“Mənim Qərbi Azərbaycanım – Xatirələr” kitabının təqdimatı keçirilib
Elm və Təhsil Nazirliyi və Qərbi Azərbaycan İcmasının birgə təşəbbüsü ilə Qərbi Azərbaycandan olan müəllimlərin xatirələrini əks etdirən “Mənim Qərbi Azərbaycanım – Xatirələr” kitabının təqdimat mərasimi baş tutub. Kitab müəlliflərin özlərinin və valideynlərinin xatirələrinə əsaslanan məqalələr toplusudur.
Tədbirin açılışında çıxış edən Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli bildirib ki, müəlliflər Qərbi Azərbaycan əsillidir və hazırda ölkənin müxtəlif bölgələrində pedaqoji fəaliyyətlə məşğuldurlar.
Təqdimat mərasimində iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov öz növbəsində vurğulayıb ki, bu kitab gənclərdə vətənpərvərlik hisslərinin güclənməsinə, Qərbi Azərbaycan həqiqətlərinin tanıdılmasına mühüm töhfə verəcək. Nazir müavini bildirib ki, keçmişini bilməyən xalqın uğurlu gələcəyi ola bilməz. Buna görə də Qərbi Azərbaycanla bağlı bütün tarixi məqamların öyrənilməsi zəruridir.
Digər çıxışçılar da Qərbi Azərbaycan irsinin qorunmasının, həqiqətlərin dünyaya çatdırılmasının və gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyəsinin vacibliyini xüsusi qeyd ediblər.
Çıxış edən layihənin meneceri, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin əməkdaşı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Rövşən Ağayev isə kitabın yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də tanıdılmasının əhəmiyyətinə diqqət çəkib və nəşrin pedaqoji prosesdə də faydalı ola biləcəyini bildirib.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
