Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində bir sıra görüşlər keçirib

Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə İstanbul şəhərində keçirilən 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində bir sıra görüşlər keçirib.   Nazir müavini Türkiyə Respublikası milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüşüb. Görüş zamanı ümumi və peşə təhsili sahələrində qardaş ölkələr arasında cari əməkdaşlıq müzakirə edilib, gələcək əməkdaşlığın genişləndirilməsi üzərində fikir mübadiləsi aparılıb.    Sammit çərçivəsində nazir müavini həmçinin Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə olunub.    Nazir müavini, eyni zamanda Özbəkistan Respublikasının məktəbəqədər və məktəb təhsili nazirinin müavini Farhod Esanoviç Bokiyev ilə görüşərək iki ölkə arasında məktəbəqədər və ümumi təhsil sahələrində davam edən və planlaşdırılan əməkdaşlıq perspektivlərini müzakirə edib.

Kənan Kərimzadə İstanbul şəhərində 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib

İyunun 21-də elm və təhsil nazirinin müavini Kənan Kərimzadə Türkiyə Respublikasının İstanbul şəhərində keçirilən 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib.   Nazir müavini Azərbaycan Respublikasının elm və təhsil sahəsində həyata keçirdiyi islahatlar, texnologiya əsaslı təhsil modellərinin inkişafı, süni intellektin təhsilə inteqrasiyası, o cümlədən rəqəmsal bacarıqların tədrisi istiqamətində atılan addımlar haqqında məlumat verib. Kənan Kərimzadə həmçinin ölkənin elm və innovasiya gündəliyində süni intellekt, biotexnologiya, enerji texnologiyaları və rəqəmsal transformasiya sahələrinin prioritet istiqamətlər kimi müəyyən edildiyini vurğulayıb.    Kənan Kərimzadə çıxışında Azərbaycan ilə Türkiyə arasında elm və təhsil sahəsindəki strateji əməkdaşlığın uğurla davam etdirildiyini qeyd edib, 2024-cü ildə Azərbaycanda keçirilmiş TEKNOFEST festivalının bu tərəfdaşlığın bariz nümunəsi olduğunu diqqətə çatdırıb.    Nazir müavini ölkənin ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yüksəlməsi, böyük dil modellərinin hazırlanması istiqamətində yerli və beynəlxalq texnoloji tərəfdaşlarla əməkdaşlıq və "SABAH.city" innovasiya klasterinin yaradılması kimi təşəbbüslər barədə də məlumat verib.    Sonda Kənan Kərimzadə belə mötəbər beynəlxalq platformaların təhsil sahəsində qlobal əməkdaşlıqların möhkəmləndirilməsində əhəmiyyətli rol oynadığını vurğulayaraq tədbirə dəvət və qonaqpərvərliyə görə Türkiyə Respublikasının milli təhsil naziri Yusuf Tekinə təşəkkürünü bildirib.

Nazir müavini Kənan Kərimzadə İstanbul şəhərində 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində iştirak edir

Türkiyə Respublikasının İstanbul şəhərində 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti iyunun 20-də öz işinə başlayıb. Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən sammit rəqəmsal transformasiya, süni intellektin tətbiqi, gələcəyin öyrənmə modelləri və beynəlxalq əməkdaşlıq imkanları kimi aktual mövzulara həsr olunub.    Tədbirdə müxtəlif ölkələrin təhsil nazirləri, nüfuzlu beynəlxalq ekspertlər və qabaqcıl texnologiya qurumlarının nümayəndələri iştirak edirlər.    Sammitin məqsədi təhsil texnologiyaları sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, eləcə də tərəfdaşlıq imkanlarını genişləndirmək üçün çoxtərəfli platforma yaratmaqdır.   Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adından sammitdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə iştirak edir.   Tədbirin açılış mərasimində iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında təhsilin inkişafında texnologiya və süni intellektin rolunu yüksək qiymətləndirməklə yanaşı, onun mənəvi və intellektual dəyərlər üzərində qurulmasının zəruriliyini xüsusi vurğulayıb. Prezident Ərdoğanın çıxışı təhsil sahəsində tarazlı və davamlı yanaşmanın vacibliyinə diqqət çəkən mühüm mesajlarla yadda qalıb.    Eyni zamanda, sammit çərçivəsində rəqəmsal zorakılığın qarşısının alınması, süni intellekt və yeni texnologiyaların təhsildə istifadəsi, gələcək nəsillərin texnoloji dünyaya inteqrasiyası kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.     Qeyd edək ki, sammit 22 iyun tarixinədək davam edəcək.

