• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Azərbaycanlı təhsil işçiləri Astanada səfərdədirlər

Elm və Təhsil Nazirliyi ilə Qazaxıstanın "Nazarbayev İntellekt Məktəbləri" ASC-nin Pedaqoji Ustalıq Mərkəzi arasında bağlanmış müqaviləyə əsasən, 30 təhsil işçisi 11 – 24 avqust tarixlərində Astana şəhərində səfərdədir. Əsasən ibtidai sinif müəllimlərindən ibarət heyət ixtisasartırma təlimlərinə cəlb olunub.   Təlimlər ibtidai sinif müəllimlərinin peşə bacarıqlarının artırılması, həmçinin əldə edilmiş təcrübənin həmkarları ilə bölüşülməsi məqsədilə təşkil olunub.    Nəzəri və praktik hissələrdən ibarət olan təlimlərə 4 modul daxildir. Bu modullardan ikisi Astanada, növbəti iki modul isə 29 avqust və 8 sentyabr tarixlərində Bakıda keçiriləcək.    Səfər zamanı müəllimlər təlimlərlə yanaşı, müxtəlif mədəni tədbirlərdə iştirak edir və məktəblərə baş çəkirlər.

Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsi

Avqustun 21-i saat 11:00-dan müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə start verilib. Namizədlər şəxsi səhifələrinə daxil olaraq vakant yer seçməli və elektron ərizələrini təsdiq etməlidirlər.   Müddətli müqavilə ilə vakansiya seçimi 23 avqust saat 11:00-da başa çatacaq.   Qeyd edək ki, "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində təhsil müəssisələrinin bərpası nəticəsində Şuşa və Füzulidə yerləşən 1 nömrəli tam orta məktəblərdə mövcud olan vakant yerlər də müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinə təqdim edilib. 

“Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsinə start verilir

Avqustun 22-də “Peşəkar idarəçi” müsabiqəsinin esse mərhələsi keçiriləcək. Mərhələ barədə məlumat test imtahanından uğurla keçmiş şəxslərin əlaqə nömrələrinə göndəriləcək. Esse mərhələsində namizədlərə 1 mövzu təqdim olunacaq. Namizədlər linkə daxil olmaqla qiymətləndirmə meyarları ilə tanış ola bilərlər. “Peşəkar idarəçi” müsabiqəsinin test imtahanı mərhələsində 1 172 nəfər iştirak edib, onlardan 596-sı uğur qazanaraq esse mərhələsinə keçib. Qeyd edək ki, müsabiqənin məqsədi yerli təhsili idarəetmə orqanlarının fəaliyyətinə dəstək verəcək kadrları aşkarlamaq, karyerasını təhsilin idarəolunması sahəsində qurmaq istəyən pedaqoji işçilərə dəstək vermək, təhsil sahəsində idarəetmə vəzifələri üçün gələcəkdə yaranacaq işçi ehtiyacını təmin etməkdir.

Elm və Təhsil Nazirliyinin yeni elektron xidməti istifadəyə verilib

Elm və Təhsil Nazirliyi (ETN) ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən hazırlanan yeni elektron xidmət əhalinin istifadəsinə verilmişdir.   Artıq vətəndaşlar “myGov” portalından qeydiyyatdan keçərək “Məlumatlarım” hissəsində “Ümumi təhsil haqqında sənədlərim” bölməsində ümumi orta təhsil və tam orta təhsil haqqında attestat barədə elektron arayışı asanlıqla əldə edə bilər.   Bu elektron xidmət istifadəçiləri heç yerə getmədən onlayn rejimdə sistem tərəfindən avtomatik formalaşan arayışı elektron şəkildə istənilən yerə ünvanlaya bilər.   Qeyd edirik ki, dövlət elektron məlumat sistemində olan bu məlumatlar 2015-ci ildən hazıradək olan dövrü əhatə edir.   Hazırda ETN tərəfindən bütün təhsil pillələri üzrə kağız daşıyıcıda verilən arayışların elektronlaşması prosesi davam edir.

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin mövzuları elan olunub

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi ilə bağlı Azərbaycan və rus bölmələri üzrə mövzular təqdim olunub. Müəllimlər miq.edu.az saytı və ya portal.edu.az platformasına daxil olmaqla hər iki bölmə üzrə müsahibə mövzuları ilə tanış ola bilərlər.   Xatırladaq ki, müsahibə zamanı müəllimlər proqram üzrə mövzunu təqdimetmə, təhsilalanları qiymətləndirmə, özünütəqdimetmə, pedaqoji prosesi təşkiletmə və ünsiyyət bacarığı meyarları üzrə müvafiq komissiya tərəfindən qiymətləndiriləcəklər.

