• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Firudin Qurbanov Linqvist liseyinin nümayəndə heyəti ilə görüşüb

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov Ukraynanın İrpen şəhəri akademik Zərifə Əliyeva adına humanitar Linqvist liseyinin direktoru Valentina Antonenkonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.   Görüş zamanı Azərbaycan və Ukraynanın ümumi təhsil müəssisələri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub, müasir təhsilin inkişaf istiqamətləri ilə bağlı fikir mübadiləsi aparılıb.   Görüşdə Linqvist liseyi ilə Bakı şəhəri akademik Zərifə Əliyeva adına lisey və Naxçıvan Muxtar Respublikası akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbi arasında əməkdaşlığa dair sənədlərin imzalanacağı yüksək qiymətləndirilib.   Qeyd edək ki, səfər çərçivəsində Bakı şəhəri 6 nömrəli məktəb-lisey, akademik Zərifə Əliyeva adına lisey, Heydər Əliyev adına Müasir Təhsil Kompleksi ilə tanışlıq nəzərdə tutulub. Qonaqların həmçinin Naxçıvan Muxtar Respublikasına səfəri planlaşdırılır.

Məktəbdənkənar təhsil müəssisələrində 27 Sentyabr – Anım Günü ilə bağlı tədbirlər

Məktəbdənkənar təhsil müəssisələrində 27 Sentyabr – Anım Günü ilə bağlı silsilə tədbirlər keçirilib.   Tədbirlərin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini anmaq, böyüməkdə olan gənc nəsildə vətənə, torpağa məhəbbət hissini artırmaq, hərbi-vətənpərvərlik ruhunu təbliğ etmək, milli-mənəvi dəyərlərimizi qorumaqdan ibarət olub.   Tədbirlər çərçivəsində müəssisələrin pedaqoji və şagird kollektivlərinin Şəhidlər xiyabanı və Hərbi Qənimətlər Parkına ziyarətləri təşkil olunub. Ziyarətlər zamanı şagirdlərə maarifləndirici məlumatlar verilib, 44 günlük zəfər yolundan bəhs edilib.   Elm və Təhsil Nazirliyinin tabeliyində olan uşaq-gənclər idman-şahmat məktəblərində atletika, sərbəst güləş, şahmat, stolüstü tennis, futbol və dama idman növləri üzrə Anım Günü ilə bağlı yarışlar keçirilib, “dəyirmi masa”lar təşkil olunub, dərslərin 15 dəqiqəsi şəhidlərin anılmasına həsr olunub.    Uşaq-gənclər inkişaf mərkəzlərində “Vətən müharibəsi xatirələrdə”, "Zəfərə aparan tarix", “Şəhidlər unudulmur”, "Qəhrəman şəhid", "Misilsiz cəsarət", “Şəhidlər ölməz”, “Zəfər şəhidləri”, "Ölümsüzlük qazanan qəhrəmanlar", "Milli qürur tariximiz", “Tarixi unutmayaq” adlı “dəyirmi masa”lar, “açıq dərs”lər, ədəbi-bədii kompozisiyalar, foto və rəsm sərgiləri keçirilib.   Tədbirlərdə 44 günlük Vətən müharibəsinin qəhrəmanları və şəhidlərin ailə üzvləri iştirak ediblər.  

Şəhidlərimizin xatirəsi yad edilib

Sentyabrın 27-də saat 12:00-da Elm və Təhsil Nazirliyində şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub.    Bununla yanaşı, Elm və Təhsil Nazirliyinin kollektivi Anım Günü ilə əlaqədar Zəfər parkında olub. Parkın girişindəki xatirə daşının önünə gül dəstələri düzülüb, şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.

Xaricdə doktorantura təhsilinə dair sənəd qəbulu davam edir

“2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində  xaricdə doktorantura təhsili üçün sənəd qəbulu davam edir. Sənəd qəbulu 30 sentyabr saat 23:59-da başa çatacaq.   Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı,  elana dair ətraflı məlumatqeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər.   Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsi və ya dpinfo@edu.gov.az elektron poçt ünvanına müraciət edə bilərsiniz.

