Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Təhsil naziri Şəkidə vətəndaşları qəbul edir

Təhsil naziri Ceyhun Bayramov Şəki şəhərindəki Heydər Əliyev Muzeyində Şəki, Oğuz və Qəbələ rayon sakinlərini qəbul edir. Qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edirlər. Qəbul mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq həyata keçirilir.

“Xəyal et” İKT yay düşərgəsinin bağlanış mərasimi

İyunun 27-də ADA Universitetində “Xəyal et” qızlar üçün İKT yay düşərgəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Təhsil və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirliklərinin nümayəndələri, digər tərəfdaş qurumların təmsilçiləri, informasiya texnologiyaları üzrə mütəxəssislər və digər rəsmi şəxslər iştirak ediblər.   Təhsil Nazirliyinin sektor müdiri, layihə rəhbəri Ayla Həsənova yeniyetmələrin informasiya-kommunikasiya texnologiyaları sahəsindəki bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlər barədə danışıb. Layihə rəhbəri qeyd edib ki, düşərgə müddətində məktəbli qızlar kodlaşdırma, müxtəlif proqramlaşdırma dilləri üzrə gündəlik təlimlərdə, ixtisas seçimi ilə əlaqədar test və sorğularda, robototexnika və modelləşdirmə üzrə ustad dərsləri, idman və mədəni tədbirlərdə iştirak edib. Ayla Həsənova layihənin nəticələrini diqqətə çatdıraraq bildirib ki, görülən işlər sayəsində məktəbli qızlar arasında informasiya texnologiyaları sahəsinə maraq daha da artacaq, İKT sektorunda qadınların mövqelǝri güclǝndiriləcək. Sektor müdiri gələcəkdə layihənin 1000 nəfəri əhatə edəcəyinə ümidvar olduğunu bildirib. Daha sonra Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin müdiri Fuad Qarayev layihənin əhəmiyyətini qeyd edib. Fuad Qarayev İKT sahəsində dövlət səviyyəsində mühüm layihələr həyata keçirildiyini deyib və bu il Azərbaycanın informatika fənni üzrə beynəlxalq olimpiadaya evsahibliyi edəcəyini diqqətə çatdırıb. Sonra çıxış edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri Rəşad Əzizov İKT biliklərinə yiyələnməyin bütün sahələrdə vacibliyini bildirib və layihənin gələcək illərdə daha uğurlu olmasını diləyib. Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunub. Layihə YUNESKO-nun maliyyə dəstəyi, Təhsil Nazirliyinin təşkilatçılığı, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, ADA Universiteti, “Mars Academy” və "Sağlam Düşüncə" Gənclər Təşkilatının tərəfdaşlığı ilə təşkil olunub. Layihənin əsas məqsədi məktəbli qızların İnformasiya-kommunikasiya texnologiyaları sahəsinə marağının artırılması və onların gələcək karyera seçimi zamanı aidiyyəti sahələr üzrə ixtisaslara yönəlməsinə dəstək olmaqdır. Layihədə respublikanın ucqar bölgələrindən seçilmiş 7-8-ci sinif şagirdləri olan məktəbli qızlar iştirak edib.

Nazir müavini Qaxda vətəndaşları qəbul edib

İyunun 27-də Təhsil nazirinin müavini Firudin Qurbanov Qax şəhərində vətəndaşları qəbul edib. Qəbuldan əvvəl nazir müavini rayonun Əlibəyli və Tasmalı kəndlərində yeni məktəb binalarının tikinti işləri ilə tanış olub. Bildirilib ki, rayonun Tasmalı kəndində 264, Əlibəyli kəndində isə 216 şagird yerlik yeni tədris binaları inşa olunur. Hər iki məktəb binasının 2019-2020-ci tədris ilində istifadəyə verilməsi nəzərdə tutulub. Nazir müavini təlim gürcü dilində olan Əlibəyli kənd tam orta məktəbinin müəllimləri ilə də görüşüb və onlarla söhbət edib. Görüşdə nazir müavini ölkə Prezidentinin rəhbərliyi ilə təhsil sahəsində aparılan islahatlar, əldə olunan nailiyyətlər barədə məlumat  verib. Firudin Qurbanov həmçinin Uşaq-Gənclər Şahmat İdman Məktəbindəki şəraitlə də tanış olub. Nazir müavini məktəbdənkənar müəssisənin nəzdində fəaliyyət göstərən qruplara cəlb olunan şagirdlər və onların müəllimləri ilə görüşüb, öz tövsiyələrini verib.  Vətəndaşların qəbulundan öncə nazir müavini Firudin Qurbanov və Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. Daha sonra Firudin Qurbanov Qax şəhərindəki Heydər Əliyev Mərkəzində Qax, Zaqatala və Balakən rayon sakinlərini qəbul edib. Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyun ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda qeyd olunan rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak ediblər. Nazir müavini vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verib. Qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və yerdəyişməsi, dərs saatlarının artırılması və digər bu kimi məsələlərlə bağlı müraciət edib.