Nazir müavini Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclasında çıxış edib

İyunun 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclasında iştirak edib.    İqtisadiyyat Nazirliyində keçirilən iclasda nazir müavini Firudin Qurbanov çıxış edərək Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın təməlində dövlət başçılarının siyasi iradəsinin, tarixən inkişaf edən qardaşlıq münasibətlərinin və əldə olunmuş razılaşmaların dayandığını vurğulayıb. Bildirilib ki, elm və təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.   Komissiyanın iclası çərçivəsində həmçinin iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, sərmayələrin təşviqi, sənaye, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb.    Birgə hökumətlərarası komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov iclasda çıxış edərək ölkələr arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər və əməkdaşlığın yeni sahələr üzrə inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.    Tədbirin sonunda Birgə hökumətlərarası komissiyanın həmsədrləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb.

Firudin Qurbanov Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri ilə görüşüb

İyunun 19-da elm və təhsil nazirinin müavini Firudin Qurbanov Gürcüstan Parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri Givi Mikanadze ilə görüşüb.    Görüş çərçivəsində iki ölkə arasında elm və təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.

Millət vəkilləri sertifikatlaşdırma imtahanını izləyiblər

İyunun 19-da təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü keçirilib. Test imtahanının gedişatı ilə tanış olmaq üçün Bakı şəhəri 161 nömrəli tam orta məktəbə infotur təşkil edilib.   İnfoturda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov, millət vəkilləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov, nazirlik yanında İctimai Şuranın sədri Hikmət Əlizadə, İctimai Şura üzvləri, nazirlik və MÜTDA rəsmiləri iştirak ediblər.   İnfotur çərçivəsində iştirakçılar əvvəlcə imtahan prosesinin gedişatı ilə yaxından tanış olub, müəllimlərlə söhbət edərək təəssüratlarını öyrəniblər.    Daha sonra “dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı tədbir iştirakçılarına sertifikatlaşdırma prosesi barədə ətraflı məlumat verilib, prosesin şəffaflıq prinsipləri əsasında təşkil olunduğu, imtahanlara ictimai nəzarətin təmin edildiyi vurğulanıb. Qeyd edilib ki, imtahanlar ölkə üzrə vahid sistem vasitəsilə izlənilir və bu sistem müasir texnoloji infrastrukturla təmin olunub, ədalətli, şəffaf, o cümlədən etibarlı imtahan mühiti yaradır.   Aparat rəhbəri Mətin Kərimli sertifikatlaşdırma prosesinin müəllimlərin ixtisas üzrə əsas kompetensiyalarını müəyyənləşdirməyə imkan verdiyini, bu mexanizmin müəllimlər arasında sağlam rəqabət mühiti formalaşdırdığını və onların peşəkar inkişafına təkan verdiyini infotur iştirakçılarının diqqətinə çatdırıb.    Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov da öz növbəsində sertifikatlaşdırma prosesinin müəllimlərin peşəkarlığının və əməkhaqqının artımına səbəb olmaqla yanaşı, onların nüfuzuna da müsbət təsir göstərdiyini əlavə edib.     “Dəyirmi masa” ətrafında davam edən müzakirələr zamanı millət vəkillərini maraqlandıran çoxsaylı suallar cavablandırılıb, sertifikatlaşdırmanın müəllimlərin peşəkarlıq səviyyəsinin və peşəyə yararlılığının qiymətləndirilməsi məqsədi daşıdığı bir daha diqqətə çatdırılıb.    Sonda millət vəkilləri sertifikatlaşdırma prosesini dəstəklədiklərini vurğulayıb, bu təhsil islahatına ictimai və siyasi dəstəyin vacibliyini qeyd ediblər.

