Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycan Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilib

  Fevralın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ümumi yığıncağı keçirilib.   Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, elm və təhsil naziri Emin Əmrullayev, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev, Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, millət vəkilləri, elmi müəssisə və təşkilatların direktorları, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə 2024-cü il ərzində əldə edilmiş mühüm elmi nəticələrin müəllifləri və digər qonaqlar iştirak ediblər.   Əvvəlcə 2024-cü ilin yekunlarına həsr edilmiş elmi nailiyyətlər sərgisinə baxış olub.   Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdıraraq açılış nitqi edən AMEA-nın prezidenti İsa Həbibbəyli “Akademiyada təməl islahatlardan – İnkişaf Konsepsiyasına və Yol Xəritəsinə” mövzusunda məruzə ilə çıxış edib.   Sonra elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək elmi dərəcə ilə elmi fəaliyyət arasındakı əlaqənin ciddi şəkildə monitorinqinə başlanıldığını diqqətə çatdırıb. Bildirib ki, elmi-tədqiqat müəssisələrinin fəaliyyətinin qiymətləndirilməsi üçün Ali Attestasiya Komissiyası ilə birlikdə müəyyən addımlar atılıb.   Nazir, həmçinin fəlsəfə və elmlər doktoru proqramları üzrə həyata keçirilən elmi kadr hazırlığı prosesinin müasir tələblərə uyğun təşkili və bu sahədə təhsil formasının yenilənməsinə dair zəruri tədbirlərin görülməsinə ehtiyac olduğunu qeyd edib. Azərbaycanla bağlı tədqiqatlar aparan sosial və humanitar sahələr üzrə alimlərin stimullaşdırılmasının vacibliyini vurğulayıb. Son illərdə Azərbaycanda elm sahəsində aparılan dəyişikliklərdən, islahatlardan danışan nazir ali təhsil və elmi müəssisələr arasındakı əlaqələrə də toxunub. Nazir son illərdə müvafiq sferada aparılan islahatların, həyata keçirilən kompleks tədbirlərin nəticəsində elm və təhsilin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, elmi məhsuldarlığın yüksəldiyini, müsbət təzahürlərin müşahidə olunduğunu və ölkəmizin beynəlxalq reytinqlərdə irəlilədiyini diqqətə çatdırıb.   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova isə çıxışında fondun fəaliyyəti haqqında danışıb. AMEA-nın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun olduqca mühüm tərəfdaşlarından biri olduğunu vurğulayan Aktotı Raimkulova Akademiya ilə birgə müxtəlif konfrans və seminarların keçirildiyini söyləyib. Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkmənistan alimlərinin sıx əməkdaşlığı sayəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi və inkişafına, bundan sonra da mədəni və elmi təşəbbüslərin genişlənəcəyinə inamını bildirib, alimlərə uğurlar arzulayıb.   Daha sonra AMEA-nın akademik-katibi Arif Həşimovun “2024-cü Akademik İlin elmi hesabatı” mövzusunda məruzəsi dinlənilib.   Ardınca AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil şöbəsinin müdiri Sərxan Xavəri “AMEA-nın İnkişaf Konsepsiyası və Yol Xəritəsi layihəsi” haqqında tədbir iştirakçılarına məlumat verib.    Tədbir çərçivəsində Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti Müzəffər Şəkər və ÇXR Honq-Konq Kore Akademiyasının İdarə Heyətinin üzvü Li Leinin onlayn çıxışları təqdim olunub.   Sonda “Azərbaycan Milli Elmlər Akademiyasının 2025-2030-cu illər İnkişaf Konsepsiyası və Yol Xəritəsi”nin layihəsi və AMEA-nın Ümumi yığıncağının qərarı təsdiq olunub.

