Akkreditasiya prosesinə dair təlimlər davam edir
Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin Akkreditasiya şöbəsinin əməkdaşları tərəfindən cari tədris ilindən başlayaraq akkreditasiya prosesinə dair keçirilən təlimlər davam edir.
Növbəti tədris ilində akkreditasiyası nəzərdə tutulan Dövlət Gömrük Komitəsinin Akademiyasında, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında və Daxili Qoşunların Ali Hərbi Məktəbində keçirilən təlimlərin məqsədi ali təhsil müəssisəsinə akkreditasiya prosesinə hazırlıq üçün dəstək göstərmək, müəssisə tərəfindən təqdim olunan özünütəhlil hesabatını təkmilləşdirmək və hesabatın tələb edilən qaydada tərtib olunmasına metodiki yardım etməkdir.
Təlimlərdə ali təhsil müəssisələrinin rəhbər heyəti, inzibati heyət, eləcə də professor-müəllim heyəti iştirak edib. Təlim zamanı məktəbin özünütəhlil prosesinin effektiv təşkili, hesabatlarda qiymətləndirmə meyarlarının tam şəkildə əksi, habelə müəssisənin fəaliyyətində son beş ilin dinamik inkişafının əks olunması, müvafiq ardıcıllıqla onların hesabatda göstərilməsi qaydaları müzakirə olunub, akkreditasiya üçün qiymətləndirmə istiqamətləri ətraflı şəkildə izah edilib. Həmçinin ali təhsil müəssisəsində keyfiyyət təminatı sisteminin qurulması, müəllimlərin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması, təlimdə yeni metodların tətbiqi kimi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Təlim iştirakçıları ali təhsil müəssisələrinin inkişafının dəstəklənməsi üçün bu təlimlərin faydalı olduğunu qeyd edib, keyfiyyətin təminatı sisteminin təkmilləşdirilməsi üçün onların davam etdirilməsinin vacibliyini vurğulayıblar.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