Azərbaycan dilində elektron təhsil resurslarının sayı artırılır

Azərbaycandilli elektron məzmunun yaradılması və tədrisdə tətbiqi istiqamətində Elm və Təhsil Nazirliyi tərəfindən hər il elektron resurslar hazırlanaraq istifadəyə verilir. Hazırda www.video.edu.az portalında ümumtəhsil və peşə təhsili üzrə teledərslər, peşəkar müəllimlərin dərs izahları, 3D animasiyalı videolar, STEAM üzrə videodərslər, “Khan Academy” dərsləri olmaqla ümumilikdə 17 317 resurs mövcuddur.   2023-cü il ərzində ümumtəhsil istiqaməti üzrə 1 083, peşə təhsili üzrə 720 və ali təhsil üzrə 500 olmaqla ümumilikdə 2 300-dən çox videoməzmun yaradılıb və portalda yerləşdirilib. İlin sonunadək əlavə 3 000 elektron dərsin hazırlanması nəzərdə tutulub.   Videodərslər ümumtəhsil pilləsi üzrə təhsil proqramına əsasən hazırlanıb. Elektron resurslar təhsilalanların müstəqil öyrənməsi, tədrisin hibrid təşkili baxımından əhəmiyyətlidir.   Peşə təhsili istiqamətində hazırlanmış videodərslər isə bu müəssisələrin ixtisas fənn müəllimləri və istehsalat təlimi ustaları, eləcə də özəl sektor mütəxəssisləri tərəfindən peşə təhsilinə dair kurikuluma uyğun tərtib olunub.   Qeyd edək ki, növbəti illərdə elektron tədris resurslarının sayının 40 000-ə çatdırılması nəzərdə tutulub. 

29 nəfər HTP çərçivəsində Azərbaycanda təhsil alacaq

2023–2024-cü tədris ili üzrə 29 nəfər Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil hüququ qazanıb. Belə ki, 18 nəfər Çin Xalq Respublikası vətəndaşı, 2 nəfər Macarıstan vətəndaşı, 6 nəfər Qazaxıstan Respublikası vətəndaşı, 3 nəfər Tacikistan Respublikası vətəndaşı Azərbaycanda təhsil imkanı əldə edib. Tələbələr ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universitetində bakalavriat, magistratura, doktorantura səviyyələrində humanitar və sosial, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil alacaqlar.

Tələbələrin nəzərinə!

Təhsildə yüksək nailiyyətləri ilə fərqlənən tələbələrə “Heydər Əliyev adına təqaüd”ün təyin edilməsi məqsədilə universitetlərdə müsabiqə komissiyaları yaradılacaq.   Müsabiqə komissiyaları tərəfindən Elm və Təhsil Nazirliyinin təsdiq etdiyi meyarlar nəzərə alınmaqla ali təhsilin bakalavriat (əsas (baza ali) tibb təhsili) səviyyəsində əyani formada təhsil alan tələbələr arasından seçim aparılacaq (bir neçə namizədin göstəriciləri eyni olduqda komissiya tərəfindən əlavə seçim meyarları tətbiq edilə bilər).   Qeyd edək ki,  Azərbaycan Respublikası Prezidenti “Heydər Əliyev adına təqaüd”ün təsis edilməsi haqqında”  Sərəncam imzalayıb. Təqaüd Elm və Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına 3 000 manat məbləğində olmaqla birdəfəlik ödəniləcək.

Təkrar sertifikatlaşdırmaya əsasən yaranan vakant yerlərə yeni müəllimlər təyin olunublar

Təkrar sertifikatlaşdırma nəticələrinə əsasən ibtidai sinif müəllimliyi üzrə yeni yaranan 249 vakant yer müəllimlərin işə qəbulu üzrə müsabiqəyə təqdim edilib və vakansiya seçimi mərhələsində həmin yerlər uyğun olan namizədlər tərəfindən tutulub.  Əmək müqaviləsinə xitam verilən müəllimlərin əvvəl işlədikləri bir çox müəssisələrdə mövcud müəllim sıxlığı nəzərə alınıb və onların dərs yükləri məktəbdəki digər ibtidai sinif müəllimlərinə verilib. Təhlil nəticəsində bu müəssisələrdə ibtidai sinif müəllimlərinin orta dərs yükünün 19 saatdan 22,5 saata yüksəldiyi müəyyən edilib ki, bu da şübhəsiz ki, həm pedaqoji kadr sıxlığı ilə bağlı gərginliyin aradan qaldırılmasına, həm də dərs yükünün artması ilə əlaqədar müəllimlərin rifahının yaxşılaşdırılmasına xidmət edib.  443 ümumi təhsil müəssisəsi üzrə təkrar sertifikatlaşdırmadan keçməyən 743 müəllimdən yalnız 264 nəfərinin tam sinif apardığını, qalanlarına isə yığma dərslərin verildiyini nəzərə alsaq, sertifikatlaşdırma mövcud vəziyyətin sağlamlaşdırılmasında pozitiv addım kimi dəyərləndirilməlidir. Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 ibtidai sinif müəllimi iştirak edib. Prosesi uğurla tamamlayaraq 51-60 bal toplayan 3 mindən çox müəllimin vəzifə maaşına 35, 30-50 bal toplayan 5 mindən çox müəllimin vəzifə maaşına isə 10 faiz əlavə edilib. Bu isə müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılmasından əlavə həm də onlar arasında sağlam rəqabət mühitinin formalaşmasında son dərəcə böyük rol oynayır. Sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi daşımaqla yanaşı təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində çox əhəmiyyətli nailiyyətlərin əldə olunmasına zəmin yaradır.

