Olimpiadanın final turu keçirilib
Mayın 5-də Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Respublika fənn olimpiadalarının final turu keçirilib. Bu mərhələdə 780 şagird iştirak etmək hüququ qazanıb. Şagirdlər fənlərdən asılı olaraq 2-4 saat saat ərzində sualları cavablandırıblar. Final mərhələdə şagirdlərə fənlərdən asılı olaraq 5-12 sayda açıq tipli sual təqdim edilib. İnformatika fənni üzrə olimpiadanın final turu mayın 6-da Bakı Mühəndislik Universitetində keçiriləcək. Sonda hər fəndən təxminən 30 şagird olmaqla ümumilikdə 240-250 şagird qalib elan ediləcək. Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.
05/05/2018 12:41
Olimpiadanın final turu keçiriləcək
Mayın 5-də Fizika, riyaziyyat və informatika təmayüllü liseydə Respublika fənn olimpiadalarının final turu keçiriləcək. Bu mərhələdə 780 şagird iştirak etmək hüququ qazanıb.Şagirdlər fənlərdən asılı olaraq 2-4 saat saat ərzində sualları cavablandıracaqlar. Final mərhələdə şagirdlərə fənlərdən asılı olaraq 5-12 sayda açıq tipli sual təqdim ediləcək. Sonda hər fəndən təxminən 30 şagird olmaqla ümumilikdə 240-250 şagird qalib olacaq. İnformatika fənni üzrə olimpiadanın final turu mayın 6-da Bakı Mühəndislik Universitetində keçiriləcək. Qeyd edək ki, fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. Bilik yarışında 33 mindən çox şagird iştirak edib. Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib. Bu mötəbər yarışda xüsusi istedadı və hazırlığı ilə seçilən 7-8-ci sinif şagirdlərindən də IX siniflərlə bərabər öz bilik və bacarığını nümayiş etdirən şagirdlər olub. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir. Respublika fənn olimpiadası Kapital Bankın baş sponsorluğu ilə həyata keçirilir.
04/05/2018 18:27
Akkreditasiya prosesinə dair təlimlər davam edir
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən cari tədris ilindən başlayaraq akkreditasiya prosesinə dair keçirilən təlimlər davam edir. Növbəti tədris ilində akkreditasiyası nəzərdə tutulan Dövlət Gömrük Komitəsinin Akademiyasında, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Daxili Qoşunların Ali Hərbi Məktəbində keçirilən təlimlərin məqsədi ali təhsil müəssisəsinə akkreditasiya prosesinə hazırlıq üçün dəstək göstərmək, müəssisə tərəfindən təqdim olunan özünütəhlil hesabatını təkmilləşdirmək və hesabatın tələb edilən qaydada tərtib olunmasına metodiki yardım etməkdir. Təlimlərdə ali təhsil müəssisələrinin rəhbər heyəti, inzibati heyət, eləcə də professor-müəllim heyəti iştirak edib. Təlim zamanı məktəbin özünütəhlil prosesinin effektiv təşkili, hesabatlarda qiymətləndirmə meyarlarının tam şəkildə əksi, habelə müəssisənin fəaliyyətində son beş ilin dinamik inkişafının əks olunması, müvafiq ardıcıllıqla onların hesabatda göstərilməsi qaydaları müzakirə olunub, akkreditasiya üçün qiymətləndirmə istiqamətləri ətraflı şəkildə izah edilib. Həmçinin ali təhsil müəssisəsində keyfiyyət təminatı sisteminin qurulması, müəllimlərin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, təlimdə yeni metodların tətbiqi kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Təlim iştirakçıları ali təhsil müəssisələrinin inkişafının dəstəklənməsi üçün bu təlimlərin faydalı olduğunu qeyd edib, keyfiyyətin təminatı sisteminin təkmilləşdirilməsi üçün onların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
04/05/2018 18:17
Akkreditasiya prosesinə dair təlimlər davam edir
