Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri media üçün brifinq keçirib

Sentyabrın 11-də elm və təhsil naziri Emin Əmrullayev media üçün brifinq keçirib. 
 
Brifinqdə təqdimatla çıxış edən Emin Əmrullayev aşağıdakı məsələləri xüsusi olaraq qeyd edib:

  • 2025-2026-cı tədris ilində ümumilikdə 2.2 mln təhsilalanın təhsil alacağı proqnozlaşdırılır. 
  • 2025-2026-cı tədris ilində 130 mindən çox şagird birinci sinifdə təhsil alacaq.
  • Məktəbəqədər təhsildə əhatəlilik ölkə təhsilinin uzunmüddətli dövrdə daha yaxşı olmasına təsir edən ən vacib məsələdir.
  • Yeni tədris ilində tərbiyəçi-müəllimlərin  sertifikatlaşdırılması olacaq və 2026-cı ildə bunun tətbiqi planlaşdırılır. 
  • Son 4 ildə lisey və gimnaziyalara qəbul 2 dəfəyə qədər artıb. Məqsəd ölkədə gimnaziyaların sayını 100-ə çatdırmaqdır.
  • Cari ilin sertifikatlaşdırma prosesinin müsahibə mərhələsi bitdikdən sonra ümumilikdə 72 mindən çox təhsilverənin əməkhaqqına əlavələr edilib.
  • Son 10 ildə müəllimlərin orta aylıq əməkhaqqısı 3 dəfəyə qədər artıb.
  • Məktəblərdə müəllimlərin keyfiyyəti sertifikatlaşdırma nəticəsində yüksəlib.
  • Son illərdə 600-ə yaxın yeni məktəb tikilmiş və ya əsaslı təmir olunmuş, qəzalı məktəblərin sayı 2 dəfədən çox azalaraq 400-ə enib. 
  • Tam orta təhsil səviyyəsi üzrə 14 məktəbdə yeni təmayül tədris modeli pilot tətbiq olunacaq. 
  • Ötən il 147 müəssisədə rasionallaşdırma tədbirləri həyata keçirilib. Yeni tədris ilində daha 113 müəssisə ilə bağlı qərar veriləcək.
  • Ümumi təhsil müəssisələrinə direktorların işə qəbulunda yeni yanaşmalara əsasən, namizədlərin sertifikatlaşdırma balı əsas meyarlardan biri kimi qəbul edilmişdir. Şagird sayı 500-dək olan müəssisələrə seçim zamanı ərazi prinsipinə baxılacaq. 
  • Bu ildən Bakı məktəblərində jurnallar ləğv olunur və “Rəqəmsal məktəb” platforması fəaliyyətə başlayır.
  • 2025–2026-cı tədris ilində ali təhsilin bütün səviyyələrinə 75 min tələbə qəbul olunub. 
  • Son 10 ildə ali təhsil müəssisələrinə tələbə qəbulu 40%-dən çox artıb. Dövlət sifarişli əsaslarla qəbul olan tələbələrin sayı 2 dəfədən çox artıb. 
  • Yeni tədris ilindən ilk dəfə olaraq tələbələr SABAH qruplarına 1-ci kursdan qəbul ola biləcəklər.
  • 2025-2026-cı tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunan tələbələrin 75%-i dövlət sifarişi əsasında təhsil alacaq.
  • Ölkəmiz “QS 2026” qlobal reytinqində Cənubi Qafqaz regionu üzrə liderdir.

Təqdimatdan sonra media nümayəndələrini maraqlandıran çoxsaylı suallar cavablandırılıb.


11.09.2025 - 15:11