“Kaspi” şagirdlərindən daha bir uğur

ABŞ-da hər il keçirilən "Genius" Olimpiadasında “Kaspi” liseyinin şagirdləri növbəti uğura imza atıblar. 79 ölkə və ABŞ-ın 40 əyalətindən olan 1400-dən çox şagirdin iştirakı ilə keçirilən olimpiadada "Kaspi" liseyini 6 nəfərdən ibarət 2 komanda təmsil edirdi. Olimpiadada uğurla iştirak edən X sinif şagirdləri Əzizağa Hüseynov, Əli Quluzadə  və VIII sinif şagirdi Əbülfəz Rəsulzadə qızıl medal qazanıb. Liseyin VIII sinif şagirdləri Hüseyn Nadirov, Fərhad Süleymanzdə  və IX sinif şagirdi Hüseyn Rəsulzadə  isə bürünc medala layiq görülüblər. Beləliklə, “Kaspi” liseyini təmsil edən hər iki komanda 3 qızıl, 3 bürünc olmaqla, ümumilikdə 6 medal qazanıb. Bununla da “Kaspi” liseyinin beynəlxalq olimpiadalarda qazandığı medalların sayı 100-ə çatıb. Hər il Nyu-York Dövlət Universitetinin ev sahibliyi etdiyi və Osveqo şəhərində keçirilən "Genius” olimpiadası ABŞ-ın ən böyük elm sərgisi hesab olunur. Yarış iştirakçıları beş fərqli kateqoriya olmaqla, ekologiya və ətraf mühit problemlərinin həlli istiqamətində müxtəlif layihələrlə çıxış edirlər. 

Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 2019-2020-ci tədris ili üçün Macarıstanda təhsil almaq hüququ qazanmış şəxslərin siyahısı təsdiqlənib. Azərbaycan Respublikası Təhsil Nazirliyi və Macarıstan İnsan Resursları Nazirliyi arasında təhsil sahəsində uğurlu əməkdaşlığın nəticəsi olaraq 200 nəfər Azərbaycan vətəndaşı 2019-2020-ci tədris ili üzrə Macarıstanın nüfuzlu universitetlərində təhsil almaq imkanı qazanıb. Seçim barədə Macarıstan tərəfindən verilən yekun qərar nəticəsində adıkeçən saziş üzrə  200 nəfər, o cümlədən 18 nəfər PhD (istənilən maraq dairəsində), 166 nəfər magistratura, 16 nəfər isə bakalavriat səviyyələrində təhsil almaq hüququ qazanıb. Onlar iqtisadiyyat, biznes və idarəetmə, mühəndislik, İT, texnologiyalar, turizm, təbiət elmləri və davamlı inkişaf istiqaməti üzrə təhsil alacaqlar. Təqaüdə layiq görülən tələbələr əsasən “Budapest University of Technology and Economics”, “Corvinus University of Budapest”, "University of Szeged", “Eötvös Loránd University”, “University of Debrecen” və “University of Pécs” və digərləri ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıblar. Qeyd edək ki, müvafiq təqaüd proqramı barədə 2018-ci il noyabrın 23-də elan verilib.  

Siyəzən və Qubada vətəndaşlar qəbul ediləcək

Xaçmaz, Siyəzən, Şabran və Quba, Qusar rayon sakinlərinin nəzərinə!   Təhsil naziri Ceyhun Bayramov 5 iyul 2019-cu il tarixində saat 10:00-da Siyəzən şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2019-cu ilin iyul ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Xaçmaz, Siyəzən və Şabran rayon sakinlərini qəbul edəcək. Qəbulda Xaçmaz, Siyəzən və Şabran rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva 5 iyul 2019-cu il tarixində saat 10:00-da Quba şəhərindəki Mədəniyyət Mərkəzində Quba və Qusar rayon sakinlərini qəbul edəcək. Qəbulda Quba və Qusar rayonlarında müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər. Qəbula gəlmək istəyən vətəndaşlar 27-30 iyun və 1, 2 iyul (saat 18:00-dək) 2019-cu il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.

Tbilisidə Şərq Tərəfdaşlığı ölkələrində təhsil və mədəniyyət məsələlərinə həsr olunmuş konfrans keçirilib

