• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Heydər Əliyev Fondu tərəfindən yeni inşa və əsaslı təmir olunan məktəblər istifadəyə verilib

Heydər Əliyev Fondunun təhsil sahəsində həyata keçirdiyi layihələr çərçivəsində yeni tikilən və ya əsaslı təmir edilən bir sıra məktəblər istifadəyə verilib.
 

Belə ki, 2024-cü ildən yenidənqurma və təmir-bərpa işləri aparılan Bakı şəhəri, Xəzər rayonu 324 nömrəli tam orta ümumtəhsil məktəbi cari tədris ilində istifadəyə verilib. Məktəbin sinif otaqları artırılıb, əlavə fizika, kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və texnologiya otaqları, kitabxana, yeməkxana, idman meydançası və akt zalı yaradılıb. Həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.
 

Bakı şəhəri, Xətai rayonu Tahir Bağırov adına 59 nömrəli tam orta ümumtəhsil məktəbi də Fond tərəfindən əsaslı təmirdən sonra istifadəyə verilib. 1384 yerlik məktəbin 4 mərtəbəli korpusu 1036 yerlik, 2 mərtəbəli ibtidai korpusu isə 348 yerlikdir. Məktəbdə sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika otağı, müasir STEAM mərkəzi, hərbi təlim, tibb, texnologiya otaqları, müəllimlər otağı, kitabxana, yeməkxana, akt, idman və gimnastika zalları, açıq mini stadion və idman meydançası fəaliyyət göstərir. Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə əyani vəsaitlərlə təmin olunub.
 

Samux rayonunun Alıuşağı kənd tam orta məktəbi də 360 yerlik yeni məktəb binası ilə müəllim və şagirdlərin istifadəsinə verilib. Fond tərəfindən inşa edilən məktəbdə sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, STEAM mərkəzi, hərbi təlim, tibb və əmək təlimi otaqları, məktəbəqədər sinif, kitabxana, yeməkxana, akt və idman zalları fəaliyyət göstərir. Məktəbin ərazisində açıq idman meydançası yaradılıb və zəruri avadanlıqlarla təchiz olunub.
 

Cəlilabad rayonu, Göytəpə şəhəri Vasif Hüseynov adına 2 nömrəli tam orta ümumtəhsil məktəbi də Fondun dəstəyi ilə yeni inşa edilib. Üçmərtəbəli, iki korpusdan ibarət məktəb binası 624 şagird yerlikdir. Burada sinif otaqları, fizika, kimya və biologiya laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları, texnologiya kabinetləri, müəllimlər otağı, texniki otaqlar, qarderob, kitabxana, yeməkxana, akt, idman və gimnastika zalları, idman meydançası fəaliyyət göstərir. Məktəb müasir mebel və avadanlıqlarla təchiz olunub, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə təmin edilib, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işləri aparılıb.


04.10.2025 - 11:13