edib. Sonra liseyin 10 illiyinə həsr edilmiş videoçarx nümayiş olunub. Təhsil naziri Ceyhun Bayramov liseyin 10 illik fəaliyyətini yüksək dəyərləndirib, məktəbin təhsilə verdiyi töhfələrdən danışıb. Nazir əldə olunan bu nailiyyətlərdə liseyin müəllimlərinin böyük əməyi olduğunu qeyd edib, təhsil müəssisəsinin şagirdlərinin beynəlxalq və respublika olimpiadalarında yüksək yerlərə layiq görüldüklərini vurğulayıb. Yubiley tədbirində çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov kollektivi təbrik edərək onlara uğurlar arzulayıb. Sonra liseyin 27 müəlliminə Təhsil Nazirliyinin Fəxri fərman və təşəkkürnamələri təqdim edilib. Tədbirdə, həmçinin liseyin teatr dərnəyinin rəhbəri, aktyor Bəhruz Vaqifoğlunun şagirdlərlə birgə hazırladığı ədəbi-bədii kompozisiya təqdim olunub. Kompozisiyada liseyin sosial həyatı, dünya elmi, idman, vətənpərvərliklə bağlı səhnələr nümayiş olunub. Bundan əlavə, qonaqlara liseyin 10 illik fəaliyyətinə həsr olunmuş ”Gələcəyə açılan qapı” adlı jurnallar paylanılıb. Tədbir lisey məzunlarının təbrik çıxışları ilə yekunlaşıb.
02/05/2018 09:52
SABAH qrupunun tələbələri ilə görüş
SABAH qruplarının 4-cü kurs tələbələri və Vergilər Nazirliyinin əməkdaşları arasında görüş keçirilib. Görüşün məqsədi Vergilər Nazirliyi və onun tabeli struktur bölmələrində işə qəbul qaydaları və prosedurları haqda tələbələrə məlumat verməkdir. Görüş Təhsil və Vergilər nazirlikləri arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində keçirilib. Memorandum vergilər sahəsində gənc və peşəkar kadrların yetişdirilməsini, ali təhsil müəssisələri ilə birgə vergi və vergi tutma sahələri üzrə vahid tədris proqramlarının tərtibini, təhsilalan və təhsilverənlərin peşəkar inkişafına müxtəlif vasitələrlə (təlim, müsabiqə, seminar və s.) mütəmadi dəstək göstərilməsini, Vergilər Nazirliyi əməkdaşlarının ali təhsil müəssisələrində akademik fəaliyyətə cəlb olunması və digər nazirliklərarası əməkdaşlıq məsələlərini əhatə edir.
01/05/2018 16:23
Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib
Mayın 1-də Bakı Dövlət Universitetində görkəmli yazıçı, ədəbiyyatşünas alim və pedaqoq Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransı keçirilib. Ölkənin tanınmış dövlət və elm xadimləri, universitetin müəllim və tələbə heyətinin iştirak etdiyi plenar iclası açıq elan edən universitetin rektoru Abel Məhərrəmov böyük ziyalı Mir Cəlal Paşayevin 110 illiyinə həsr olunmuş respublika elmi-praktik konfransın əhəmiyyətindən bəhs edib. Böyük ziyalı Mir Cəlal Paşayevin zəngin irsindən, nəcib insani keyfiyyətlərindən danışan rektor universitetin yetirdiyi ictimai-siyasi, elm və mədəniyyət xadimləri ilə Azərbaycanın mövcud simasının təşəkkülünə böyük töhfələr verdiyini qeyd edib. Təhsil naziri Ceyhun Bayramov Mir Cəlal Paşayevin ölkəmizdə ədəbiyyatın, elmin, xüsusilə təhsilin inkişafındakı müstəsna xidmətlərindən danışıb. Nazir ölkəmizin hər yerində ədibin 110 illiyinə həsr olunmuş yubiley mərasimlərinin təntənə ilə qeyd edilməsini böyük sənətkarın yaradıcılığına, onun ədəbi irsinə göstərilən diqqət və qayğının təzahürü kimi dəyərləndirib. Sonra görkəmli yazıçının həyat və yaradıcılığına həsr edilmiş “Üç zirvənin fatehi” adlı film nümayiş olunub. Universitetin filologiya fakültəsinin dekanı Elçin Məmmədov “Mir Cəlal Paşayevin həyatı və yaradıcılığı” adlı məruzə ilə çıxış edib. Daha sonra millət vəkili Nizami Cəfərov, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva görkəmli yazıçının alim və müəllim kimi şəxsi keyfiyyətlərindən danışıblar. Sonda alimin ailəsi adından oğlu, “ADA” Universitetinin rektoru Hafiz Paşayev çıxış edərək atası ilə bağlı xatirələrini bölüşüb, konfransın təşkilatçılarına təşəkkürünü bildirib. Qeyd edək ki, elmi konfransın materiallar toplusunda Mir Cəlal Paşayevlə bağlı respublikanın müxtəlif elm və ali təhsil müəssisələrindən təqdim olunmuş 50-yə yaxın məqalə çap edilib.
01/05/2018 15:51
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı