"CanSat Azərbaycan 2019" müsabiqəsinin final mərhələsi
Təhsil Nazirliyi və "Azərkosmos" ASC-nin birgə təşkilatçılığı ilə “CanSat Azərbaycan 2019” model peyk müsabiqəsinin final mərhələsi keçirilib.
Müsabiqədə iştirak üçün ölkənin 15 universitetindən 38 komanda qeydiyyatdan keçib. Final mərhələsinə müsabiqənin "İlkin Hesabat Sənədi"nin təqdim olunması və "Layihələndirmə" mərhələlərini uğurla bitirən 11 universitetdən 13 komanda vəsiqə qazanıb.
Builki müsabiqədə Sumqayıt Dövlət Universiteti və Azərbaycan Texnologiya Universiteti də iştirak edib. Komandalar əsasən, mexanika və kompüter mühəndisliyi, aerodinamika, proseslərin avtomatlaşdırılması, riyaziyyat, fizika və digər texniki ixtisaslar üzrə təhsil alan tələbələrdən ibarət olub.
Final mərhələsinin ikinci günündə komandalar “Peyk modellərinin uçuş sonrası hesabatı”nın təqdim olunması mərhələsində yerli və beynəlxalq üzvlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Final mərhələsinin ikinci günü sabah baş tutacaq.
“CanSat Azərbaycan” müsabiqəsi müddətində iştirak edən tələbələr aerodinamika, elektronika, mexanika və kosmik sferanın digər mühəndislik sahələrində əldə etdikləri bilikləri birbaşa praktiki məsələlərin həllinə tətbiq etmək bacarıqlarını əldə ediblər.
6 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00 -
Cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində keyfiyyətin yüksəldilməsi ilə bağlı görüş keçirilib
12.06.2026 - 17:40