Azərbaycan müəllimlərinin XVI qurultayı keçiriləcək

Dekabrın 15-də Bakı Konqres Mərkəzində Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçiriləcək.   Qurultayda dövlət rəsmiləri və hökumət nümayəndələri, millət vəkilləri, tanınmış ziyalılar, media qurumlarının rəhbərləri, təhsil işçiləri və digər qonaqlar iştirak edəcəklər. Qurultayda ümumilikdə 1700-ə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.   Qurultayın keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tarixi Sərəncamı ilə təsdiq edilmiş “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş əhəmiyyətli nailiyyətlər, eləcə də 2018-ci ilin noyabrında keçirilmiş Azərbaycan müəllimlərinin XV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbirlər və islahatlar barədə Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdır. Bu mühüm tədbir həmçinin Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası istiqamətində təhsil sistemi qarşısında duran vəzifələri müəyyənləşdirəcək.   Qeyd edək ki, Azərbaycan müəllimlərinin ilk qurultayı 1906-cı ildə keçirilib. Qurultay ənənəvi olaraq 5 ildən bir təşkil edilir.   www.muallim.edu.az/

Birinci sinfə şagird qəbulu davam edir

2023–2024-cü tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu davam edir. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılır.   Bu günədək birinci sinfə qəbulla bağlı ümumilikdə 128 339 nəfər sorğu yerləşdirib. Onlardan 68 113 nəfəri oğlan, 60 226-sı isə qızdır. 115 840 nəfər Azərbaycan bölməsi, 11 514 nəfər rus bölməsi, 985 nəfər isə tədris digər dillərdə aparılan bölmələr üzrə sorğu yerləşdirib.   Qeyd edək ki, birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi sentyabrın 14-də başa çatacaq.

Laçın məktəbliləri “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinə qoşulublar

“Azərbaycan üçün öyrət” proqramı çərçivəsində təşkil edilən “Təhsil avtobusu – gələcəyə doğru” layihəsinin növbəti dayanacağı Laçın rayonu olub.    Yay məktəbinin Laçın rayonunda keçirilən ikinci günündə 34 şagird iştirak edib.    Layihə çərçivəsində yaradıcı düşünmə, ünsiyyət və təqdimat bacarıqları, ilkin sahibkarlıq anlayışları, kodlaşdırma, robototexnika, STEAM metodologiyası üzrə təlimlər, intellektual yarış və oyunlar təşkil olunub.    Qeyd edək ki, layihənin məqsədi şagirdlərə yeni bacarıq və vərdişlər qazandırmaq, onlarda həyata fərqli baxış, dünyagörüşünün formalaşmasına təsir göstərmək və Heydər Əliyev irsini təbliğ etməkdir. Təhsil avtobusu bu il Zəngilan – Laçın – Neftçala – Göyçay – Qazax – Tərtər – Qax – Bakı marşrutu üzrə hərəkət edəcək. Layihəyə 300-dən çox şagirdin cəlbi nəzərdə tutulub. 

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbulla bağlı məlumat

Məktəbəqədər təhsil müəssisələrinə müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin keçiriləcəyi vaxt və məkan barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.   Test imtahanı mərhələsində hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilir. İmtahanın müddəti 120 dəqiqədir.   Test imtahanı mərhələsində göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsinə buraxılacaqlar.

“StudentFest 2023” tələbə düşərgəsi sona çatıb

“Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin təşkilatçılığı ilə təşkil edilən “StudentFest 2023” tələbə düşərgəsi sona çatıb. Belə ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesi və müəllimlərin işə qəbulu müsabiqəsində dəstək göstərmiş, həmçinin təhsilin idarəedilməsi və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələr üçün təşkil olunan düşərgənin ilk 2 istiqaməti uğurla tamamlanıb.   “StudentFest 2023”ün açılış mərasimində elm və təhsil nazirinin müşaviri, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, İnsan Resursları Mərkəzinin direktoru Nurlan İsmayılbəyli və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin sədri Leyla Zeynalova iştirak ediblər.    Tələbə düşərgələri natiqlik, idarəçilik və kommunikasiya bacarıqlarını formalaşdıran görüşlər, ixtisasyönümlü təlim proqramları, həmçinin asudə vaxtın səmərəli dəyərləndirilməsi məqsədilə keçirilən yarış və intellektual oyunlarla zəngin olub.     Qeyd edək ki, “StudentFest 2023” tələbə düşərgəsinin növbəti 2 istiqaməti avqust və sentyabr aylarında jurnalistika, incəsənət, təbiət elmləri, mühəndislik, dövlət və ictimai münasibətlər ixtisaslarında təhsil alan tələbələr üçün təşkil olunacaq.   

28/05/2024

Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. ?????? #ElmVəTəhsilNazirliyi #28may #MüstəqillikGünü #MüstəqilAzərbaycan

Ətraflı
27/05/2024

Azyaşlı uşaqlara iqlim dəyişmələri və dayanıqlılıqla bağlı biliklərin aşılanmasını nəzərdə tutan “Yaşıl bağça” layihəsinə start verilib.

Ətraflı
27/05/2024

Mayın 27-də elm və təhsil naziri Emin Əmrullayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://bit.ly/4dUiEDH

Ətraflı