• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elmi nəşrlərlə bağlı altqrupun iclası keçirilib

Elm və Təhsil Nazirliyində Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H-indeksi) yaxşılaşdırılması üzrə altqrupunun iclası keçirilib.
 
İclasda “İnsan kapitalı” İşçi Qrupunun rəhbəri, elm və təhsil nazirinin müavini İdris İsayev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri, Komissiyanın Katibliyinin rəhbəri Vüsal Şıxəliyev, altqrupun üzvləri və digər qonaqlar iştirak ediblər. 
 
İclasda “İnsan kapitalı” İşçi Qrupunun katibi Cabbar Hüseynli altqrupun “Yol xəritəsi”, altqrupa daxil olan yeni üzvlər və sonuncu iclasda qərara alınan məsələlər barədə məlumat verib.

Altqrupun rəhbəri Ülkər Səttarova “Yol xəritəsi”ndə nəzərdə tutulmuş tədbirlər üzrə görülmüş işlərin hesabatını təqdim edib. 

İclasda altqrup üzvlərinin sualları cavablandırılıb və təkliflərin müzakirəsi aparılıb.
 
Qeyd edək ki, Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyanın “İnsan kapitalı” İşçi Qrupunun rəhbəri qismində Elm və Təhsil Nazirliyi çıxış edir.
 


25.09.2023 - 11:15