Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq yarışa və ümumrespublika birinciliyinə yekun vurulub

İyunun 29-da Qəbələ şəhərində Fövqəladə Hallar Nazirliyinin (FHN) təşkilatçılığı, FHN işçilərinin həmkarlar ittifaqının, Təhsil, Gənclər və İdman nazirliklərinin, rayon icra hakimiyyətinin dəstəyi ilə keçirilən “Gənc xilasedici” VII Beynəlxalq yarışına və “Gənc xilasedici və yanğınsöndürən” VIII Ümumrespublika birinciliyinə yekun vurulub. Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Təhsil nazirinin müavini Firudin Qurbanov və rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev öncə yarışın keçirildiyi ərazidə komandaların üzvləri ilə görüşərək onların sıra hazırlığı, geyimi, fiziki və taktiki hazırlığı ilə tanış olub, xilasedici və yanğından mühafizə komandalarının fövqəladə hallara hazırlıq vəziyyəti, onların təlimləri, müxtəlif texnikalardan istifadə etmək bacarıqları ilə maraqlanıblar. Heydər Əliyev Konqres Mərkəzində təşkil olunan mükafatlandırma mərasimində Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, yarışlar haqqında FHN-in hazırladığı videoçarx nümayiş etdirilib. Qeyd edək ki, bu il ümumrespublika yarışlarında finala vəsiqə alan 12 komanda – Quba, Salyan, Ucar, Lənkəran, Daşkəsən, Şuşa, Şamaxı, Sumqayıt və Bakı şəhəri “Zəngi” liseyi, 220 və 31 nömrəli tam orta məktəblərin, Sağlamlıq imkanları məhdud uşaqlar üçün 2 nömrəli respublika xüsusi internat məktəbinin komandası iştirak edib. “Gənc xilasedici” VII Beynəlxalq yarışında isə Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Pakistan, Qətər, Gürcüstan, Rumıniya, Ukrayna, Serbiya, Bolqarıstan komandaları mübarizə aparıblar. Yarışlarda komandalar “Maneələr zolağı”, “Kombinə edilmiş yanğın estafeti”, “Axtarış-xilasetmə işi”, “Komandaların təqdimatı” və “Divar qəzeti” mərhələlərində güclərini sınayıblar. Beynəlxalq yarışda birinci yeri Azərbaycan, ikinci yeri Belarus, üçüncü yeri isə Gürcüstan komandaları tutub. Ümumrespublika birinciliyində isə birinci yerə Sumqayıt şəhər 43 nömrəli məktəbin komandası, ikinci yerə Şamaxı, üçüncü yerə isə Ucar rayonunun komandaları layiq görülüb. Habelə Bakı şəhəri 2 nömrəli Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbinin komandası da təltif olunub. Bədii hissə ilə davam edən tədbirdə qaliblərə kubok, diplom, fəxri fərman və qiymətli hədiyyələr, digər iştirakçılara isə fəxri fərman və xatirə hədiyyələri təqdim edilib. AZƏRTAC

