“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İnformasiya Texnologiyaları İnstitutunda görüş keçirilib
1 il əvvəl
Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) görüş keçirilib. Görüşdə institutun rəhbərliyi və inzibati heyəti də iştirak edib.
Görüşün əsas məqsədi informasiya texnologiyaları sahəsində fəaliyyət göstərən elmi müəssisə ilə tanışlıq, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarının müzakirəsi və qarşılıqlı təcrübə mübadiləsinin təşviqi olub.
Görüş zamanı müəssisənin innovasiya və rəqəmsal texnologiyalar üzrə prioritet istiqamətləri, həmçinin elm və təhsil müəssisələri ilə əməkdaşlıq imkanları barədə məlumat verilib, fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində nazirliyin əməkdaşları binanın tarixi, ümumi infrastrukturu və əsas fəaliyyət istiqamətləri, texnoloji avadanlıqlarla və əməkdaşların iş şəraiti ilə tanış olublar.
Görüş iştirakçıları sözügedən layihə çərçivəsində keçirilən bu formatlı görüşlərin qarşılıqlı əməkdaşlığa və texnologiya yönümlü potensialın birgə inkişafına töhfə verəcəyini vurğulayıblar.
Digər xəbərlər
-
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
07.11.2026 - 11:24 -
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
07.11.2026 - 11:00 -
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
07.11.2026 - 09:52 -
Nazir müavini İdris İsayev İƏT Təhsil İnstitutunun Himayəçilər Şurasının 5-ci iclasında iştirak edib
06.11.2026 - 18:32 -
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50