Bakıda “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib

Fevralın 20-də Bakı Dövlət Universiteti (BDU), Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qızların təhsil hüququ” mövzusunda konfrans keçirilib.   Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.   Konfransın açılışında çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev bildirib ki, hər bir cəmiyyətdə qızların və qadınların təhsilə və elmi fəaliyyətə cəlb edilməsi gender bərabərliyinin mühüm istiqamətlərindən biridir. Qızların təhsili yalnız onların gələcək həyat rifahının təmin olunması üçün deyil, həm də ailə dəyərlərinin qorunması və möhkəmlənməsi, övladlarının düzgün tərbiyə olunması, bütövlükdə isə cəmiyyətin tərəqqisi üçün həlledici rola malikdir.   Rektor qeyd edib ki, BDU-da hazırda bakalavriatura və magistratura təhsil səviyyələrində 25000-ə yaxın tələbə təhsil alır. Onlardan 16 641 nəfəri, təxminən 67, 2 %-i qızlardır.   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova çıxışında qeyd edib ki, ölkəmizdə təhsil dünyəvi və fasiləsiz xarakter daşımaqla, vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsidir. Qızların təhsil imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən mühüm layihələrdən söz açan Bahar Muradova bildirib ki, qızların təhsili həm də cəmiyyətin tərəqqisi və iqtisadi güclənməsi baxımından vacib amil olmaqla gələcəyə qoyulan sərmayə kimi dəyərləndirilməlidir. Aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində qızların ali təhsil müəssisələrinə qəbulunu təşviq etmək, onların akademik inkişafına dəstək olmaq və təhsildə gender bərabərliyini təmin etmək əsas hədəflərdən biridir.   Daha sonra çıxış edən elm və təhsil naziri Emin Əmrullayev öz növbəsində Azərbaycanda qızların təhsilinin uzunmüddətli hədəflərdən olduğunu vurğulayıb. Qeyd edib ki, qızların təhsilə əlçatanlığı və keyfiyyətli təhsil alması vacib amildir. Nazir bildirib ki, bu gün daha çox qız müxtəlif pillələrdə təhsilə cəlb olunur. Azərbaycanda 20 il əvvəllə müqayisədə bu gün üç dəfə çox gənc təhsil alır. Təhsil alanlar arasında gənc xanımların sayının artması savadlı anaların, ailələrin olması deməkdir. Təhsil Azərbaycan gənclərinin, xüsusilə qızların növbəti mərhələlərdə özünün və cəmiyyətin inkişafını şəkilləndirən amil olacaq. Beynəlxalq təhsil tədqiqatları da ali təhsil almış valideynlərin övladlarının nəticələrinin daha yüksək olduğunu göstərir. PİSA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) nəticələri də bunu təsdiqləyir. Təhsilli ailələrdə böyüyən uşaqların akademik uğurları daha yüksəkdir. Bu, təhsilin uzunmüddətli təsirini göstərən vacib faktordur. Təhsilə daha çox qız cəlb olunarsa, dünyada təxminən 3 milyona yaxın insan yoxsulluqdan qurtula bilər.    Sonra BDU və AQUPDK arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.   Sonra Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov Fond tərəfindən qızların təhsilinə dəstək istiqamətində aparılan layihələrdən söz açıb. Bildirib ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə "Hənifə Məlikova - Zərdabi adına təqaüd proqramı, “NEQSOL Holding” ilə birgə “Parla” təqaüd və inkişaf proqramı, STP Şirkətlər Qrupu ilə birgə “Zərif mühəndislər” xanımların inkişafı layihəsi və “Women in Tech” təşkilatının Azərbaycan nümayəndəliyi ilə birgə “Maya Hacıyeva adına İKT bacarıqları” təqaüd proqramları həyata keçirilib. Bu proqramlara 2600-ə yaxın müraciət edilib, ümumilikdə 336 qız təqaüd alıb. Bu cür proqramlar dövlət-özəl tərəfdaşlığı vasitəsilə davam etdiriləcək və qızlarımızın təhsilinə təşviqi işi gücləndiriləcək.    Deputat Mehriban Vəliyeva, BDU-nun Fizika fakültəsinin Maddə quruluşu kafedrasının müdiri Sacidə Əbdülvahabova, Dövlət Gömrük Akademiyasının İnformasiya texnologiyaları fakültəsinin tələbəsi, “Gənc qızların  təhsilinə dəstək” layihəsinin iştirakçısı Fidan Mehdiyeva, şəhid polkovnik-leytenant Anar Əliyevin həyat yoldaşı, “Sən tək deyilsən” layihəsi  çərçivəsində “Gələcəyə əmin addımlarla” şəhid xanımlarının təhsilinə dəstək proqramının iştirakçısı Vüsalə Əliyeva çıxışlarında ölkədə qızların təhsil almaları üçün yaradılan yüksək şərait və göstərilən qayğıdan danışıb, bunun cəmiyyətin inkişafı üçün vacib addımlardan olduğunu bildiriblər. Tədbir bədii proqramla davam edib.

Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır

25 fevral saat 15:00-dan etibarən 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi aktiv olacaq. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I – X sinifləri əhatə edəcək.   Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır.   Qeyd edək ki, 25 fevral 2025-ci il tarixindən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi aparılmayacaq. Həmçinin ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığını nəzərə alaraq IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

“Maarifçi”lər nazirlik və tabe qurumlarında əmək fəaliyyətinə başlayıblar

2-ci “Maarifçi” tələbə-məzun təcrübə proqramını uğurla başa vuran 10 iştirakçı Elm və Təhsil Nazirliyi və tabe qurumları, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində köməkçi vəzifələr üzrə əmək fəaliyyətinə başlayıb.    Qeyd edək ki, proqram Elm və Təhsil Nazirliyinin təşəbbüsü və Təhsilin İnkişafı Fondunun birgə təşkilatçılığı ilə həyata keçirilir. Proqramın təşkilində məqsəd elm və təhsil sahəsində insan resurslarının formalaşdırılması, praktiki fəaliyyətlə tələbə və məzunların sahəvi bilik, bacarıqlarının artırılması, onların təhsil sahəsində müasir yanaşmaları öyrənmələri, həmçinin təhsil islahatlarının həyata keçirilməsi prosesinə dəstək göstərməkdir.

Nazir müavini 3-cü Xəzər İqtisadi Forumunda iştirak edib

Baş nazir Əli Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibində İran İslam Respublikasına səfər edən elm və təhsil nazirinin müavini İdris İsayev fevralın 17-də Tehran şəhərində keçirilən 3-cü Xəzər İqtisadi Forumunda iştirak edib.    Forum çərçivəsində nazir müavini Xəzəryanı ölkələrin elmi və texnoloji əməkdaşlığına həsr olunmuş 6-cı tematik sessiyada çıxış edib.   Nazir müavini çıxışında müasir elmi və texnoloji inkişafın əhəmiyyətini vurğulayaraq süni intellekt, yaşıl texnologiyalar və biotexnoloji tədqiqatlar sahəsində əməkdaşlığın vacibliyinə toxunub. Həmçinin Azərbaycan Respublikasının Xəzəryanı ölkələrlə elmi-tədqiqat sahəsində əməkdaşlığı genişləndirmək niyyətində olduğunu qeyd edib, COP29 çərçivəsində Xəzər dənizinin ekoloji vəziyyətinin araşdırılmasına dair xüsusi proqramın hazırlandığını bildirib.

Prezident Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhər 1 nömrəli tam orta məktəbdə aparılan tikinti işləri ilə tanış olublar.   Dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verildi.   Ümumi tikinti sahəsi 4300 kvadratmetrdən çox olan yeni məktəb binası üç mərtəbədən ibarətdir. Təməli 2021-ci ilin mayında qoyulan məktəb 960 şagird yerlikdir. Burada kitabxana, muzey, iki yeməkxana, fənn kabinetləri ilə yanaşı, fizika, kimya, biologiya laboratoriyaları, akt və idman zalları, həmçinin 8 STEAM otağı olacaq.   Məktəbin tikintisinin 2025-ci ildə başa çatdırılması nəzərdə tutulur.   Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma prosesi çərçivəsində müasir, innovasiyalara əsaslanan təhsil ocaqlarının yaradılmasına xüsusi diqqət göstərilir. Hazırda inşası davam etdirilən Ağdam şəhər 1 nömrəli tam orta məktəb bunun daha bir nümunəsidir. Bu orta təhsil müəssisəsi Böyük Qayıdış Proqramı çərçivəsində şəhərə qayıdacaq şagirdlərin müasir standartlara uyğun təhsil almalarına xidmət edəcək.   https://president.az

Prezident Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində 1 nömrəli körpələr evi-uşaq bağçasında aparılan tikinti işləri ilə tanış olublar.   Elm və təhsil naziri Emin Əmrullayev dövlətimizin başçısına və birinci xanıma körpələr evi-uşaq bağçasında görülən işlər barədə məlumat verdi.   Qeyd edildi ki, 160 yerlik körpələr evi-uşaq bağçasının tikintisinə 2023-cü ildə başlanılıb. Zirzəmi və iki mərtəbədən ibarət binanın ümumi sahəsi 2700 kvadratmetrdən çoxdur. Burada müxtəlif otaqlar, uşaqların təlim-tərbiyəsi üçün bütün zəruri şərait yaradılacaq.   https://president.az

Vətəndaş müraciətlərinin statistikası

Fevralın 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 26 840 vətəndaş müraciəti daxil olub.   Müraciətlərin 16 740-ı çağrı mərkəzləri, 541-i sosial media, 4 515-i "WhatsApp" vasitəsilə olduğu halda, 997-si  elektron, 901-i isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 3 146 müraciət qeydə alınıb.   Müraciətlər işə qəbul, şagird yerdəyişməsi, sertifikatlaşdırma və digər məsələlərlə bağlı olub.