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən cari tədris ilindən başlayaraq akkreditasiya prosesinə dair keçirilən təlimlər davam edir. Növbəti tədris ilində akkreditasiyası nəzərdə tutulan Gömrük Komitəsinin Akademiyasında, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Daxili Qoşunların Ali Hərbi Məktəbində keçirilən təlimlərin məqsədi ali təhsil müəssisəsinə akkreditasiya prosesinə hazırlıq üçün dəstək göstərmək, müəssisə tərəfindən təqdim olunan özünütəhlil hesabatını təkmilləşdirmək və hesabatın tələb edilən qaydada tərtib olunmasına metodiki yardım etməkdir. Təlimlərdə ali təhsil müəssisələrinin rəhbər heyəti, inzibati heyət, eləcə də professor-müəllim heyəti iştirak edib. Təlim zamanı məktəbin özünütəhlil prosesinin effektiv təşkili, hesabatlarda qiymətləndirmə meyarlarının tam şəkildə əksi, habelə müəssisənin fəaliyyətində son beş ilin dinamik inkişafının əks olunması, müvafiq ardıcıllıqla onların hesabatda göstərilməsi qaydaları müzakirə olunub, akkreditasiya üçün qiymətləndirmə istiqamətləri ətraflı şəkildə izah edilib. Həmçinin ali təhsil müəssisəsində keyfiyyət təminatı sisteminin qurulması, müəllimlərin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, təlimdə yeni metodların tətbiqi kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. Təlim iştirakçıları ali təhsil müəssisələrinin inkişafının dəstəklənməsi üçün bu təlimlərin faydalı olduğunu qeyd edib, keyfiyyətin təminatı sisteminin təkmilləşdirilməsi üçün onların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
04/05/2018 18:12
“Ən yaxşı təqdimat” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mayın 4-də Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbirdən öncə rəhbər təhsil işçiləri Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb. Heydər Əliyev Mərkəzində davam etdirilən tədbirdə Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev, millət vəkilləri, təhsil müəssisələrinin rəhbərləri, təhsil ekspertləri, müəllimlər və şagirdlər iştirak ediblər. Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyasının xor kollektivinin ifasında Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Təhsil naziri Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə dövlətimizin hərtərəfli inkişafında və dünya miqyasında tanınmasında əvəzsiz xidmətlərindən danışıb. Təhsil sahəsində səmərəli proqram və layihələr həyata keçirildiyini qeyd edən Ceyhun Bayramov Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq reallaşdırılan tədbirlərdən danışıb. Nazir Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğı göstərdiyini vurğulayıb. Təhsil sahəsində həyata keçirilən layihələr sayəsində tədris ocaqlarının maddi-texniki bazalarının daha da möhkəmləndirildiyini xatırladan Ceyhun Bayramov təhsildə qazanılan uğurları, qarşıda duran vəzifələri diqqətə çatdırıb. Nazir ümumtəhsil məktəb şagirdləri arasında keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin zəngin irsinin, genişmiqyaslı fəaliyyətinin və dövlətçilik fəlsəfəsinin gənc nəsil tərəfindən öyrənilməsi baxımından böyük əhəmiyyət daşıdığını bildirib, həmçinin müsabiqə qaliblərini qazandıqları uğur münasibəti ilə təbrik edib. Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov çıxış edərək artıq ənənə halını almış müsabiqənin gənclərin siyasi təfəkkürünün formalaşmasında, onların vətənpərvər ruhda böyümələrində müstəsna rol oynadığını bildirib. Əli Əhmədov son illərdə Azərbaycanda təhsil sahəsində çox böyük irəliləyişlər əldə edildiyini diqqətə çatdırıb, aparılan islahatların gələcəkdə ölkəmizin inkişafı üçün daha etibarlı əsasların qurulması baxımından geniş meydan açacağına əminliyini ifadə edib. Daha sonra çıxış edən Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov müsabiqənin əhəmiyyətini vurğulayıb. Müsabiqənin təşkilatçılarından olan Heydər Əliyev Fondunun fəaliyyət istiqamətlərindən danışan Anar Ələkbərov bildirib ki, fond ölkəmizin tərəqqisi və xalqımızın rifahına xidmət edən genişmiqyaslı layihələr həyata keçirərək ümummilli lider Heydər Əliyevin ideyalarını davam etdirir. Bugünkü müsabiqə Azərbaycan gəncliyinin ümummilli lider Heydər Əliyevin xalqımızın qarşısındakı misilsiz xidmətlərini, onun müəllifi olduğu dövlət quruculuğu konsepsiyasını dərindən öyrənməyə böyük maraq göstərdiyinin bariz nümunəsidir. Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ulu öndərin ölkəmizə rəhbərlik etdiyi vaxtda Azərbaycanın inkişafı və dünyada tanıdılması istiqamətində mühüm addımlar atıldığını vurğulayıb. Azərbaycan təhsilinin Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirən nazir ölkəmizdə innovasiya sahələrinin inkişafı üçün bir çox startap layihələrinə qrantlar ayrıldığını, onların da xeyli hissəsini gənclər təşkil etdiyini vurğulayıb. Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Səttar Mehbalıyev ölkəmizdə gənclərin inkişafı, intellektual səviyyələri, kadrların yetişdirilməsi, istedadlı uşaq və gənclərin aşkarlanması, onların potensialının inkişaf etdirilməsinin hər zaman diqqət mərkəzində olduğunu bildirib. Eyni zamanda ölkəmizin təhsil sisteminin qabaqcıl ölkələrin təhsil mühitinə inteqrasiya olunması üçün geniş imkanlar açıldığını, istedadlı gənclərə diqqət və qayğının artırıldığını qeyd edib. Tədbirdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin və Azərbaycan Milli Konservatoriyasının tərkibində Respublika İncəsənət Gimnaziyası şagirdlərinin ifasında musiqi əsərləri səsləndirilib. “Ən yaxşı təqdimat” müsabiqəsinin nəticələrinə əsasən, 8 nəfər I, 14 nəfər II, 18 nəfər III dərəcəli diplomla, 25 nəfər isə tərifnamə ilə təltif olunub. Müsabiqə qaliblərinə, həmçinin qiymətli hədiyyələr təqdim edilib. Ümumi təhsil müəssisələrinin IX-XI sinif şagirdləri arasında keçirilən müsabiqə Təhsil Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi tərəfindən təşkil olunub.
04/05/2018 16:18
Yunan-Roma güləşi və boks idman növləri üzrə respublika yarışları başa çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin 13-15 yaşlı oğlanlar arasında Yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda 22 komandadan 311 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb. Komanda hesabında I yerə “Təhsil” RİM-nin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi, II yerə “Təhsil” RİM-nin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi, III yerə “Təhsil” RİM-nin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi layiq görülüb. Daha bir yarış 13-14 yaşlı yeniyetmə boksçular arasında keçirilib. Şağan Olimpiya İdman Kompleksində təşkil olunan “Təhsil” Respublika İdman Mərkəzinin kuboku yarışına Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərinin, “Neftçi”, “Qarabağ”, “Zenit”, “Rabitə” idman klublarının komandaları qatılıb. 19 çəki dərəcəsi üzrə 210 idmançının mübarizə apardığı yarışda komanda hesabında I yeri “Təhsil” RİM-nin 1 nömrəli RİOEUGM, II yeri Sumqayıt şəhər 1 nömrəli UGİŞM, III yeri Gəncə şəhər 1 nömrəli UGİŞM tutub. Qaliblər kubok və diplomlarla təltif edilib. Qeyd edək ki, yarışların keçirilməsində məqsəd müvafiq idman növləri üzrə mərkəzin yığma komandalarını formalaşdırmaq, idmançıların dostluq əlaqələrini yaratmaq, uşaq və yeniyetmələr arasında idman növlərini təbliğ etməkdən ibarətdir.
