Məktəblilərimizin beynəlxalq olimpiadada növbəti uğuru
24-29 iyun tarixlərində Şimali Makedoniyanın Struqa şəhərində Yeniyetmələrin 29-cu Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2025) milli komandamız uğurla çıxış edib.
Belə ki, Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin IX sinif şagirdi Fərhad İskəndər qızıl medal, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin IX sinif şagirdləri Hüseyn Zeynalov və Fərrux Burzu gümüş medal, Şəki şəhəri Kimya-biologiya təmayüllü liseyin IX sinif şagirdi Turan Musayev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi Murad Səfərli bürünc medal qazanıblar. Ümumilikdə, 1 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 5 medal qazanılıb.
Qeyd edək ki, qızıl medal qazanan şagirdimiz Fərhad İsgəndər olimpiadada təqdim edilən bütün tapşırıqları həll edərək mümkün 40 baldan maksimum nəticə, yəni 40 bal toplayaraq olimpiadanın “First of first” (“Birincilərin birincisi”) nominasiyasına layiq görülüb.
Şagirdlərimizi təbrik edir, onlara uğurlar arzulayırıq.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
