“Bizim müəllim”
“Bizim müəllim” layihəsinin budəfəki təqdimatı Yevlax rayonunun gənc müəllimlərindən olan Nuranə Təyyarlıya həsr olunub. Nuranə Təyyarlı 2018-ci ildə müəllimlərin işə qəbulu üzrə müsabiqədən uğurla keçərək 57 bal toplayıb. Hazırda Yevlax rayonu Aran qəsəbə 2 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi işləyir.
Şagirdkən coğrafiya fənnini sevgi ilə mənimsəməyə çalışdığını deyən Nuranə müəllim bildirir ki, elə indi də öyrədə - öyrədə çox şey öyrənir. Nuranə Təyyarlı düşünür ki, əsas məsələ şagirdin məktəbdən nə isə öyrənərək evə qayıtmasıdır.
Layihə ölkəmizin bütün bölgələrində peşəkarlığı ilə seçilən, müəllimlərin işə qəbulu üzrə müsabiqədə və diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimlərin tanıdılmasına xidmət edir.
6 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri azad Kəlbəcərin ilk məzununun "Son zəng" tədbirində iştirak edib
13.06.2026 - 17:43 -
Ümumtəhsil məktəblərində “Son zəng” tədbirləri – Fotolent
13.06.2026 - 14:00 -
Elm və təhsil naziri “Son zəng” tədbirində iştirak edib
13.06.2026 - 11:20 -
Nazir müavini İdris İsayev BDU-nun "Məzun günü" tədbirində iştirak edib
13.06.2026 - 10:00 -
Bu gün məktəblərdə “Son zəng” çalınır
13.06.2026 - 09:00