Elmi nəşrlərlə bağlı altqrupun iclası keçirilib

Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə altqrupunun iclası keçirilib.   İclasda “İnsan kapitalı” İşçi Qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, altqrupun üzvləri və digər qonaqlar iştirak ediblər.    İclasda “İnsan kapitalı” İşçi Qrupunun katibi Cabbar Hüseynli altqrupun “Yol xəritəsi”, altqrupa daxil olan yeni üzvlər və sonuncu iclasda qərara alınan məsələlər barədə məlumat verib. Altqrupun rəhbəri Ülkər Səttarova “Yol xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlər üzrə görülmüş işlərin hesabatını təqdim edib.  İclasda altqrup üzvlərinin sualları cavablandırılıb və təkliflərin müzakirəsi aparılıb.   Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun rəhbəri qismində Elm və Təhsil Nazirliyi çıxış edir.  

Elm və təhsil naziri Əməkdar müəllim Faina Ələkbərova ilə görüşüb

Sentyabrın 23-də elm və təhsil naziri Emin Əmrullayev Əməkdar müəllim, 160 nömrəli Klassik gimnaziyanın keçmiş direktoru Faina Ələkbərova ilə görüşüb.   Emin Əmrullayev Faina Ələkbərovanın 160 nömrəli Klassik gimnaziyada uzunmüddətli rəhbərliyi dövründə zəngin təhsil yolunu, peşəkar idarəetmə təcrübəsini xüsusi vurğulayaraq ona təhsilin inkişafına verdiyi töhfə və gənc nəslin təlim-tərbiyəsi sahəsində səmərəli xidmətinə görə təşəkkür edib. Elm və təhsil naziri Faina xanımın fəaliyyətinin yüksək dövlət təltifləri ilə qiymətləndirildiyini qeyd edərək bu təcrübənin gələcəkdə də təhsil sistemimiz üçün faydalı olacağını bildirib.   Elm və təhsil naziri həmçinin Faina Ələkbərovanın gimnaziyanın ictimai məsləhətçisi təyin olunduğunu bildirib. Beləliklə, gimnaziya Faina Ələkbərovanın zəngin təcrübəsindən, qiymətli məsləhət və tövsiyələrindən bundan sonra da geniş şəkildə faydalana biləcək.     Əməkdar müəllim, III dərəcəli “Əmək” ordenli Faina Ələkbərova öz növbəsində fəaliyyətinə verilən dəyərə görə minnətdarlığını ifadə edib, təhsil sahəsində üzərinə düşən missiyanı hər zaman yerinə yetirməyə hazır olduğunu bildirib.   Qeyd edək ki, 160 nömrəli Klassik gimnaziyaya yeni təyin olunan direktor həmin müəssisənin məzunu və müəllimi olub.    Sonda Faina Ələkbərovaya xatirə hədiyyəsi təqdim olunub.

28/05/2024

Müstəqillik Günü Azərbaycan xalqının tarixində ən şanlı və parlaq səhifələrdən biridir. ?????? #ElmVəTəhsilNazirliyi #28may #MüstəqillikGünü #MüstəqilAzərbaycan

Ətraflı
27/05/2024

Azyaşlı uşaqlara iqlim dəyişmələri və dayanıqlılıqla bağlı biliklərin aşılanmasını nəzərdə tutan “Yaşıl bağça” layihəsinə start verilib.

Ətraflı
27/05/2024

Mayın 27-də elm və təhsil naziri Emin Əmrullayev İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Naharla görüşüb. #ElmVəTəhsilNazirliyi #EduAz Ətraflı: https://bit.ly/4dUiEDH

Ətraflı