İlk dəfə Azərbaycanın 6 universiteti dünyanın TOP 1000 ən yaxşı universiteti sırasında

Ölkə tarixində ilk dəfə 6 universitetimiz “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-ə daxil olub. Ümumi olaraq, sözügedən reytinqdə Azərbaycan universitetlərinin sayı 9-a yüksəlib.    3 universitetimiz mövqeyini ötən ilə nisbətən əhəmiyyətli dərəcədə gücləndirib. 6 universitetimiz isə ilk dəfə sözügedən qlobal reytinqə daxil olub.    Ölkə üzrə ən yüksək nəticə əldə edən Bakı Dövlət Universiteti 300 pilləyə yaxın irəliləyərək 688-ci mövqeyə yüksəlib. Azərbaycan Dövlət İqtisad Universiteti (801-850) və  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (851-900) mövqeyi ötən ilə nisbətən əhəmiyyətli dərəcədə yüksəlib.     İlk dəfə olaraq Azərbaycan Texniki Universiteti (851-900), Bakı Mühəndislik Universiteti (901-950) və Xəzər Universiteti (951-1000) “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə TOP 1000-də yer alır.    Azərbaycan Memarlıq və İnşaat Universiteti (1001-1200), Sumqayıt Dövlət Universiteti (1001-1200) və ADA Universiteti (1201-1400 ) də sözügedən qlobal reytinqə ilk dəfə daxil olub.   Sözügedən reytinqə yeni daxil olan universitetlərin sayına görə Azərbaycan təmsil olunan 106 ölkə arasında 2-ci sıradadır!   “Akademik nüfuz”, “İşəgötürənlər arasında nüfuz”, “Müəllim-tələbə nisbəti”, “Əcnəbi müəllim payı”, “Əcnəbi tələbə payı” və “Məşğulluq nəticələri” indikatorları üzrə Azərbaycan universitetlərinin göstəricilərində müsbət dinamika müşahidə olunur. Qeyd edək ki, “QS 2026 dünyanın ən yaxşı universitetlərinin reytinqi”ndə nəticələrinə görə Azərbaycan Cənubi Qafqaz regionunda liderdir. Azərbaycandan reytinqə daxil olan universitetlərin sayı digər Cənubi Qafqaz ölkələrindən reytinqə daxil olan universitetlərin toplam sayından 3 dəfə çoxdur.

Emin Əmrullayev “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Azərbaycan pavilyonu ilə tanış olub

İyunun 18-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin İstanbul şəhərində davam edən “Qlobal Dayanıqlı İnkişaf Konqresi (GSDC 2025)” çərçivəsində Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin təmsil olunduğu ölkə pavilyonunu ziyarət edib.    Pavilyonda Azərbaycanı bir sıra aparıcı ali təhsil müəssisələri təmsil edib.  Belə ki, pavilyonda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Qarabağ Universiteti, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Tibb Universiteti təmsil olunublar.       Ətraf mühitin mühafizəsinə, müxtəlif elm sahələrinə və dayanıqlı inkişafa həsr olunmuş elmi-tədqiqat fəaliyyətləri və praktik-innovativ istiqamətlərdə görülmüş işlər universitetlər tərəfindən nümayiş olunub və iştirakçılara informativ məlumatlar verilib.    Qeyd edək ki, sözügedən konqresdə dünyanın 100-dən çox ölkəsindən 5000-dən artıq nümayəndə təmsil olunur.

Elm və təhsil naziri “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Çinin nümayəndə heyəti ilə görüşüb