04/05/2018 09:59
Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert
Mayın 3-də Azərbaycan Dövlət Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə ümumtəhsil və orta ixtisas təhsili müəssisələrinin şagird və tələbələri arasında gənc ifaçıların III respublika müsabiqəsinin yekun konserti keçirilib. Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Təhsil nazirinin müavini Firudin Qurbanov tədbirdə çıxış edərək müstəqil Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan ulu öndər Heydər Əliyevin daim gənclərə və uşaqlara böyük diqqətlə yanaşdığını, mədəniyyət və incəsənət xadimlərinə xüsusi qayğı göstərdiyini vurğulayıb. Nazir müavini ümummili liderin əsasını qoyduğu təhsil siyasətinin bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Çıxışının sonunda Firudin Qurbanov qalibləri təbrik edib, onlara uğurlar arzulayıb və ölkəmizi dünyada layiqincə təmsil etməyi tövsiyə edib. Tədbir konsert proqramı ilə davam edib, Qara Qarayev adına Dövlət Kamera Orkestri və müsabiqənin laureatları çıxış ediblər. Müsabiqənin keçirilməsində məqsədi şagird və tələbələr arasında ümummilli lider Heydər Əliyev irsini təbliğ etmək, istedadlı, yaradıcı gəncləri üzə çıxarmaqdır. Müxtəlif nominasiyalar (fortepiano, tar, kamança, xanəndə, qanun, balaban, vokal, simli və nəfəs alətləri) və yaş kateqoriyaları üzrə iki mərhələdə keçirilən müsabiqəyə respublika üzrə 572 nəfər iştirakçı sənəd təqdim edib ki, onlardan 215 iştirakçı I,119 iştirakçı isə II mərhələyə seçilib. 124 nəfər ifaçı laureat və diplomant adına layiq görülüb. Qeyd edək ki, müsabiqə çərçivəsində Musiqi Mədəniyyəti Muzeyində şagird və ifaçıların Heydər Əliyevin 95 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” adlı ilk elmi-praktik konfransı da keçirilib.
04/05/2018 09:32
“British Council” təşkilatının nümayəndələri ilə Peşə Təhsili üzrə Dövlət Agentliyində görüş
Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyində “British Council” təşkilatının nümayəndələri ilə görüş keçirilib. Görüşdə “British Council” təşkilatının Azərbaycan üzrə direktoru Elizabet Vayt peşə təhsilinin inkişafı istiqamətində həyata keçirilən birgə layihələr və onların uğurlu nəticələrindən bəhs edib, iki qurum arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayaraq bu əlaqələrin gələcək inkişaf perspektivlərini diqqətə çatdırıb. “British Council Azərbaycan”, Təhsil Nazirliyi və turizm-xidmət sektorunun işəgötürənləri ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən “Turizm-xidmət sahəsi üzrə kadrların təkmilləşdirilməsi və iş yerində təcrübə proqramı” layihəsi və BP şirkətinin maliyyə dəstəyi ilə həyata keçirilən “Kənd təsərrüfatı sahəsində peşə təhsili üçün yeni ixtisasların yaradılması” layihəsi çərçivəsində görülən işlər barədə məlumat verilib. Nəzərə çatdırılıb ki, turizm və xidmət sektoru üzrə təhsil almış 60 nəfər məzunun əksəriyyəti artıq işlə təmin olunduğundan növbəti tədris ilində layihəyə əlavə olaraq 180 nəfərin cəlb edilməsi planlaşdırılır. Peşə Təhsili üzrə Dövlət Agentliyin direktoru Famil Mustafayev “British Council” və agentlik arasında müxtəlif tədris və təhsil layihələri çərçivəsində həyata keçirilən əməkdaşlıqdan məmnunluğunu bildirib, bu əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib. Görüşdə, həmçinin ikitərəfli əməkdaşlığın gələcək imkanları və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
03/05/2018 15:51
Naxçıvanda peşə təhsili və təlimi üzrə seminar keçirilib
“Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasında “Peşə təhsili və təliminin və bacarıqlarının inkişafının gələcəyi: iqtisadi inkişafın və rəqabətədavamlılığın gücləndirilməsi üçün təcrübələrin paylaşılması” mövzusunda seminar keçirilib. Tədbirdə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, səfir Kestutis Yankauskas, Avropa Təlim Fondunun Əməliyyatlar şöbəsinin müdiri Anastasia Fetsi, Avropa Təlim Fondunun Azərbaycan üzrə səlahiyyətli nümayəndəsi Marqareta Nikolovska, Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi, Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin rəhbərliyi, habelə qeyd olunan layihənin əməkdaşları, peşə təhsili müəssisələrinin və digər qurumların təmsilçiləri iştirak edib. Seminarda “Azərbaycanda peşə təhsili və təlimi üzrə Strateji Yol Xəritəsi” və ”Azərbaycanda Peşə Təhsili və Təliminin İnkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsi çərçivəsində cari və həyata keçirilməsi nəzərdə tutulan fəaliyyət və layihələr, peşə təhsili və təlimi üzrə ən yaxşı Aİ təcrübələri, Naxçıvan MR-də peşə təhsili və təlimi sahəsində görülən işlər barədə iştirakçılara məlumat verilib. Tədbirin sonunda iştirakçıların Naxçıvan MR-də yerləşən peşə təhsili müəssisəsinə səfəri təşkil olunub. Seminar Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, Avropa Təlim Fondu və Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilib.
