Məktəblilərimiz Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında uğur qazanıblar
22–28 iyun tarixlərində Sinqapurda keçirilən Beynəlxalq Kibertəhlükəsizlik Olimpiadasında Azərbaycanı təmsil edən məktəblilərimiz yüksək nəticə əldə ediblər. Komandamız yarışda 2 gümüş və 1 bürünc medal qazanaraq beynəlxalq olimpiadada uğurla çıxış edib.
Belə ki, Ağdaş rayonu Ləki qəsəbə 6 nömrəli tam orta məktəbin X sinif şagirdi Abdulla Abdullazadə, Mingəçevir şəhəri Ruslan Muradov adına Texniki və humanitar fənlər liseyinin X sinif şagirdi Sumuraz Mirzəyev gümüş medal, Lənkəran rayonu Bilal Əliyev adına Xolmili kənd tam orta məktəbin XI sinif şagirdi Əliyyəkbər Şirinli isə bürünc medal qazanıblar.
Yarışda ümumilikdə 28 ölkədən 136 şagird iştirak edib.
Qeyd edək ki, olimpiada Beynəlxalq İnformatika Olimpiadasının Təşkilat Komitəsi tərəfindən cari tədris ilində ilk dəfə olaraq keçirilib. Seçim mərhələləri isə yerli və xarici mütəxəssislərin iştirakı ilə 2 tur şəklində təşkil olunub.
Şagirdlərimizi qazandıqları uğur münasibətilə təbrik edir, onlara gələcək müsabiqələrdə daha böyük nailiyyətlər arzulayırıq.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
