Azərbaycan və Özbəkistan nümayəndələri media və kommunikasiya sahəsində əməkdaşlığı müzakirə ediblər
1 il əvvəl
“Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində Bakıya səfər edən Özbəkistanın Məktəbəqədər və Məktəb Təlimi Nazirliyinin İnformasiya Xidmətinin rəhbəri Dilfuza Sobirova ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyində (MÜTDA) görüş keçirilib.
Görüşdə MÜTDA-nın direktor müavini Vəfa Yaqublu, Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev və agentliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Zenfira Sevdimalı iştirak ediblər.
Müzakirələr əsasən ictimaiyyətlə əlaqələr və kommunikasiya sahəsində əməkdaşlıq imkanlarına həsr olunub. Tərəflər təhsil sahəsində kommunikasiya fəaliyyətinin təşkilində qarşılıqlı təcrübə mübadiləsi, hədəf auditoriyasının düzgün məlumatlandırılması, yeni layihələrin reallaşdırılması və rəqəmsal transformasiya fonunda effektiv kommunikasiya mexanizmlərinin tətbiqi barədə fikir mübadiləsi aparıblar.
Azərbaycan təhsil sistemində həyata keçirilən yeniliklərlə tanış olan Dilfuza Sobirova öz növbəsində Özbəkistanın bu istiqamətdəki təcrübəsini bölüşüb və gələcək əməkdaşlıq üçün yeni imkanların olduğunu qeyd edib.
Səfər çərçivəsində qonaq Bakı Avropa Liseyində də olub, təhsil müəssisəsində yaradılmış müasir tədris mühiti ilə tanış olub.
Digər xəbərlər
-
İlham Əliyev Xankəndidə Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməlqoyma mərasimlərində iştirak edib
07.11.2026 - 11:24 -
İlham Əliyev Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında iştirak edib
07.11.2026 - 11:00 -
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
07.11.2026 - 09:52 -
Nazir müavini İdris İsayev İƏT Təhsil İnstitutunun Himayəçilər Şurasının 5-ci iclasında iştirak edib
06.11.2026 - 18:32 -
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50