03/05/2018 12:02
Aprel ayında Təhsil Nazirliyinin Vətəndaşlarla iş bölməsinə 10 185 müraciət daxil olub
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində 2018-ci ilin aprel ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb. Qeyd olunan müddət ərzində Vətəndaşlarla iş bölməsinə ümumilikdə 10 185 müraciət daxil olub. Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 7 357 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 2 828 vətəndaşa xidmət göstərilib. Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1 173 sənəd (703 məktub, 456 ərizə, 14 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb. Daxil olan müraciətlər daha çox ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya), müəllimlərin işə qəbulu, diaqnostik qiymətləndirmə və ümumtəhsil məktəblərinin 1-ci siniflərinə qəbul ilə bağlı məsələləri əhatə edib. Qeyd edək ki, Telefon Məlumat Mərkəzinə ötən ay ərzində ən çox həftənin bazar ertəsi (1 812 müraciət), cümə axşamı (1 525 müraciət) və çərşənbə axşamı (1 523 müraciət) günləri, əsasən, saat 10:00-dan 12:00-dək və 14:00-dan 16:00-dək müraciət olunub. Vətəndaşların Qəbulu Mərkəzinə isə ən çox həftənin bazar ertəsi (841 müraciət) və çərşənbə axşamı (596 müraciət) günləri, əsasən, saat 10:00-dan 13:00-dək və 14:00-dan 16:00-dək müraciət edilib.
03/05/2018 10:14
Filter
Elanlar
-
Təhsildə inkişaf və innovasiyalar üzrə X qrant müsabiqəsinin elanı
18.03.2026 - 17:41 -
Məktəblilər üçün “Səslərimiz birləşsin” adlı I Xor Festivalı başlayır - ELAN
24.02.2026 - 17:40 -
“Elm və təhsil sahəsində ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsi
10.10.2025 - 11:38 -
2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulu elan edilir
23.09.2025 - 16:47 -
“BAROKKO USTADLARI – 340” I respublika müsabiqəsi
11.08.2025 - 15:03
ASAN TV-nin Lənkəran və Cəlilabad dövlət peşə təhsil mərkəzlərindən hazırladığı videoreportajı təqdim edirik. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #ASANTV #PeşəTəhsil #İnfotur
Ətraflı✅Aprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
ƏtraflıAprelin 6-da Qazaxıstanın Almatı şəhərində yerləşən Əl-Farabi adına Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində Azərbaycan ali təhsil müəssisələrinin “Study in Azerbaijan” beynəlxalq sərgisinin açılış mərasimi olub. Sərginin açılış mərasimində Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri Sayasat Nurbek, hər iki ölkənin aparıcı universitetlərinin rektorları və təhsil mütəxəssisləri iştirak ediblər. Qeyd edək ki, sərgi 7-8 aprel tarixlərində Qazax Milli Universitetinin Farabi Hub İnnovasiya Mərkəzində davam edəcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/22941-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz
Ətraflı