Nazir Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru ilə görüşüb

Fevralın 14-də elm və təhsil naziri Emin Əmrullayev Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üzrə yeni təyin olunmuş ölkə direktoru Sünniya Durrani-Camal ilə görüşüb.   Görüş çərçivəsində AİB ilə ikitərəfli əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Nazir müavini “Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər” mövzusunda elmi konfransda iştirak edib

Fevralın 13-də Bakı Slavyan Universitetində (BSU) “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib. Tədbirdə  elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, ali təhsil müəssisələrinin rektorları, tanınmış alimlər, tədqiqatçılar, eləcə də universitet rəhbərliyi və professor-müəllim heyəti iştirak edib. Əvvəlcə BSU-da yaradılan Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzi ilə tanışlıq olub. Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.   Konfransın açılışında çıxış edən BSU-nun rektoru Anar Nağıyev universitetin elmi-tədqiqat fəaliyyətində Qərbi Azərbaycan məsələsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Rektor əlavə edib ki, BSU-da Qərbi Azərbaycan irsinin araşdırılması və təbliği məqsədilə elmi tədbirlər təşkil edilir, elmi nəşrlər hazırlanır, beynəlxalq akademik əməkdaşlıq genişləndirilir. Həmçinin müvafiq fənlər tədris proqramına daxil edilib.    Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsilin pillə və səviyyələrində Qərbi Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, uzun illər Qərbi Azərbaycanın tarixi yetərincə araşdırılmayıb. Lakin son dövrlərdə bu sahədə fundamental tədqiqatlar aparılır, yeni əsərlər işıq üzü görür.    Firudin Qurbanov bildirib ki, Elm və Təhsil Nazirliyində Qərbi Azərbaycanla bağlı xüsusi işçi qrup yaradılıb. Bu mövzu tədris proqramlarına artıq daxil edilib. Əsas məqsəd Qərbi Azərbaycanın tarixi həqiqətlərini gələcək nəsillərə çatdırmaqdır.   Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli öz növbəsində “Qərbi Azərbaycana aid dövlət siyasəti” mövzusunda çıxış edərək BSU-da yaradılan Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və icma tərəfindən bu sahədə lazımi materialların mərkəzə təqdim olunacağını bildirib.   Konfransda çıxış edən digər qonaqlar Qərbi Azərbaycan mövzusunun akademik və ictimai əhəmiyyəti barədə fikirlərini bölüşüblər.   Konfrans çərçivəsində “Qərbi Azərbaycanda məktəb və təhsil”, “Qərbi Azərbaycan elmi tədqiqatlarda”, “Qərbi Azərbaycana qayıdış konsepsiyası” və digər mövzularda məruzələr dinlənilib.   Eyni zamanda Qərbi Azərbaycanla bağlı aparılan yeni elmi araşdırmaların təqdimatı keçirilib. Filologiya üzrə fəlsəfə doktorları Könül Həsənova və Cəlal Allahverdiyevin "Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi" adlı kitabı ictimaiyyətə təqdim edilib.    Konfrans elmi diskussiyalar və geniş müzakirələrlə davam etdirilib.

10/05/2026

Ulu öndərin məzarı ziyarət edilib Mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Elm və Təhsil Nazirliyinin kollektivi Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib, önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıb. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilib, məzarı önünə tər çiçəklər düzülüb.

Ətraflı
10/05/2026

Bu gün Azərbaycan xalqının Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin doğum günüdür. Ulu öndər bütün fəaliyyəti boyunca təhsili dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri hesab etmiş, gənclərin savadlı, vətənpərvər və milli dəyərlərə bağlı şəkildə yetişməsinə xüsusi önəm vermişdir. Heydər Əliyevin söylədiyi kimi:“Təhsil sahəsi xalqımızın bu günü, millətimizin və dövlətimizin gələcəyi üçün ən vacib sahədir”. Bu dəyərli fikir bu gün də ölkəmizdə təhsil siyasətinin əsas istiqamətlərindən biri olaraq qalır. #HeydərƏliyev #ÜmummilliLider #UluÖndər #103İl #10May

Ətraflı
09/05/2026

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər çərçivəsində Şükürbəyli kəndində inşa edilmiş 360 şagird yerlik məktəb binasının açılışını ediblər. Məktəbdə tədrisin yüksək səviyyədə aparılması üçün zəruri fənn kabinetləri, həmçinin fizika, kimya, biologiya laboratoriyaları, informatika, texnologiya, ibtidai hərbi hazırlıq sinifləri var. Bundan başqa, məktəbdə kitabxana, akt və idman zalları, yeməkxana müəllim və şagirdlərin ixtiyarına verilib. Ərazidə, eyni zamanda, futbol və basketbol meydançaları da yaradılıb. Qeyd edək ki, müasir təhsil ocaqlarının qurulması işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsidir. Ən yüksək standartlara cavab verən təhsil müəssisələri yeni texnologiyalarla, zəruri maddi-texniki baza ilə təchiz olunur. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23032-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı