Yunan-Roma güləşi və boks idman növləri üzrə respublika yarışları başa çatıb
“Təhsil” Respublika İdman Mərkəzinin 13-15 yaşlı oğlanlar arasında Yunan-Roma güləşi üzrə respublika birinciliyi keçirilib. Xaçmaz Olimpiya İdman Kompleksində keçirilən yarışda 22 komandadan 311 idmançı 10 çəki dərəcəsi üzrə mübarizə aparıb.
Komanda hesabında I yerə “Təhsil” RİM-nin Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi, II yerə “Təhsil” RİM-nin Gəncə şəhər 1 nömrəli Uşaq-Gənclər İdman Şahmat Məktəbi, III yerə “Təhsil” RİM-nin 2 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbi layiq görülüb.
Daha bir yarış 13-14 yaşlı yeniyetmə boksçular arasında keçirilib. Şağan Olimpiya İdman Kompleksində təşkil olunan “Təhsil” Respublika İdman Mərkəzinin kuboku yarışına Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən uşaq-gənclər idman şahmat məktəblərinin, “Neftçi”, “Qarabağ”, “Zenit”, “Rabitə” idman klublarının komandaları qatılıb.
19 çəki dərəcəsi üzrə 210 idmançının mübarizə apardığı yarışda komanda hesabında I yeri “Təhsil” RİM-nin 1 nömrəli RİOEUGM, II yeri Sumqayıt şəhər 1 nömrəli UGİŞM, III yeri Gəncə şəhər 1 nömrəli UGİŞM tutub.
Qaliblər kubok və diplomlarla təltif edilib.
Qeyd edək ki, yarışların keçirilməsində məqsəd müvafiq idman növləri üzrə mərkəzin yığma komandalarını formalaşdırmaq, idmançıların dostluq əlaqələrini yaratmaq, uşaq və yeniyetmələr arasında idman növlərini təbliğ etməkdən ibarətdir.
7 il əvvəl
Digər xəbərlər
-
Füzuli şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasının açılışı olub
24.04.2026 - 17:00 -
Nazir müavini Həsən Həsənli Şamaxıda müəllim və valideynlərlə görüşüb
24.04.2026 - 16:00 -
Aparat rəhbəri Tərtərdə təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olub
24.04.2026 - 15:00 -
Qarabağ regionu üzrə təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlim keçirilib
24.04.2026 - 14:00 -
Elm və təhsil naziri “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
24.04.2026 - 11:00