Bu il Bakı Dövlət Universitetini beş minə yaxın tələbə bitirir

İyunun 29-da “Baku Crystal Hall”da Bakı Dövlət Universitetinin (BDU) 2018-2019-cu tədris ilinin məzunları ilə təntənəli görüş olub. Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Müvafiq qurumların nümayəndələrinin, alimlərin, müəllim və tələbələrin iştirak etdikləri görüşdə Təhsil naziri Ceyhun Bayramov çıxış edərək ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, dahi rəhbərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Nazir Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamının əhəmiyyətindən danışıb. Müasir dünyada elmin, təhsilin mühüm rolundan bəhs edən nazir BDU-nun bu sahənin inkişafında müstəsna xidmətlərini vurğulayıb. Ceyhun Bayramov ümummilli lider Heydər Əliyevin Bakı Dövlət Universitetinin məzunu olduğunu böyük qürur hissi ilə xatırladıb. BDU-nun inkişaf mərhələləri ilə bağlı fikirlərini qeyd edən nazir bu il universiteti 5 minə yaxın tələbənin bitirdiyini deyib. Universitetin rektoru Elçin Babayev BDU-da təhsilin inkişafı üçün həyata keçirilən tədbirlərdən, qazanılan uğurlardan danışıb. Məzunların doğma universitetin adını daim uca tutacaqlarına, ölkəmizin tərəqqisinə öz töhfələrini verəcəklərinə əminliyini bildirən rektor onları təbrik edib, uğurlar arzulayıb. AMEA-nın müxbir üzvü Təhsin Mütəllimov ölkəmizdə təhsilə xüsusi əhəmiyyət verildiyini vurğulayıb, məzunlara tövsiyələrini verib. BDU-nun 18 yaşlı magistrantı Turanə Tağıyeva və çıxış edən məzunlar gənclərin təhsilinə göstərilən diqqətə görə Azərbaycan Prezidentinə minnətdarlıqlarını bildiriblər. Təhsildə yüksək nəticələr əldə edən tələbələrə fərqlənmə diplomları verilib. Sonra maraqlı konsert proqramı təqdim edilib. AZƏRTAC  

"CanSat Azərbaycan 2019" müsabiqəsinin final mərhələsi

Təhsil Nazirliyi və "Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilib. Müsabiqədə iştirak üçün ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib. Final mərhələsinə müsabiqənin "İlkin Hesabat Sənədi"nin təqdim olunması və "Layihələndirmə" mərhələlərini uğurla bitirən 11 universitetdən 13 komanda vəsiqə qazanıb. Builki müsabiqədə Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti də iştirak edib. Komandalar əsasən, mexanika və kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və digər texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət olub. Final mərhələsinin ikinci günündə komandalar “Peyk modellərinin uçuş sonrası hesabatı”nın təqdim olunması mərhələsində yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Final mərhələsinin ikinci günü sabah baş tutacaq. “CanSat Azərbaycan” müsabiqəsi müddətində iştirak edən tələbələr aerodinamika, elektronika, mexanika və kosmik sferanın digər mühəndislik sahələrində əldə etdikləri bilikləri birbaşa praktiki məsələlərin həllinə tətbiq etmək bacarıqlarını əldə ediblər.

Məktəblimiz Avropa çempionatının qalibi olub

Azərbaycanlı şagird Polşanın Varşava şəhərində keçirilən cüdo idman növü üzrə Avropa çempionatında uğurla iştirak edib. Çempionatda 39 ölkədən 434 cüdoçu mübarizə aparıb. Yarışda Bakı şəhəri 1 nömrəli İdman liseyinin cüdoçusu Turan Bayramov  60 kq çəki dərəcəsində Litva, Portuqaliya, Rusiya və Ukrayna idmançılarını məğlub edərək final mərhələsinə vəsiqə əldə edib. Daha sonra idmançımız final mərhələsində Türkiyə təmsilçisinə qalib gələrək Avropa çempionu adını qazanıb.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə davam edir

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin şərtləri nələrdir? Bu günədək müəllim olmaq istəyən neçə namizədin elektron ərizəsi təsdiqlənib? “Təhsil” televiziyasının “Təməl” verilişinin budəfəki buraxılışında mövzu ilə bağlı bu və digər suallar müzakirə edilir. Verilişin qonağı Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadədir.  

Təhsil naziri Şəkidə vətəndaşları qəbul edib

İyunun 28-də Təhsil naziri Ceyhun Bayramov Şəki şəhərindəki Heydər Əliyev Mərkəzində Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul edib. Qəbuldan əvvəl Təhsil naziri Ceyhun Bayramov və Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir vətəndaşların müraciət, şikayət və təkliflərini diqqətlə dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində konkret tapşırıqlar verib. Qəbulda vətəndaşların müraciətləri əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və digər məsələlərlə bağlı olub. Qəbuldan sonra Təhsil naziri Ceyhun Bayramov Şəki şəhər  11 nömrəli tam orta məktəbin yeni binasının tikinti işləri ilə tanış olub. Bildirilib ki, yeni tədris binası 960 şagird yerlikdir, təhsil müəssisəsinin növbəti tədris ilindən istifadəyə verilməsi nəzərdə tutulur. Daha sonra Ceyhun Bayramov İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin yeni binasının tikintisi ilə tanış olub. Bildirilib ki, köhnə tədris binası 1987-ci ildən fəaliyyət göstərir. Hazırda tikilən yeni bina 434 şagird yerlikdir və növbəti tədris ilindən istifadəyə verilməsi gözlənilir.