Tbilisidə "Şərq Tərəfdaşlığı" çərçivəsində təhsil və mədəniyyət sahələrində ümumi dəyərlərin təşviqi" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbirdə Azərbaycanın Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərliyi ilə nümayəndə heyəti, həmçinin ölkəmizin Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib. Konfransda Təhsil, Mədəniyyət, Gənclər və İdman üzrə Avropa Komissarı Tibor Navracsics, Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman naziri Mixeil Batiaşvili və başqaları çıxış edərək tədbirin əhəmiyyətindən danışıb, müasir dövrdə cəmiyyətin inkişafında təhsilin, mədəniyyətin rolunu xüsusi qeyd ediblər. Konfransda təhsil və mədəniyyətlə bağlı müasir dövrün tələbləri, təhsil sahəsində islahatların aparılması, milli mənəvi dəyərlərin təbliği, qorunması və bu kimi digər məsələlər müzakirə olunub. Azərbaycan nümayəndə heyətinin rəhbəri Firudin Qurbanov panel iclasda çıxış edərək Azərbaycanda təhsilin inkişafı, bu sahədə qəbul olunmuş dövlət proqramlarından danışıb. Nazir müavini, həmçinin Azərbaycanın multikultural ənənələrindən, ölkəmizdə milli və mədəni dəyərlərin qorunması istiqamətində görülən işlərdən bəhs edib. Azərbaycanda təhsilin infrastrukturunun yenilənməsi ilə bağlı atılan addımlar barədə məlumat verən Firudin Qurbanov bildirib ki, ölkə üzrə ümumi təhsil müəssisələrinin 70 faizdən çoxu müasir tələblərə uyğun yenidən qurulub. Ölkəmizdə gənc nəslin tərbiyəsi, təhsil sistemində tətbiq olunan yeni standartlar, multikulturalizmin tədris olunmasının verdiyi müsbət nəticələr barədə məlumatlar konfrans iştirakçıları tərəfindən yüksəl dəyərləndirilib. Müzakirələr zamanı nazir müavini Şərq Tərəfdaşlığına üzv ölkələrdə Avropa Təhsil Məkanı konsepsiyasının həyata keçirilməsi, mövcud problemlər və bu problemlərin həlli yolları ilə bağlı tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb. Konfransda digər ölkələrin nümayəndələri də çıxış edərək öz ölkələrində təhsil sahəsində mövcud olan problemlər və yeniliklər barədə məlumat veriblər.   AZƏRTAC 

Pedaqoji mühazirələr keçirilib

İyunun 25-də Bakı şəhəri 18 nömrəli tam orta məktəbdə   “Müasir dövrdə ümumi təhsilin aktual problemləri” mövzusunda pedaqoji mühazirələr keçirilib. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva pedaqoji mühazirələrin bir neçəsini dinləyib, bu mühazirələrdə çıxış edən müəllimlərə öz tövsiyələrini verib. Nazir müavini pedaqoji mühazirələrin əhəmiyyətinə toxunaraq müəllimlərin iş təcrübələrini bir-biri ilə bölüşməsinin  faydalı olacağını vurğulayıb. Məhəbbət Vəliyeva bildirib ki, pedaqoji mühazirələr 2 mərhələdə - rayon (şəhər) və ölkə mərhələləri üzrə təşkil olunub. Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 3642 mühazirə dinlənilib. Onlardan 182-si seçilərək ölkə mərhələsinə təqdim olunub. Nazir müavini qeyd edib ki, təqdim olunan mühazirələr Təhsil Nazirliyinin İşçi qrupu tərəfindən təhlil edilib və onlardan 155-i ölkə mərhələsində oxunması üçün proqrama daxil edilib.   Mühazirələrin keçirilməsində əsas məqsəd ümumi təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması ilə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, yaradıcı müəllim və məktəb rəhbərlərini aşkara çıxarmaq, qabaqcıl təcrübə nümunələrini təbliğ etmək və perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaqdan ibarətdir. Pedaqoji mühazirələr istedadlı uşaqlarla işin təşkili, məktəbəhazırlıq təhsilin inkişafı, ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işlərinin təkmilləşdirilməsi və digər bölmələr də daxil olmaqla ümumilikdə 18 bölmədən ibarətdir. Pedaqoji mühazirələrin ilk mərhələsi cari ilin mart-aprel aylarında rayon və şəhərlərdə keçirilib.

Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasının medalçıları

Azərbaycanlı şagirdlər Yeniyetmələrin 23-cü Balkan Riyaziyyat Olimpiadasında uğurla iştirak ediblər. Həmin şagirdlər haqqında məlumat təqdim olunur.

Şagird yerdəyişməsi elektronlaşdırılır

Ölkənin ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektronlaşdırılır. Bu  istiqamətdə görülən işlərlə əlaqədar 1 avqust 2019-cu il tarixinədək şagirdlərin yerdəyişməsi üzrə ərizələrin qəbulu dayandırılır. Ölkədən xaricdə təhsilini davam etdirəcək şagirdlər sənədlərini müvafiq təhsili idarəetmə orqanlarından və ümumi təhsil müəssisələrindən istənilən vaxt ala bilərlər.

16/06/2026

Hörmətli vətəndaşlar! Hər birinizi “Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər” barədə anket sorğusunda aktiv iştiraka dəvət edirik. ? Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğuya keçid: https://anket.edu.az/user/318 #ElmVəTəhsilNazirliyi #EduGovAz #EduAz #Sorğu

Ətraflı
15/06/2026

Milli iradənin zəfərini təcəssüm etdirən Milli Qurtuluş Günü münasibətilə Azərbaycan xalqını təbrik edirik. #15İyun #QurtuluşGünü #Azərbaycan

Ətraflı
13/06/2026

Sumqayıt şəhər Texniki və Təbiət Elmləri Liseyində "Son zəng" #TəhsilTV #SonZəng

Ətraflı