Nazir “FIFA Arena” layihəsi çərçivəsində inşa edilən futbol meydançasının açılışına qatılıb
Sentyabrın 8-də “FIFA Arena” layihəsi çərçivəsində Bakı şəhəri 247 nömrəli tam orta məktəbdə inşa edilən futbol meydançasının açılış mərasimi keçirilib.
Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövşən Nəcəf, Ukrayna Futbol Assosiasiyasının prezidenti Andriy Şevçenko, futbol ictimaiyyətinin nümayəndələri, məktəblilər iştirak ediblər.
Çıxışlar zamanı bu kimi layihələrin məktəblilərin sağlam böyüməsi, idman mədəniyyətinin formalaşması və futbolun kütləviləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığı xüsusi vurğulanıb. Tədbir zamanı FIFA prezidenti Canni İnfantinonun layihənin uğurla həyata keçirilməsinə dair videomüraciəti də yayımlanıb.
Qeyd edək ki, AFFA-nın təşəbbüsü ilə "FIFA Arena" layihəsi çərçivəsində 2 məktəbdə (Bakı şəhəri 138 və 247 nömrəli tam orta məktəblər) meydança inşa edilib və bu layihədən birbaşa 6000-dən çox şagird faydalanacaq.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov Tərtərdə vətəndaşları qəbul edəcək
05.10.2026 - 17:22 -
Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu keçirilib
05.10.2026 - 16:07 -
Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsilin inkişafında xidmətləri olan təhsil işçiləri təltif ediliblər
05.10.2026 - 14:28 -
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01