İyunun 18-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin İstanbul şəhərində davam edən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Çinin 20-dək qabaqcıl ali təhsil müəssisəsinin təmsil olunduğu ölkə pavilyonunu ziyarət edib. Çin pavilyonunda təmsil olunan ali təhsil müəssisələrinin fəaliyyət istiqamətləri barədə Azərbaycan nümayəndə heyətinə ətraflı məlumat təqdim olunub.   Daha sonra Çinin rəhbər heyətlə təmsil olunan 5 ali təhsil müəssisəsi ilə işgüzar görüş keçirilib. Görüş zamanı iki ölkənin ali təhsil müəssisələri arasında geniş əməkdaşlıq perspektivləri müzakirə olunub. Xüsusilə, texniki elmlər, mühəndislik, tədqiqat və inkişaf sahələrində əməkdaşlığın və inteqrasiyanın vacibliyi vurğulanıb. Eyni zamanda, qarşılıqlı tələbə və müəllim mübadiləsi, birgə proqramların inkişafı, həmçinin ali təhsil müəssisələrinin beynəlxalq rəqabət qabiliyyətinin artırılması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları qeyd olunub.   Xatırladaq ki, ötən həftə elm və təhsil naziri Emin Əmrullayevin Çinin Çendu şəhərinə səfəri çərçivəsində Çin Xalq Respublikasının elm və texnologiya naziri Yin Hecun ilə görüş keçirilib. Görüş çərçivəsində iki ölkə arasında elm sahəsində əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib, elm, texnologiya və süni intellekt sahələrində qarşılıqlı əməkdaşlığın gücləndirilməsini  təşviq etmək məqsədilə niyyət məktubları imzalanıb.

Sertifikatlaşdırma prosesinə start verilib

İyunun 18-dən etibarən dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb. Sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə Azərbaycan dili və ədəbiyyatı, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanlarında 2019 təhsilverən iştirak edib. Prosesin ilk günündə 95 faiz davamiyyət qeydə alınıb.   Sertifikatlaşdırmanın test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində Naxçıvan şəhəri də daxil olmaqla ölkənin 19 müxtəlif şəhəri üzrə 39 imtahan mərkəzində təşkil edilir.   Qeyd edək ki, test imtahanı mərhələsində 120 dəqiqə müddətində təhsilverənlərin tədris etdiyi fənn üzrə ümumtəhsil proqramlarına, tədris metodikasına və təlim strategiyalarına aid 60 sual təqdim edilir. Hər düzgün cavab 1 balla qiymətləndirilir. Bu mərhələnin nəticələri üzrə balların hesablanması avtomatlaşdırılmış rejimdə proqram təminatı vasitəsilə həyata keçirilir və imtahan başa çatdıqdan dərhal sonra iştirakçıya elan edilir.   Nəzərinizə çatdırırıq ki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaq.  

30/07/2026

Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb 10 iyul 2026-cı il tarixində keçirilmiş Akkreditasiya Şurasının iclasında Bakı Qızlar Universiteti üzrə müvafiq Akkreditasiya Komissiyaları tərəfindən hazırlanmış institusional və proqram akkreditasiyası üzrə yekun qiymətləndirmə hesabatları müzakirə edilib. Universitetdə aparılmış qiymətləndirmə zamanı ali təhsil müəssisəsinin fəaliyyətinin müxtəlif istiqamətlərini əhatə edən, dövlət təhsil standartlarının, normativ hüquqi aktların və keyfiyyət təminatı tələblərinin yerinə yetirilməsində ciddi uyğunsuzluqlar müəyyən edilib. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 30 iyul 2026-cı il tarixli 92 nömrəli Sərəncamı ilə “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, Bakı Qızlar Universitetinə verilmiş 2018-ci il 11 sentyabr tarixli EL-358/2018 nömrəli lisenziyanı ləğv edib. Qeyd edək ki, Bakı Qızlar Universitetində təhsil alan tələbələrin təhsilinin fasiləsizliyinin və təhsil hüquqlarının qorunmasının təmin edilməsi məqsədilə onların digər ali təhsil müəssisələrinə ixtisaslarına uyğun köçürülməsi təmin ediləcək. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23253-1 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz

Ətraflı
30/07/2026

✨ 24-30 iyul tarixlərində Litvanın Kaunas şəhərində keçirilən 10-cu Yeniyetmələrin Avropa İnformatika Olimpiadasında məktəblilərimiz ? 3 bürünc medal qazanıblar. ?? Şagirdlərimizi bu münasibətilə təbrik edir və onlara daha böyük nailiyyətlər arzulayırıq! #ElmvəTəhsilNazirliyi #ARTİ #Olimpiada #İnformatika

Ətraflı
30/07/2026

Tələbələrin yerdəyişməsi üzrə nəticələr elan edilib

Ətraflı