Azərbaycan Dövlət Pedaqoji və Corc Vaşinqton universitetləri arasında bəyannamə imzalanıb
Corc Vaşinqton Universitetinin Təhsil və insan inkişafı məktəbinin nümayəndə heyəti Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) olub.
Görüş zamanı qonaqlara universitet haqqında məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib. Xüsusən ikili diplom layihəsinin başlanması ilə əlaqədar görüləcək işlər, bu layihənin təhsilimizə verəcəyi töhfələr, mövcud kadr potensialı və digər imkanlar haqqında fikir mübadiləsi aparılıb.
Sonra universitetlərarası bəyannamə imzalanıb. Sənədi ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Corc Vaşinqton Universitetinin dekanı Maykl Föyer imzalayıblar.
Tərəflər ikili diplom proqramının təşkili üzrə danışıqları davam etdirmək qərarına gəliblər.
Sonda tələbə və müəllimlərlə görüş keçirilib. Görüşdə Corc Vaşinqton Universiteti, eləcə də tələbələr üçün planlaşdırılan proqram üzrə yaradılacaq imkanlar haqqında məlumat verilib və suallar cavablandırılıb.
6 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