Müəllim olmaq istəyənlər üçün elektron sənəd qəbulu davam edir

İyunun 24-dən start verilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak üçün 29 mindən çox namizəd elektron qeydiyyatdan keçib, onlardan 26 mindən çox namizəd isə elektron ərizəsini təsdiqləyib. Müsabiqəyə elektron sənəd qəbulu iyulun 3-də başa çatacaq. Namizədlər elektron qeydiyyatdan keçərkən ərizələrində müsabiqədə iştirak növünü qeyd etməlidirlər. Belə ki, ötənilki müsabiqəyə qatılmış şəxslər həmin nəticələri ilə  birbaşa vakansiya seçimində və ya bu il yenidən müsabiqənin test imtahanı mərhələsində iştirak edə bilərlər. Həmçinin  ümumi təhsil müəssisələrində ixtisası üzrə fasiləsiz olaraq 10 il müddətsiz müqavilə ilə müəllimlik fəaliyyəti göstərmiş və 3 ildən az müddətə işdən ayrılmış, bilik və bacarıqların diaqnostik qiymətləndirilməsində iştirak etmiş şəxslər qiymətləndirmə nəticələrinə uyğun olaraq müsabiqənin birbaşa vakansiya seçimi mərhələsində iştirak etmək hüququna malikdirlər. Elektron ərizəsi yoxlanılaraq qəbul edilmiş namizədlər test imtahanı mərhələsində iştirak hüququ qazanacaq. İmtahanların iyulun 8-dən etibarən Azərbaycan Texniki Universitetinin İdman zalında keçirilməsi nəzərdə tutulub.

“Bizim müəllim”

“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Yevlax rayonunun gənc müəllimlərindən olan Nuranə Təyyarlıya həsr olunub. Nuranə Təyyarlı 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 57 bal toplayıb. Hazırda Yevlax rayonu Aran qəsəbə 2 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyir. Şagirdkən coğrafiya fənnini sevgi ilə mənimsəməyə çalışdığını deyən Nuranə müəllim bildirir ki, elə indi də öyrədə - öyrədə çox şey öyrənir. Nuranə Təyyarlı düşünür ki, əsas məsələ şagirdin məktəbdən nə isə öyrənərək evə qayıtmasıdır.   Layihə ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.

Azərbaycan Dövlət Pedaqoji və Corc Vaşinqton universitetləri arasında bəyannamə imzalanıb

Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı məktəbinin nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub. Görüş zamanı qonaqlara universitet haqqında məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib. Xüsusən ikili diplom layihəsinin başlanması ilə əlaqədar görüləcək işlər, bu layihənin təhsilimizə verəcəyi töhfələr, mövcud kadr potensialı və digər imkanlar haqqında fikir mübadiləsi aparılıb. Sonra universitetlərarası bəyannamə imzalanıb. Sənədi ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Corc Vaşinqton Universitetinin dekanı Maykl Föyer imzalayıblar. Tərəflər ikili diplom proqramının təşkili üzrə danışıqları davam etdirmək qərarına gəliblər. Sonda tələbə və müəllimlərlə görüş keçirilib. Görüşdə Corc Vaşinqton Universiteti, eləcə də tələbələr üçün planlaşdırılan proqram üzrə yaradılacaq imkanlar haqqında məlumat verilib və suallar cavablandırılıb.

Təhsil naziri Şəkidə vətəndaşları qəbul edir

Təhsil naziri Ceyhun Bayramov Şəki şəhərindəki Heydər Əliyev Muzeyində Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.

15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı
13/06/2026

Şağan və Mərdəkanda "Son zəng" tədbiri

Ətraflı