Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

"2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusunda tədbir keçirilib

Sentyabrın 12-də "2025-2026-cı tədris ili: yeniliklər və hədəflər" mövzusuna həsr olunmuş tədbir keçirilib. 
 

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən qurumların rəhbər heyəti və əməkdaşları, təhsil mütəxəssisləri, media qurumlarının rəhbərləri, direktor və müəllimlər iştirak ediblər. 
 

Tədbir Dövlət himninin səsləndirilməsi ilə başlayıb, ardınca şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 
 

Tədbirdə ilk olaraq çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov ötən tədris ilində əldə olunan nailiyyətlər, aparılan təhsil islahatları, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, perspektivdə nəzərdə tutulan məsələlər, yeni tədris ilinin əsas hədəflərindən bəhs edib.
 

Daha sonra Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev çıxış edib. 
 

Elnur Əliyev şagird nailiyyətlərinin milli qiymətləndirilməsi tədqiqatının məqsədi, keçirilməsi və nəticələri, məzmun və metodik dəstək ilə bağlı son dövrlərdə görülən işlər, eləcə də aparılan keyfiyyət monitorinqləri ilə bağlı məlumatları tədbir iştirakçıları ilə bölüşüb. 
 

Tədbir çərçivəsində Bakı şəhəri 83 nömrəli məktəb-liseyin direktoru Almaz Bayramova, Ağstafa rayonu Dağkəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov və Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Elnarə Qurbanzadə də çıxış edərək öz fikir və təkliflərini bölüşüblər. 
 

Tədbirdə iştirak edən elm və təhsil naziri Emin Əmrullayev çıxışında 2025–2026-cı tədris ilində qarşıya qoyulan prioritet istiqamətlər, təhsil siyasətində nəzərdə tutulan əsas hədəf və gözlənilən yeniliklər barədə geniş məlumat verib. Nazir təhsil sistemində keyfiyyətin yüksəldilməsi, müəllimlərin peşəkar inkişafı, şagird nailiyyətlərinin artırılması və rəqəmsal texnologiyaların tətbiqi sahəsində görüləcək işlərdən bəhs edib.
 

Emin Əmrullayev həmçinin vurğulayıb ki, davamlı islahatlar nəticəsində təhsilin bütün pillələrində şəffaflıq, effektiv idarəetmə və nəticəyönümlü yanaşma əsas prinsip kimi qəbul olunacaq. Nazir məktəblərlə yanaşı, müəllim və şagirdlərin də dəstəklənməsinin vacibliyini qeyd edərək bu istiqamətdə yeni təşəbbüslərin həyata keçiriləcəyini bildirib.
 

Tədbir uşaq-gənclər inkişaf mərkəzlərinin məktəblilərinin ifasında musiqi nömrələri ilə davam edib.


12.09.2025 - 17:00