Məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə başlanılır
2 oktyabr saat 11:00-dan etibarən 2025-2026-cı tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə növbəyə yazılma prosesinə yenidən start verilir. Proses bq.edu.az portalı vasitəsilə elektron formada həyata keçirilir.
Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində növbə yaradarkən bir uşaq üçün maksimum üç məktəbəqədər təhsil müəssisəsini seçmək mümkündür. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum beş gündən sonra həyata keçiriləcək.
Qeyd edək ki, uşaqların məktəbəqədər təhsil müəssisələrində boş yerlərə qəbulu ilboyu davam etdiriləcək.
02.10.2025 - 11:03
Digər xəbərlər
-
Nazirliyin əməkdaşlarına dövlət təltifləri təqdim edilib
17.09.2026 - 17:21 -
Nazir “Baku ID 2026” çərçivəsində “Azərbaycan Bacarıqlar Akseleratoru” üzrə panel müzakirəsində iştirak edib
17.09.2026 - 15:18 -
AZSET proqramının ilk tələbələri ilə görüş keçirilib
16.09.2026 - 16:50 -
Firudin Qurbanov Türkiyə-Azərbaycan Universitetinin Bilik Günü tədbirində iştirak edib
16.09.2026 - 16:00 -
Elm və təhsil nazirinin Yardımlıdakı vətəndaş qəbulu ilə bağlı məlumat
16.09.2026 - 10:40
