Biləsuvarda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
Oktyabrın 10-da Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli Biləsuvar rayonuna səfər edib.
Əvvəlcə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətovla birgə ulu öndər Heydər Əliyevin büstü ziyarət edilib, önünə gül dəstələri düzülüb.
Səfər çərçivəsində Aparat rəhbəri Biləsuvar rayonu Nizami Gəncəvi adına 1 nömrəli tam orta məktəb və Rafiq Əliyev adına 1 nömrəli körpələr evi–uşaq bağçasını ziyarət edib, tədris prosesi və müəssisələrin şəraiti ilə maraqlanıb, kollektivlə görüşərək təklif və rəylərini dinləyib.
Səfərin sonunda həmçinin vətəndaş qəbulu keçirilib, müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli ilə bağlı tapşırıqlar verilib.
10.10.2025 - 17:35
Digər xəbərlər
-
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52 -
“Rəqəmsal məktəb” platformasının əhatə dairəsi genişləndirilir
06.10.2026 - 11:36
