29 nəfər HTP çərçivəsində Azərbaycanda təhsil alacaq
2023–2024-cü tədris ili üzrə 29 nəfər Hökumətlərarası Təqaüd Proqramları (HTP) çərçivəsində Azərbaycan ali təhsil müəssisələrində təhsil hüququ qazanıb. Belə ki, 18 nəfər Çin Xalq Respublikası vətəndaşı, 2 nəfər Macarıstan vətəndaşı, 6 nəfər Qazaxıstan Respublikası vətəndaşı, 3 nəfər Tacikistan Respublikası vətəndaşı Azərbaycanda təhsil imkanı əldə edib.
Tələbələr ADA Universiteti, Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universitetində bakalavriat, magistratura, doktorantura səviyyələrində humanitar və sosial, təhsil, tibb, iqtisadiyyat və idarəetmə, mədəniyyət və incəsənət ixtisasları üzrə təhsil alacaqlar.
2 il əvvəl
Digər xəbərlər
-
Xarici ölkələrdə fəaliyyət göstərən məktəblərdə Azərbaycan dilinin tədrisinin təşkili üçün qrant müsabiqəsinə sənəd qəbulunun müddəti uzadılır
01.06.2026 - 17:03 -
Elm və təhsil naziri Gəncədə vətəndaşları qəbul edəcək
01.06.2026 - 10:33 -
Azərbaycan “OpenAI” ilə regionda ilk adaptiv öyrənmə platformasının hazırlanmasına başlayır
29.05.2026 - 16:38 -
Doktoranturada SABAH proqramı
26.05.2026 - 16:43 -
Elm və təhsil naziri Qaxda vətəndaşları qəbul edib
26.05.2026 - 16:00
